PDF Oxu

Müxalifət

  • 8

Rəsul Quliyev “yeni şans” axtarışında

Rəsul Quliyev “yeni şans” axtarışında

"ACP" lideri Rəsul Quliyev son günlərin mətbuat ulduzuna çevrilib. 2005-ci ilin 17 oktyabr rüsvayçılığından sonra bir müddət Nyu-Yorkdakı ofisində başını krossvord doldurmaqla qatan Rəsul Quliyev ayda-ildə bir-iki dəfə mətbuat səhifələrinə çıxaraq, müxalifətin qarasına döşəməklə mövcudluğunu isbatlamağın qayğısına qalmaqda idi. Ancaq onun açıqlamalarına müxalif düşərgə təmsilçiləri, bir qayda olaraq, ya münasibət bildirməyə lüzum görmür, ya da reallıqdan uzaqlaşaraq, nala-mıxa vurduğuna görə eks-spikeri məzəmmət edirdilər ki, insanları ittiham etməyə üzü olmayan ən birinci şəxsin başqalarına siyasət dərsi keçməyə çalışması riyakarlıq olduğu qədər də naşılıqdır. Belə ki, o, bu dəfə yenidən qarşısına çıxan hər kəsi hədəfə alaraq köhnə ampluada yeni ittihamlarla siyasi gündəmə gəlməyə başladı. Əlbəttə, artıq nə iqtidarda, nə müxalif düşərgədə onun açıqlamalarını ciddiyə alan, demək olar ki, yox dərəcəsindədir və hamı R.Quliyevin adı çəkilərkən, onu sanki orta əsrlərdə yaşamış bir siyasətçi kimi xatırlayır. Ancaq təbii ki, Rəsul Quliyev sanki bu ittihamlara və qınaqlara məhəl qoymadan öz siyasi imicini körükləməkdədir və bu dəfə, nəyin bahasına olur-olsun, Azərbaycana dönəcəyini vəd etməklə yenidən özünə siyasi tərəfdarlar toplamağa girişib. Şübhəsiz ki, bu, nə ittihamdır, nə də qərəzçilik, sadəcə, özünün mətbuatdakı təmaslarından doğan nəticələrdir...

Əslində, bu cür ifadələr ömrünün xeyli hissəsini demokratiyanın və dünya siyasətinin beşiyində - ABŞ-da keçirən bir demokrata yaraşan ifadədirmi? Başqalarını aşağılayan, heç kimə güzəştə getmək istəməyən, yalnız onun şərtlərini qəbul edənə güzəştə gedə biləcəyini iddia edən siyasətçinin cəmiyyətdə nüfuzu, səsi olarmı? Əlbəttə ki, yox! Və bu yox, əslində, onun siyasi səhnədən yox olmasına doğru atılan ən qabarıq nümunədir.


R.Hüseynova

Digər xəbərlər