Bir ildir ki, Müsavat qurultayını keçirə bilmir. Lakin keçirə bilmədiklərinin səbəblərini də müxtəlif formalarda izah edirlər. "Başbilənlərin" kimisi deyir maddi durumumuz imkan vermir, kimisi də partiya daxilində "işlərin" çox olması səbəbindən qurultayı keçirə bilmədiklərini bildirir. Amma bir dəfə də olsun demirlər ki, sosial bazamız yoxdur, bizə kimsə etimad göstərmir.
Amma onu deyim ki, bir müddət öncə, Müsavatda başqanlıq məsələsi gündəmdə idi. Deyəsən, bu səfər İsa Qəmbərovu devirmək istəyirlər. İsa Qəmbərov onsuz müqəvvadır, başının tükləri də tökülüb. Vallah, adamın bu kişiyə yazığı gəlir. Gah onu pul verib tərəfdarlarını küçəyə tökən anti-Azərbaycan meyilli qüvvələr hədələyir, gah da müavinləri hədələyir... Başını elə itirib ki, bilmir qurultayını Gürcüstanda keçirsin, ya Türkiyədə. Amma deyəsən, Gürcüstanı məsləhət bilirlər. Azərbaycanda özünə dayaq tapa bilməyən İsa Qəmbərov Əli Kərimovdan küsüb. Ona görə ki, Müsavat həmişə AXCP (i)-nin xeyrində-şərində can-başla iştirak edib. İndi isə Əli Kərimov Müsavatın qurultayının harda keçiriləcəyinə qarışmır. Deyir "ac başım, dinc başım". Bakıda da verilən yeri bəyənmir, deyir yararsızdı, balacadı. Axı, ay İsa bəy, siz də balacasız və yararsızsız. Nə zaman böyük işlər, görüb yararlı olmusuz? Ona görə hər kəsin yeri var. İsa bəy bir məsəl var onu xatırladım: "Yuxarıda yer yoxdu, aşağını da bəyənmir"... Bir yandan da baxanda, İsa Qəmbərov qurultayın keçirilməsindən narahat deyil. Çünki burada ətrafına adam yığa bilməyəcəklər deyə qınayacaqlar. İ.Qəmbərov də o qədər bəhanələr gətirib, day bəhanə də ondan bezib. Amma Azərbaycandan kənarda olsa, qurultaya adam gəlməsə, onda bir şey fikirləşəcəklər. Sonra da mətbuata açıqlama verirlər ki, biz Azərbaycanın imicinə xələl gətirmək istəmirik. Bizə yer versinlər, qurultayımızı keçirək. Söz yox ki, Azərbaycanın nüfuzuna sizinkilər xələl gətirməz. Tofiq Yaqublu bilməlidir ki, Azərbaycanın nüfuzu dağıdıcı, pozucu müxalifətin qurultayının harada necə keçirilməyi ilə ölçülmür. Gedin belə lap Afrikada keçirin. Afrika demişkən, yaxşı yadıma düşüdü. Ötənlərdə İsa Qəmbərov Əli Kərimova zəng vurub ki, sən də qurultaya dəvətlisən. AXCP sədri Əli Kərimov da deyib ki, böyük məmnuniyyətlə iştirak edərəm. Amma bu şərtlə ki, masanın üstünə banan da qoyun.
Babək Hacıyev