PDF Oxu

Müxalifət

  • 10

SİYASİ ÜÇBUCAĞIN KƏSİŞMƏ NÖQTƏLƏRİ

SİYASİ ÜÇBUCAĞIN KƏSİŞMƏ NÖQTƏLƏRİ

Son günlər İranın dini və rəsmi siyasi kuluarlarında anti-Azərbaycan xarakterli bəyanatların verilməsi, səsləndirilən həmin bəyanatlar fonunda bəzi qaranlıq, pərdəarxası məqamlara aydınlığın gəlməsi daha bir məsələni aktuallığı ilə ortaya çıxarıb. Sual oluna bilər ki, adıçəkilən üçlüyün siyasi motivləri hansı sübutlara əsaslanır və bu sübutların məntiqi nəticəsi nəyə hesablanıb? Məhz bu suala ilkin olaraq cavab vermək mümkündür ki, yuxarıda qeyd olunan siyasi üçbucağın kəsişmə nöqtələrindəki mənfi cəhətlər İran-Əli Kərimli-Rik Qarsia təfəkkürlərində "müsbət" formada qəbul olunur. Çünki burada ortaq maraqların mövcudluğu statusu mövcuddur. Həmin mövcudluğu isə bu cür sıralamaq mümkündür.


1. İran daxilində tarixən formalaşmış seksual azlıqların ayətullahlar tərəfindən Azərbaycana qarşı istifadəsi

2. AXCP sədri Əli Kərimlinin dünyanın seksual azlıqlar cəmiyyətində xüsusi nüfuza malik olması

3. ABŞ-ın Çikaqo şəhərində yaşayan və hazırda Gey və Lesbiyanların Problemləri üzrə Milli İşçi Qrupunun təsisçisi və rəhbəri olan Rik Qarsianın ümumi maraqlardan çıxış etməsi


Məhz bu kimi faktorları qabardaraq, şərh etmək mümkündür ki, siyasi üçbucağın kəsişmə nöqtələrini birləşdirən əsas nüanslar məhz bu çərçivədə tamamlanır.

İran tərəfinin Azərbaycan əleyhinə səsləndirdiyi qərəzli iddialarını və əsassız tələblərini müdafiə edən "cəbhə" sədrinin həmin dövlətin siyasi dairələri tərəfindən dəstəklənməsi özü-özlüyündə bütün kartları açıq edib. Sözügedən müstəvidə guya "Eurovision"da "gey-parad"ın keçirilməsinin qəti əleyhdarı olduğunu bütün "ləyaqətləri" ilə bəyan edən İranın din xadimləri sözügedən dəstək daxilində Azərbaycana turist qismində kifayət qədər seksual azlıq nümayəndələri göndəriblər. Bu isə, onu deməyə əsas verir ki, hər üç tərəf arasında aparılan danışıqların məntiqi nəticəsi Ə.Kərimlinin "gey-parad" proqramını reallaşdırmaq istəyindən qaynaqlanır. Əlbəttə ki, Azərbaycanın milli, iqtisadi, siyasi, sosial, mədəni və tarixi inkişaf təzahürlərini qəbul etmək gücündə olmayan İranın dini və siyasi dairələri ölkənin nüfuzuna xələl gətirməkdən ötrü həmin dəstəyi var gücləri ilə verirlər. Əlbəttə ki, bir şərtlə: AXCP sədri ona verilən dəstək əvəzinə, cənub qonşumuzun siyasi və qərəzli maraqlarına cavab verə biləcək açıqlamalar, bəyanatlar səsləndirməlidir ki, həmin açıqlamalardan biri artıq reallaşdırılıb.


İRAN "ŞƏR QÜVVƏ" ADLANDIRDIĞI ÖLKƏNİN CİNSİ AZLIQ LİDERİ İLƏ GİZLİ DANIŞIQLARA GEDİB


Nəticədə, İran mətbuatında dezinformativ üsulda ictimailəşdirilib ki, Azərbaycan müxalifəti molla rejiminin anti- Azərbaycan siyasətinə dəstək verir və həmin dəstəyin əsas lideri "cəbhə" sədri Ə.Kərimlidir.

