Təəssüf ki, əsl siyasətlə məşğul olanlardan fərqli olaraq Azərbaycanda elə siyasətçilər də var ki, onlar siyasətçi donuna girərək, dövlətini, millətini öz şəxsi mənafelərinə satırlar. Və əgər siyasi cəhətdən küt, burunlarından uzağı görməyənlər özlərini "siyasətçi" kimi təqdim edirlərsə, müqabilində vətəni satırlarsa, bu zaman həmin əməlin adı başqa cür adlandırılmalıdır. Necə deyərlər, xarratlıq meymun işi deyil. Bəs kimdir meymun olaraq, xarratlıq etmək istəyənlər? Onlar həm də ermənidən betər erməni deyillərmi?
Leyla Yunusova - Krasnodar ermənisinin "əfsanəsi"
Bu gün hər kəs onu "hüquq müdafiəçisi" kimi tanıyır. Amma əsl hüquq müdafiəçisi kimi deyil, qondarma müdafiəçi kimi. Onun Ermənistan xüsusi xidmət orqanlarında yüksək vəzifə tutan şəxslərlə birbaşa əlaqələri də hamıya məlumdur, Azərbaycana qarşı antitəbliğat aparması da. L.Yunusova özünü "vətənpərvər" kimi göstərsə də, onun Şuşada, Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumu olması da heç kimə sirr deyil. O da məlumdur ki, bir vaxtlar L.Yunusovanın Rusiya Federasiyası Dumasının erməni deputatı Marina Salyan və Rusiyanın tanınmış hüquq müdafiəçisi, qətlə yetirilən ermənipərəst Qalina Staravoytova ilə yaxın münasibəti də olub. Bu münasibət nəticəsində Azərbaycan haqqında məxfi məlumatlar dəfələrlə ermənilərin xüsusi xidmət orqanlarına çatdırılıb.
Əgər xatırlayırsınızsa, bugünkü radikal müxalifət iqtidarda olanda Leyla Yunusova 1-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində lentə alınmış foto və video materialları Ermənistanın kəşfiyyat idarəsinə ötürmüşdür. Bunun müqabilində, də o, külli miqdarda pul əldə etmişdir. Lakin onun "qəhrəmanlıqları" bununla məhdudlaşmamışdır. Belə ki, o vaxtlar Müdafiə Nazirliyinin qida təchizatı ilə məşğul olan Leyla Yunusova cəbhəyə göndəriləcək məhsulları bazara çıxarmış, bundan əldə etdiklərini isə Almaniyadakı bank hesabına köçürmüşdür. Bütün bunlardan sonra onun Azərbaycan adından danışması ən azı özünü ən ucuz qiymətə satmış fahişəlik deyil, bəs nədir?
L.Yunusova bu gün deyir ki, 2012-ci ilin əvvəlində onun hesablamalarına görə, guya Azərbaycanda 63 "siyasi məhbus" var və onların cinayətləri sübuta yetirilməyib. İndi deyən gərəkdir, günahkar ola-ola həbs olunanlar tumanlarını başına çəkib çığırırlar. Necə olur ki, "günahsız" 64 nəfərin səsi gəlmir? L.Yunusova gah "qondarma hicab" məsələsinə başını soxur, gah da müxalifətin "qoruyucu mələyi" olur. O, Azərbaycanın qələbələrini həzm edə bilmir. Azərbaycanın hər uğuru onu daha da azğınlaşdırır. L.Yunusova "Azərbaycan vəhşi ölkədir" - deyir. Onun bu sözünə də Rauf Arifoğlu, Pənah Hüseynov kimilər çəpik çalırlar.
Bir çox mənbələr L.Yunusovanın erməni xüsusi kəşfiyyat orqanlarının ştatdankənar işçisi olduğunu bildirir. Onun 1994-1995-ci illərdə Ermənistanın Milli Təhlükəsizlik naziri ilə isti münasibətləri olduğu, onlar arasında xüsusi münasibətlərin qurulduğu deyilir. Onun digər erməni dostu David olduğu söylənilir. Bu, o Daviddir ki, Leyla məhz onun köməkliyi ilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant almışdır.
L.Yunusovanın sıx ünsiyyətdə olduğu ermənilərdən biri də Nikolas Danılasyandır. Nikolas - erməni casusudur. O, ölkə ərazisində ABŞ-ın xüsusi kəşfiyyat orqanına işləyən və ölkə ərazisindən qovulan xaindir. O, L.Yunusovanı təlimatlandırmışdı ki, Azərbaycanda yaşayan azsaylı milli azlıqlarla bağlı nifaq salsın, etnik qarşıdurmalar yaratsın. Sözsüz ki, o, bununla erməni xüsusi xidmət orqanlarına xidmət edirdi. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan "Artelis Servis limited" və "Hayqrov Konstaltinq Servis Limited" qeyri-hökumət təşkilatlarının əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycanda bilavasitə casus materialları yaymışdır. İndi deyin görək, beləsini- Krasnodar ermənisini başqa necə adlandırmaq olar?!
