PDF Oxu

Müxalifət

  • 7

Vətənpərvər gənclər dövlətçiliyə xidmət etməlidirlər

Vətənpərvər gənclər dövlətçiliyə xidmət etməlidirlər

"İctimai Palata"nın aprelin 22-də keçirməyə cəhd göstərdikləri mitinqin heç də 8 aprel mitinqindən fərqlənməyəcəyini indidən demək mümkündür. Belə ki, "palata" rəhbərlərinin bu və ya digər şəkildə bəyanatlar vermələri bütün mənalarda onların hansı məqsədlərə xidmət etmələrinin bariz göstəricisidir. Bu cür məqamların arxasında "liderlərin" gənclərin adından sui-istifadə etmələri ictimaiyyətdə kəskin qınaqlar yaradır. Onların bu kimi təxribatçılıqları cəmiyyətdaxili münasibətləri gərginləşdirməyə cəhd kimi qiymətləndirilməlidir. Digər tərəfdən "liderlərin" məqsədləri cəmiyyətdə qarşıdurma, gərginlik yaratmaqdır. Bu da hansısa siyasi partiyanın fəaliyyət proqramına uyğun olan məsələ deyil. Əgər siyasi partiyadırlarsa və siyasi ardıcılları, dəstəkçiləri varsa, onlara təklif olunan yerdə gedib öz sözlərini deyə bilərlər. Həmin yerdə kütləvi informasiya vasitələri, televiziya jurnalistləri də olacaq. Yəni onlara təklif olunan yer Bakının mərkəzindən heç də uzaq deyil.


Həqiqətəuyğun olmayan şüarlar


Onların mitinqlərdəki çıxışları, istifadə etdikləri şüarların özü belə qətiyyən Azərbaycan gerçəkliyinə uyğun deyil. Azərbaycan müxalifəti "gənclər" deməklə nə istəyir? Görəsən, onlar özlərinə bu sualı veriblərmi? Onların məqsəd və vəzifəsi Azərbaycanın sabitliyinə, inkişafına xələl gətirməkdir, ölkəmizin beynəlxaq aləmdə nüfuzunun enməsinə çalışmaqdır, gəncləri qarşı-qarşıya qoymaqdır. Bəlkə müxalifət indiyədək Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi üçün bir proqramla çıxış edib? Yoxsa Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar təkliflə çıxış edib? İndiki müxalifət nə istədiyini heç özü də bilmir.


R.Hüseynova

Digər xəbərlər