Maraqlıdır ki, qərəzli və təhdid formalı siyasi baxışlarını daim ölkəmiz əleyhinə quran İran, bu dəfə bütün dini ehkamlara söykənən, islam dininə zidd olan "gey"lik simvolunu əsas siyasət kimi səciyyələndirir və istənilən bu kimi islamazidd dairələrlə gizli danışıqlara gedir. Bu məqamda İranın "şər qüvvə" adlandırdığı ABŞ-ın Gey və Lesbiyanların Problemləri üzrə Milli İşçi Qrupunun təsisçisi və rəhbəri olan Rik Qarsia ilə yaxın əlaqələr qurmasını da istisna etmək olmaz. Çünki İranın özündəki cinsi azlıqlar belə, R.Qarsianı özlərinə lider kimi qəbul edirlər. İranın anti-Azərbaycan qüvvələri isə buna göz yumurlar. Çünki sözügedən amil onların siyasi baxışlarını yetərincə təmin edir.

Başqa bir fakta da nəzər salaraq, belə qənaətə gəlmək mümkündür ki, əslində, Ə.Kərimlinin İranla sıx əlaqəsinin olması müəyyən köklərə qədər gedib çıxır. "Siyasi karyerasını zənginləşdirmək" cəhdi ilə bu yaxınlara qədər "millət yolunda şam kimi əridiyini" deyən Ə.Kərimli nədənsə panfarsizm siyasəti yürüdən İranda əzilən, döyülən, hüquqları tapdanan, hər şeyləri əllərindən alınan 35 milyonluq soydaşlarımız barədə düşünmür. Əksinə, onlara əzab verən "dini liderləri" müdafiə edir. Bu baxımdan, İranda azərbaycanlılar tarakana bənzədildiyi vaxt Ə.Kərimlinin səsini çıxarmamasına təəccüblənməmək lazım deyil. Çünki onun hansı "məzhəbə" qulluq etdiyi məlumdur.


GEY, YOXSA "DİNİ TƏƏSSÜBKEŞ"?


Atdığı bu kimi addımları sayəsində bir neçə cəhətdən parçalanmış "cəbhə" sədrinin gey, yoxsa "dini təəsübkeş" olması ətrafında gəzən söhbətlərə də aydınlıq gətirmək mümkündür. Ancaq indidən vurğulamaq mümkündür ki, Ə.Kərimli üçün lazım olanda gey, lazım olanda "dini təəssübkeş", lazım olanda milli satqın obrazı yaratmaq elə də çətin məsələ deyil. Əgər Ə.Kərimli insanların dini təəssübkeşliyinə bu qədər "incə" yanaşırsa, bu zaman Peyğəmbərimiz haqqında ayrı-ayrı Qərb ölkələrinin mətbuat orqanlarında karikaturalar yayımlananda, Qurani-Kərim bir keşiş tərəfindən yandırılanda harada idi?! Məgər İranın qondarma "dini lideri" Peyğəmbərdən üstündürmü?! Yoxsa Quranın müqəddəsliyi "dini xadimin" müqəddəsliyindən əksikdir?!

Onun bu gün gey maraqlarının təmninatçısı, İranın müdafiəçisi, "dini təəssübkeş" obrazı sabah intibah dövrünün katolisizm qəddarlığı ilə əvəzlənsə, buna heç kim şübhə və təəccüb etməməlidir. Çünki Ə.Kərimlini birləşdirəcək çox sayda siyasi üçbucaqlar mövcuddur. Ancaq onu da vurğulamaq mümkündür ki, üçbucaq müəyyən mənalarda səmərə verən həndəsi fiqur olsa da, Ə.Kərimli fiqurunun səmərəsizliyi artıq son mərhələsini yaşayır. Və həmin mərhələ onun kəsişmə bucağını ləğv edir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər