PDF Oxu

Müxalifət

  • 16

Bəs “şərqşünas” və “hüquqşünas” deyirdi ki, onların Leninlə əlaqələri yoxdur...

Bəs “şərqşünas” və “hüquqşünas” deyirdi ki, onların Leninlə əlaqələri yoxdur...

Radikal müxalifətin şəxsi maraqları üçün dövlətə, xalqa, millətə və sadə vətəndaşlara qarşı düşmənlərlə əlaqəyə girdiyini, xəyanətkar sövdələşmələr əldə etdiyini, hətta Dağlıq Qarabağı müəyyən miqdarda pula satdığını da dəfələrlə görmüşük. Əlbəttə ki, bütün bunlar nə ictimai-siyasi proseslərlə yaxından maraqlanan insanlar, nə də bütövlükdə cəmiyyət üçün yeni faktlardır.

Lakin radikalların özləri də bilmədən illər boyunca "xalqlar həbsxanası" "inşa" etdirmiş bolşeviklərin ideyalarından qidalandığını əsaslı şəkildə sübut etdikdən sonra artıq ortada yeni faktın olduğunu düşündük. Bax, bu, yenilikdir ki, radikallar içi çürük çıxmış kommunizm ideyası ilə "demokratik" ab-hava vəd edirlər.

Yəqin ki, radikallar ideoloji müharibədə darmadağın edilmiş bolşeviklərin ideyalarını demokratiya ilə "Mövsümsayağı" calaq edərək, yeni bir nəsə ortaya qoymağa çalışırlar. Göründüyü kimi, radikallara rəhbərlik edən "şərqşünas"la "hüquqşünas"ın yeni ideoloji istiqamətin formalaşdırılması istiqamətində apardığı araşdırmalar elmi və siyasi sahədə əsil "inqilab"dır. Əsasən, Şərq ölkələrindəki ictimai-siyasi prosesləri tədqiq edən "şərqşünas" əldə etdiyi materialları "hüquqşünas"a ötürür, ikinci də, öz növbəsində, onu müasir demokratiyanın əsas prinsipləri ilə uzlaşdıraraq yeni "nəsəlogiya" yaradırlar. Bu, o qədər maraqlı alınıb ki, hətta, radikalların apardığı bu tədqiqatları maliyyələşdirən xarici dairələr də müxalifətin bu cür bacarığına mat qalıb.

İndi də nəzəri tərəflərini hazırlayan radikallar təcrübəyə başlayıblar. Lakin təəssüflər olsun ki, radikallar eksperiment üçün isə yenə də Azərbaycan dövlətini və xalqını seçiblər.

Ümumiyyətlə, şərti olaraq, "şərqşünas" və "hüquqşünas" adlandırdığımız radikalların rəhbərləri xalqın və dövlətin üzərində təcrübə keçməyi çoxdan öyrəniblər. Hələ müstəqilliyimizin ilk illərində Azərbaycanı dövlət kimi ayaqda saxlaya biləcək ideoloji istiqamət ortaya qoya bilməyən istər cəbhəçilər, istərsə də, müsavatçılar öz ideyaları ilə cəmiyyətin sosial-siyasi strukturunu tamamilə dağıtmışdılar, ölkədə separatizmə yol açmışdılar.

Yəni anlaşılan odur ki, bu radikallar bir dəfə Azərbaycan xalqının üstündə təcrübə keçmişdi və dövləti müharibə poliqonundan tutmuş, digər xarakterli istifadə meydançasına qədər çevirmişdilər. Lakin anlamırdılar ki, Azərbaycan xalqını vahid sosial-siyasi subyekt kimi formalaşdıra biləcək yeganə ideoloji istiqamət elə Azərbaycançılıqdır. Daha bolşevizmlə demokratiyanı calaq etməklə, yeni "loqos" düşünməyə ehtiyac yox idi...

Nə edək ki, radikalların bu dəfə də əsaslandığı Leninsayağı "nəsəlogiya" da çürük çıxacaq. Çünki cəmiyyəti vahid sosial-siyasi orqanizm kimi görməyən radikallar artıq onu ideya platformasında qruplara da bölüblər. Əlbəttə ki, cəmiyyət ayrı-ayrı fərdlərdən, sosial qruplardan, siniflərdən, təbəqələrdən və s. ibarətdir. Lakin burada əsas məqam ondan ibarətdir ki, həqiqi ideologiya cəmiyyəti parçalamamalı, əksinə, bütövləşdirməli, birləşdirməlidir. Elə Azərbaycançılıq kimi...


"Səs" Analitik qrupu

Digər xəbərlər