PDF Oxu

Müxalifət

  • 11

Siyasiləşmiş QHT-lərin apardıqları yanlış siyasət...

Siyasiləşmiş QHT-lərin apardıqları yanlış siyasət...

Ölkədə bəzi siyasiləşmiş QHT-lərin "Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində göstərdikləri anti-Azərbaycan mövqe haradan qaynaqlanır? Bəs onların bu kimi vasitələrə əl atmaları erməni dəyirmanına su tökmək deyilmi? "Demokratik Sol Partiyası"nın sədri Elşən Manafov bizimlə söhbətində bildirdi ki, Azərbaycanda keçiriləcək "Eurovision" müsabiqəsilə bağlı mənfi mövqe sərgiləyən QHT-lərin apardıqları siyasət onları maliyyələşdirən dairələrin dəyirmanına su tökmək deməkdir.

E.Manafov bildirdi ki, QHT-lərin vətəndaş cəmiyyəti institutlarının formalaşmasında müstəsna rolu var. Burada Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə fəaliyyət göstərən bir sıra QHT-lərin maliyyə dəstəyi Qərbdə olan donor təşkilatlarından idi. Bu da bizdə təəssüf hissi doğurur. Yəni, "Eurovision" müsabiqəsi ilə bağlı həmin QHT-lərin reallığı özündə əks etdirməyən sərgilədikləri bu cür mövqe yaxşı bir hal deyil. Təbii ki, bu il ölkəmizdə keçiriləcək "Eurovision" müsabiqəsi bütün hallarda Azərbaycan mədəniyyətinin qələbəsi kimi qəbul olunmalıdır. Bir sözlə, "Eurovision" müsabiqəsinin ölkəmizdə keçirilməsi inkişaf etmiş Azərbaycan dövlətinin dünya ictimaiyyətinə tanıdılması baxımından böyük əhəmiyyətə malikdir. Burada sözügedən məsələ ilə bağlı mənfi mövqe sərgiləyən QHT-lərin apardıqları siyasət, onları maliyyələşdirən dairələrin dəyirmanına su tökmək deməkdir. Azərbaycan xalqında bəzi QHT-lərin, Qərbin və ya erməni diasporasının dəyirmanına su tökmək istəyi çox böyük təəssüf doğurur. Demək olar ki, bu QHT-ləri maliyyələşdirən qüvvələr çox gözəl başa düşürlər ki, onlar əllərindən gələni etsə belə, yenə də Azərbaycan dövlətinin adına nə isə bir xələl gətirmək gücünə malik deyillər. Çünki Azərbaycan dövləti regionda öz hörmətini qazanmış bir ölkədir. Demək olar ki, dövlətimiz ölkə vətəndaşlarının yaxşı şəraitdə yaşaması üçün hər cür imkan və şərait yaradıb. Düzdür, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qarşı qısqancılıq hissi ilə yanaşan bir sıra qüvvələr var. Amma sözügedən həmin qüvvələrin istəkləri reallığa çevrilməyəcək.


GÜLYANƏ

Digər xəbərlər