Aydın fikri, dəqiq mövqeyi olmayan insanlar çalışdığı istənilən sahədə uğursuzluğa düçar olurlar. Çünki el arasında deyildiyi kimi nala-mıxa vuranlar çevrələrdə ciddi qəbul olunmurlar. Vay o günə ki, qeyri-müəyyən insanlar siyasətdə ola və böyük iddialarla çıxış edələr.
Təbii ki, belə halda bir növ bədbəxt günə həmin iddialı siyasət yetkilisinin yanında olanlar düşür. Faktlara əsaslanıb, radikal müxalifət düşərgəsində baş verən anormal siyasi gedişləri misal olaraq göstərsək, fikirlərimizin düzgün və təkzibedilməz olduğunu dərk etmək olar. Fikir verin, 20 ildir ki, siyasətdə olan radikal müxalifət partiya sədrləri cəmiyyətdə cüzi də olsa, ictimai rəyin rəğbətini qazana bilməyiblər. 1993-cü ildən bu günə qədər keçirilən bələdiyyə, parlament və prezident seçkilərində müxalifət nümayəndələri acınacaqlı məğlubiyyətə düçar olublar. Səbəb də odur ki, müxalifət partiya funksionerləri aydın fikrə, konkret mövqeyə malik deyillər. Yəni xəzri küləyi kimidirlər. Bu gün bir fikir sabah isə fərqli mövqe ifadə edirlər. Sözdə dediklərini heç zaman əməldə reallığa çevirmirlər. Bu azmış kimi, xarici maraqlı qüvvələrin maddi və mənəvi dəstəyinə arxalanıb Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı çıxırlar. Bu da, təbii ki, ictimai rəydə birmənalı qarşılanmır və cəza olaraq seçkilərdə radikallara "yox" deyirlər.
Maraqlı və diqqətçəkən məqam ondan ibarətdir ki, radikallar ictimai rəydə onlara münasibətin heç də yaxşı olmadığını dərk edirlər. Ona görə də, gah Qərbin, gah da digər maraqlı dövlətlərin müəyyən dairələrinin sifarişlərinin quluna çevrilməklə siyasətdə qalmağa səy göstərirlər. AXCP (i) sədri Ə.Kərimov o qeyri-müəyyən partiya sədrlərindəndir ki, əyilmədiyi, üz göstərmədiyi, qarşılarında diz çökmədiyi xarici maraqlı qüvvələr qalmayıb. Bu məxluq bu dəfə nasizm ideyasının yaradıcısı Adolf Hitlerin prinsiplərini qəbul etməklə, Almaniyada hələ də qalan tör-töküntülərin diqqətini özünə cəlb etməyə çalışır.
Dünən Adolf Hitlerin ad günü münasibətilə AXCP (i) qərargahında toplantı keçirən Ə.Kərimov mənəvi liderinin həyat və fəaliyyətindən ağızdolusu danışıb. "Yurd" şefi Almaniya Nasional- Sosialist Fəhlə Partiyasının proqramından sitatlar gətirməklə, tez-tez "mayn fürer" deyib: "Almaniyadakı dostlarımıza tövsiyə edərdik ki, nasizm ideyasının davam etdirilməsi üçün Nasional-Sosialist Fəhlə Partiyasının bərpa edilməsi üçün səy göstərsinlər. Bu, mənəvi lider olaraq qəbul etdiyimiz Adolf Hitlerin ideyalarının yaşamasına dəstək olar."
Ə.Kərimov təəssüf hissi ilə bildirib ki, mənəvi lider hesab etdikləri A.Hitler Almaniya Nasional-Sosialist Fəhlə Partiyasını yaratdıqdan bir ilə sonra, hakimiyyətə gəldi və az sonra Avropanı qan çanağına döndərən faşistlərin liderinə çevrildi: "Düşünürəm ki, biz cəbhəçilər A.Hitlerin keçdiyi həyat və fəaliyətindən nümunə götürüb, mübarizə əzmimizi gücləndirməliyik. Çünki A.Hitler bizim üçün örnəkdir. Necə ola bilər ki, o, partiya yaratdıqdan bir il sonra Avropanı əsarət altına aldı. Biz isə, 20 ilə yaxındır ki, hakimiyyət deyə-deyə qalmışıq. Səhvlərdən nəticə çıxarmalı və nasizm ideyasından bəhrələnməklə, hakimiyyət uğrunda mübarizəmizi genişləndirməliyik".
Toplantıda o fikir də səsləndirilib ki, A.Hitlerin o dövrdə verdiyi töfsiyə və tapşırıqlarını şüar şəklində formalaşdırmaqla, "İctimai Palata"nın keçirilməsi nəzərdə tutulan mitinqlərində səsləndirilsin. Ə.Kərimov "Azadlıq" qəzetinə A.Hitlerlə bağlı gündəlik təbliğat xarakterli məqalələrin dərc edilməsini və saytlarda bu məsələ ilə bağlı geniş iş aparılmasını tapşırıb.
Toplantıda "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının tərcüməçisi olduğu A.Hitlerin "Mayn Kamhrff" ("Mənim mübarizəm") kitabından tezislər səsləndirməyi də unutmayan Ə.Kərimov pasport problemini həll edən kimi, Almaniyaya gedib Hitlerin yurdunu ziyarət edəcəyini də bildirib.
Toplantının sonunda Ə.Kərimov "Adolf Hitleri yetişdirən Almaniyaya eşq olsun! Yaşasın AXCP (i)-Almaniya Nasional-Sosialist Fəhlə Partiyası" deyə fikirlərini tamamlayıb".
İ.ƏLİYEV