Ölkədə bəzi siyasiləşmiş QHT-lərin Avroviziya müsabiqəsində göstərdikləri mənfi mövqe haradan qaynaqlanır? Bəs onların bu kimi vasitələrə əl atması erməni dəyirmanına su tökməsi deyilmi? Məsələyə münasibət bildirən BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycanın adına xələl gətirən bu kimi qüvvələrin tutduqları mövqe siyasi gedişdən başqa bir şey deyil.
E.Mirzəbəyli bildirdi ki, Azərbaycanda bir qrup siyasi qüvvə və onların nəzarəti altında olan QHT-lər və media orqanları var ki, onlar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə və ölkəmizin dünya dövlətləri arasında müsbət münasibətlərini pozmağa çalışırlar. Təbii ki, bu da məqsədyönlü bir siyasətdir. Adıçəkilən qüvvələrə elə gəlir ki, bu cür vasitələrlə onlar öz siyasi iddialarını təmin edə bu və ya digər şəkildə siyasi maraqlarının təmin olunması üçün hər hansı bir xarici dəstək ala bilərlər. Burada ayrı bir məqsədyönlü siyasət də var. Yəni, bu cür proseslərin baş verməsində erməni lobbisinin himayəsi altında olan bəzi beynəlxalq təşkilatların ayırdığı maliyyə vəsaitləri hesabına fəaliyyət göstərən QHT-lərin yürütdüyü siyasət də rol oynayır. Ancaq bu kimi qüvvələrin apardıqları bütün səylərə baxmayaraq, onların gördükləri iş sonda heç bir nəticə vermir. Demək olar ki, bu qüvvələr bir məsələni başa düşmürlər ki, yəni yürütdükləri bu siyasət onların maraqlarının təmin olunmasına yol açmır. Adıçəkilən QHT-lər Azərbaycanın dövlət və milli maraqlarına zidd olan bir faktor da olsa, öz maraqlarını təmin etmək üçün istənilən şərt altında özlərini bir vasitəyə çevirməyə hazırdılar. Əlbəttə ki, bu, çox təəssüf doğuran bir haldır.
E.Mirzəbəylinin fikrincə, bu cür qüvvələrin və QHT-lərin sayı çoxluq təşkil etmir. Bir sözlə, sözügedən bu kimi qüvvələr hər hansı bir effektiv nəticəyə nail olmaq imkanında deyillər. Çünki Azərbaycan dövləti apardığı uğurlu siyasəti ilə regionda hörmətini qazanmış bir ölkədir. Azərbaycan dövlətinin bu uğurlu siyasətini bütün dünya ölkələri çox gözəl bilərək dərk edirlər. Yəni, ölkəmizi istəməyən bəzi qüvvələrin apardığı bu uğursuz siyasətin heç bir nəticəsi olmayacaq.
GÜLYANƏ