PDF Oxu

Müxalifət

  • 9

Rəsul Quliyev "estafeti" başqasına verdi

Rəsul Quliyev "estafeti" başqasına verdi

Mayın 29-da Rəsul Quliyevin "partiyasına" ("ACP") təyin olunan yeni sədr məsələsi, nəhayət ki, reallaşdı. Bir neçə müddətdir ki, Rəsul Quliyev "ACP"-nin yeni sədrinin kim olacağı ilə bağlı "proqnozlarını" açıqlamışdı. Okeanın o tayında qaçıb gizlənən Rəsul Quliyev yaşadığı yerdən videoçarxlar çəkib göndərməklə Azərbaycandakı ictimai-siyasi vəziyyəti "şərh" edir. İllərdir ölkədə gedən işlərdən, ümumilikdə, siyasətdən bixəbər olan R.Quliyev xaricdən sığınacaq, maliyyə almaqla gah müxalifətdən ayrılmış şəxslərlə, gah da müxalifətin içində olanlarla əməkdaşlıq edir. "İctimai Palata" ilə əməkdaşlığının baş tutmadığını görüncə, başqa "yollar" axtaran R.Quliyev guya "ACP"-nin fəaliyyətini yaxşılaşdırmaq üçün sədrlik "estafetini" İsa Qəmbərov "məktəbini" keçmiş, bir zamanlar Müsavatın Ali Məclisinə rəhbərlik edən Sülhəddin Əkbərə verdi. Rəsul Quliyev inanır ki, Sülhəddin Əkbər "ACP"-ni "səliqə-səhmana" salacaq. Tez- tez strukrunda dəyişiklik olduğu üçün bu partiyalarda vaxtında iclas keçirilmir. Həmişə növbədənkənar olur. Elə yenə də mayın 29-da həmin "ACP" Ali Məclisinin növbədənkənar "sessiyaları"nın biri baş tutdu. İclasda hansı diplomatik nümayəndələrlə, anti-Azərbaycan meyilli qüvvələrlə əməkdaşlığın "perspektivləri" müzakirə olunub. Yenə də köhnə ənənəsinə uyğun olaraq "məclisə" internet vasitəsilə "skaypla" qatılan Rəsul Quliyev partiyasının bundan sonrakı "fəaliyyətinə" uğurlar arzulayıb, öz "töhfələrini" verib. Xalq üçün, millət üçün səmərəli işlər görməyi deməsə də diplomatik korpuslarla sıx əməkdaşlıq etməyi məsləhət görüb. Hətta bu məsələdə Sülhəddin Əkbərin peşəkar olduğunu da dilə gətirib.

Bu "posta" Sülhəddin Əkbəri rəva bilən Rəsul Quliyev deyib ki, "tutar qatıq, tutmaz ayran". Özünü də 2013-cü ildə "prezident" görür. Axşam yatıb yuxuda gördüklərini, səhəri gün suya danışmaq əvəzinə, "mətbuata" danışır. Bunu deməklə də, həm İsa Qəmbərovu, həm də Əli Kərimovu qıcıqlandırır.

Azərbaycan xalqı Rəsul Quliyevi də, Əli Kərimovu da, İsa Qəmbərovu da yaxşı tanıyır. Hələ üstəgəl Sülhəddin Əkbəri də...


Babək Hacıyev


Digər xəbərlər