PDF Oxu

Müxalifət

  • 15

Getmək istəyirsənsə,  bəhanəsiz get!

Getmək istəyirsənsə, bəhanəsiz get!
Məqsədləri satqınçılıqla yoğrulan dağıdıcı müxalifət təmsilçilərinin xaricdən maliyyə dəstəyi almaqla icazəsiz aksiyalar keçirmələri bəs etmirmiş kimi, indi də Müsavat partiyası qurutlay keçirmək üçün başqa ölkələrə üz tutub. Müsavat partiyasının VIII qurultayının keçirilməsi üçün yerin ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinın müvafiq təklifləri ilə razılaşmayan müxalifət xarici ölkələrə dilənməyə gedir.
Azərbaycanda "üzü qara " olan, sosial bazasının olmamasını gizlətməkdən yana növbəti dəfə biabır olmaq istəmir. Düşünür ki, sirrini yalnız elə xarici ölkələr ört-basdır edə bilər. Ölkədə ətrafı boş qalan müxalifət Gürcüstanda qurultay keçirməyini vacib sayır. Azərbaycanda ətrafına 5-10 nəfər toplaya bilməyən dağıdıcı müxalifət çıxış yolunu onlara havadarlıq edən anti-Azərbaycan meyilli qüvvələrin sifarişi əsasında onların təklif etdiyi ölkədə keçirməyi görür. Dəfələrlə keçirdiyi icazəsiz aksiyalarda ətrafına qüvvə toplaya bilməyən müxalifət 800-1000 nəfərin yerləşə biləcəyi iclas zalı istəyib. Tək gülünc olan bu deyil. Eyni zamanda, deyəsən, İsa bəyin eynəyi tozlu olub, yazdıqları müraciətdəki sıfırları çox yazıb. Hələ bir bəhanə də gətirir ki, bizə lazımi yer ayrılmır. Rəngi bilinməyən yalanlarına ətrafındakıları inandıra bilməyən İsa Qəmbərov kələfin ucunu itirib. Sözsüz ki, əlaltısı olduğu anti-Azərbaycan meyilli qüvvələrdən "məsləhət" alıb. Az qalır ki, xaricdə qurultay keçirməsini də sosial sifariş kimi təqdim etsin. Görəsən, qeyd etdiyi "rəqəm"lə ölçülən dağıdıcı müxalifətçi sayı necə, hansı formada, kimin maliyyə dəstəyi ilə gedib-gələcək? Bu sualdı da İsa Qəmbərov "məktəb"inin "layiqli" davamçılarından olan, Tofiq Yaqublu qurultayın xaricdə "heyrətlə" qarşılanacağından danışarkən şərh edib. Amma Tofiq bəy üstüörtülü də olsa Müsavatın sosial bazasının olmamasını etiraf edib. Müsavatın maliyyə imkanlarının olmamasını, qurultaya guya gedib-gələn şəxslər maliyyəni öz üzərinə götürəcəyi barədə fikirlər səsləndiriblər. Özləri üçün sabaha söz saxlayırlar ki, qurultaya gələn olmayanda, desinlər ki, maliyyə imkanları yox idi deyə "tam tərkibdə" gedə bilmədik. Bəs nə oldu xarici havadarlar, onlar pul ayırmır? Anti-Azərbaycan meyilli qüvvələrin də "zəhmətini" o qədər yerə vurmusunuz ki, daha sizlərdən bir şey gözləmir, daha sizə pul vermir.
Azərbaycanda qurulan möhkəm ictimai-siyasi sabitlik sizin gah nala, gah da mıxa vurulan sözlərinizlə, şər-böhtan atmaqla "qurub yaratdığınız" dərnəklərə (belə demək olarsa) bənzəməz, ay İsa Qəmbərov!

BABƏK HACIYEV

Digər xəbərlər