İsa Qəmbərov - Potsdamda erməniliyini sübut edən "əfsanə"
Sirr deyil ki, AXCP (i) ilə Müsavat partiyası uzun müddətdən bəridir ki, gah birləşir, gah ayrılır. Onlar daha bir evdə sözləri çəp gələn ər-arvadlara daha çox bənzəyirlər. Əslində, kimin birinci, kimin ikinci olması da hər kəsə məlumdur. Ancaq onları bir qaranlıq amal birləşdirir. Belə ki, onların hər ikisi Qərbə işləyirlər. Hər ikisi bir-birinin ayağının altını qazıb, hamıya özlərini dost kimi göstərirlər. Bu, o İ.Qəmbərovdur ki, Almaniyanın Potsdam şəhərində ermənilərlə saziş imzalayıb və həmin şəhərdə erməniliyini öz mənfur imzası ilə sübuta yetirib. 20 Yanvar, Xocalı faciələrində onun əli olduğunu da bütün ictimaiyyət bilir. Tunis hadisələri başlayanda, İ.Qəmbərov Ə.Kərimova təbrik mesajı göndərmişdi. Hadisələr Misirdə davam edəndə isə, o, tumanını çıxararaq göydə oynatmışdı. Qardaş Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımını müzakirəyə çıxarmaq üçün bütün mümkün tədbirləri yerinə yetirərkən, İ.Qəmbərov 1992-ci ildə hakimiyyətə gəlməkdən ötrü Xocalı soyqırımının "cəbhəyə" lazım olduğunu demişdir. İ.Qəmbərov bunu inkar edə bilmir. Çünki həmin danışığın sübutu olan stenoqram da mövcuddur.
Əli Kərimov - ermənilərin sonbeşiyi "əfsanəsi"
Azərbaycanın ən böyük xəyanətkarlarından biri də Ə.Kərimovdur. Son ümidləri puça düşən Ə.Kərimovun Azərbaycana qarşı daha da aqressivliyi artıq çılpaqlığı ilə özünü büruzə verir. Ondakı siyasi quduzlaşmanın nəticəsidir ki, artıq heç Qərbdə də sayılmır. Əli Kərimovdan artıq nə nüfuzlu xarici qəzetlər, nə də saytlar müsahibə alır. Nədir onun Azərbaycan xalqına qarşı xəyanəti? 1997-98-ci illərdəki fəaliyyətində Ə.Kərimov Əbülfəz Elçibəyi "bitmiş bir insan" kimi qələmə verirdi. O, anti-Elçibəy təbliğatını gücləndirsə də, sonradan onun adından istifadə edib siyasi ambisiyasını gerçəkləşdirmişdi. 1999-cü ildə "Yurd"un mətbuat şəbəkəsində Elçibəyə qarşı bu yazı nəşr olunurdu: "Elçibəy siflis xəstəliyinə tutulub, onun xəstəliyi sağalmazdır". Əbülfəz Elçibəyin cənazəsi Bakıya gətirilən gün belə mətbu orqanda Əli Kərimovun başçılığı altında onun cənazəsi təhqir olunurdu. Bu, sirr deyil.
Əslində, Ə.Kərimovun kim olmasını Lalə Hacıyeva gözəl xarakterizə etmişdi. Belə ki, 2003-cü ildə "Azadlıq" qəzetində L. Hacıyeva haqqında təhqiramiz bir yazı dərc olunmuşdu. O zaman L.Hacıyeva Ə.Kərimova belə bir cavab vermişdi: "Mən indiyə qədər Azərbaycan siyasətində belə bir mənəviyyatsız adam görməmişəm. Adam düşmən olanda, gərək kişi kimi düşmən olsun".
İ.Qəmbərov də bir vaxtlar müsahibələrinin birində belə bir fikir söyləmişdir: "Mən siyasətdə Əli Kərimli adlı adam tanımıram və tanımaq da istəmirəm. Yaxşı olardı ki, o, gedib haqqında danışılanları araşdırsın və xalqa izahat versin".
Hətta erməni siyasətçilərindən birinə Ə.Kərimov haqqında sual verilərkən demişdir: "Bu adam, həqiqi mənada, bizim Azərbaycan haqqında olan fikirlərimizi təsdiqləyənlərdən biridir. Onun bu siyasətini qiymətləndirirəm. Ə.Kərimli bəlkə də bizim sonbeşik siyasətçilərimizdəndir".
Zənnimcə, bunların hər biri bir-birinə bənzər olan və qondarma olaraq "əfsanələşmiş siyasi əkizlərdirlər". Həm də, təbii ki, erməniləşmiş. Çünki yuxarıda deyilənlərdən artıq hər hansı fakt olsa belə, qeyd olunanlar, məncə, hər şeyi aydınlaşdırır. Yaxşısı isə budur ki, bu gün həmin adamları özlərinə "qəhrəman" hesab edən zombiləşdirilmiş müxalifətçilər özlərinə vaksin axtarsınlar. Bəlkə sağaldılar...
RÖVŞƏN NURƏDDİNOĞLU