"Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın məlum qeyri-normal pozalarla əhatə olunmuş əxlaqsızlıq videoçarxı musavat.tv-də yayımlandıqdan sonra, bir çox mətbuat nümayəndələri onun bu kimi hərəkətlərinə qarşı hiddətini bildirmiş, həmin davranış özündə mənəviyyatsızlığı tərənnüm edən hadisə kimi qiymətləndirilmişdi. Onu da qeyd edək ki, həmin zaman redaksiyamıza bir çox mətbuat nümayəndələri və sadə vətəndaşlar tərəfindən məktublar ünvanlanmış, X.İsmayılovanın hərəkətləri qəti olaraq pislənilmişdir. "Səs" qəzeti olaraq, biz də sağlam düşüncəli ictimaiyyətin, vətəndaşların səsinə səs verərək baş verən biabırçı olayı pisləmiş, bunun yeniyetmə və gənclərə, eləcə də, ictimaiyyətə mənfi örnək olduğunu bildirmişik.
Və ən maraqlısı isə odur ki, cəmiyyətin düzgün qiymətləndirdiyi biabırçı olaydan sonra X.İsmayılova özü kimi bir neçə nəfəri ətrafına toplayaraq, özünü bir növ "təmizə" çıxarmaq istəmiş, "Xədicə, biz səninləyik" adlı qondarma kampaniyaya başlamışdır. Hətta bir az da irəliyə gedərək, Xədicə öz tərəfindən törədilən olayı hakimiyyətin üzərinə yıxmağa cəhd göstərmişdir. Əlbəttə ki, bunun belə olmadığını hər bir normal düşüncəli adam bilir və görür. Çünki həmin əxlaqsız görüntülərin hansı media qurumu tərəfindən yayımlanması da sirr deyil. Yəni burada musavat.tv nəzərdə tutulur.
Bütün bunlardan sonra RATİ-nin mətbuat mərkəzində bəzi siyasiləşmiş QHT təmsilçilərini və özü kimi əxalqsızları ətrafına toplayıb mətbuat konfransı keçirərək, yetənə-yetib, yetməyənə də daş atan X.İsmayılova ilk öncə şikayət etdiyi hüquq-mühafizə orqanlarını heç bir səbəb olmadan günahlandırmağa çalışıb. Hər halda işin gec aparıldığını iddia edən X.İsmayılova unudub ki, ən cüzi məsələ belə hüquq-mühafizə orqanlarında ciddi araşdırılır və bu da müəyyən vaxt aparır. Sonra da düşüb Mətbuat Şurasının və iqtidar mətbuatının üzərinə ki, onları məhkəməyə verəcək (?!)
Maraqlıdır ki, özünü "demokratik düşərgənin araşdırmaçı jurnalisti" kimi təqdim edən "məbədiböyük" Xədicə nədənsə öz demokratik fikirlərini izhar və sübut edən iqtidar mətbuatının yazdıqlarına qarşı təhdid dili ilə çıxış edir. Əgər belədirsə, bu zaman həm "Azadlıq" radiosu, həm də radikal müxalifətin yazılı orqanlarının hər biri gündə yalan və böhtan dolu kampaniyalarına, şantaj və təhdidlərinə görə məhkəmələrdə çürüməlidirlər. Çünki onların palçıqları bu kimi kirli, məkrli, xəyanətkar, qeyri-ənənəvi seks hadisələri ilə dolu məsələlərlə yoğrulub.
Bu səbəbdən də, X.İsmayılovanın "şəxsi həyatına qarşı edilən müdaxilənin və məruz qaldığı təhdidlərin xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini" iddia etməsi tamamilə özünü təmizə çıxarma məqsədi daşıyır. Onun iddia etdiyi "xüsusi xidmət", bir daha qeyd edək ki, özünə dost saydığı musavat.tv-dəki məsləkdaşlarıdır. Hətta musavat.tv həmin məsələni gizlətməkdən ötrü, qabaqlayıcı tədbir görərək, X.İsmayılovaya başqa ünvandan təhdidedici məktub da göndərib. X.İsmayılova isə bunu "əsas" gətirərək, onun əxlaqsız görüntülərinin başqaları tərəfindən çəkildiyini iddia edir. Görünür, özünü "araşdırmaçı" hesab edən Xədicənin ağlı bundan ötəyə işləmir. Ona görə də, bütün məkrli fikirlərini atır iqtidar mətbuatının və digər təşkilatların üzərinə. Yaxşi olardı ki, bu adam musavat.tv-ni araşdırsın və həmin qurumu məhkəməyə versin. Görünür, Xədicə üçün bu kimi hallar elə də ciddi problem deyil. Lazım gələrsə, o, yenə də özünün yeni videoroliklərini çəkdirib türklər demiş "piyasaya", yəni ictimai baxışa çıxarar. Təki məşhur olsun, necə ki, "məşhurdur".
RÖVŞƏN RƏSULOV