Radikal müxalifət düşərgəsinin daha bir "ideyasını" reallaşdıran və "Azadlığ"ın seks şoumenlik ənənəsinin banilərindən biri olan Qənimət Zahidin "yeni sifətlə" meydana çıxması növbəti dəfə bəzi maraqlı məqamların aşkar edilməsinə səbəb olmaqdadır. Həmin məqamlar arxasında daha kimlərin özəl maraqlarının təmin olunması məsələsi də özündə müəyyən suallar doğurmaqdadır. Belə ki, "Kanal Avropa"da "Azərbaycan saatı" adı altında efirə gedən verilişdə "Azadlıq" qəzetinin baş redaktoru Q.Zahidin aparıcılıq funksiyasını icra etməsi həm tamaşaçıların, həm də onu tanıyanların ciddi qınağına səbəb olmaqdadır.
Qənimət Zahidə efir ayıran kanal "Həpimiz, həpimiz Hrant Dinkiz" kampaniyasına media
dəstəyi göstərmişdir
Və görünür, "Kanal Avropa"nın yetkililərini qazancdan başqa heç nə maraqlandırmadığına görə, onlar Qənimətin yaxın keçmişdəki həyatı ilə ilgilənməyiblər. Çünki maraqlansaydılar, hər halda, öz ölkəsində bir qara qəpiyə dəyməyəni, hədsiz spirtli içki düşkününü, fahişələrlə lüt şəkil çəkdirib, bu əməlindən utanmayanı, Fransadakı erməni lobbisinə öz əyalını etibar edəni bu qədər irəliyə çıxarıb, ona bir saatlıq efir vaxtı ayırmazdılar. Və əgər adıçəkilən kanal rəhbərliyi bunu edibsə, demək həmin kanalın rəhbərliyi heç də Q.Zahiddən geri qalmayan fərdlərdirlər. Bu, öz yerində.
Başqa tərəfdən isə "Azadlıq" qəzetinin baş redaktorunun Azərbaycana məxsus olmayan televiziya kanalına çıxıb, öz ölkəsi barədə murdar ağzına, eləcə də, məkrli ağlına gələn hər şeyi danışması da bütövlükdə onun kimlərin xidmətçisi olmasına dəlalət edir. Qeyd edək ki, məhz həmin kanalın rəhbərliyi bir müddət bundan öncə "Həpimiz, həpimiz Hrant Dinkiz" kampaniyasına media dəstəyi göstərmişdir. Təbii ki, bu kimi kampaniyaya dəstək göstərən bir telekanalın Azərbaycan haqqında qeyri-real verilişlər yayımlaması cəmiyyətimizdə təəccüb doğurmamalıdır.
Yaxşı olardı ki, Qənimət həmin verilişin adını "Erməni saatı" qoyardı
O ki qaldı Q.Zahidə, burada deməliyik ki, "Azadlıq" qəzetinin baş redaktoru bütün mənalarda həmin ermənipərəst siyasətə xidmət edən xəyanətkar toplum üzvlərindən biridir. Yaxşı olardı ki, adıçəkilən fərd daha çox "erməni saatı" adlı verilişə bənzəyən, ermənilərin maraqlarından çıxış edən "Azərbaycan saatı"nda öz keçmişi barədə söhbətlər açardı. Məsələn, deyərdi ki, onun özü məhz elə bir qəzetin baş redaktorudur ki, həmin qəzetin əməkdaşları başda Q.Zahid olmaqla ucdantutma seks şousu göstərən radikal müxalifət mətbuatının pornoulduzlarıdırlar. O, həmçinin, öz verilişinə "Azadlıq" qəzetinin keçmiş səlahiyyətlisi Azər Əhmədovu dəvət edərək, onun hansı "dildə" və üslubda seks-şou göstərməsi barədə, yaxud Qan Turalının "Azadlıq" qəzeti üzərində necə öz "kişiliyini" yoxlaması haqqında, Xədicə İsmayılovanın "fövqəlbəşər bakirəliyi və günahsızlığı"ndan bəhs edən iniltisi ətrafında bir saatlıq söhbətlər aparırdı. Daha heç kimin inanmadığı, qeyri-reallıqları əks etdirən "vicdan məhbuslarından" daha nə bilim nədən çərənləməsin.
"Kanal Avropa"nın yetkililəri isə, görünür, adlarının bədnam olması barədə düşünməyiblər. Amma hələ ki, düşünmək üçün müəyyən vaxtları var. Biabır olmamış, Q.Zahiddən vaz keçsinlər, yoxsa bu cür biabırçılığın vızıltısı kanalın çox xəmirini yoğura bilər.
RÖVŞƏN