PDF Oxu

Müxalifət

  • 28

"Beşinci kolon" işbazları

"Beşinci kolon" işbazları

Qiyas Sadıxov:

Bu kolon ölkəni qoyardı viran,

Dəstəkçi QHT, "palata", "Turan",

Mehman Əliyevdi aranı vuran,

İstərəm Pənah da sevə kolonu.


Sülhəddin Əkbər:

Heyranı olmuşam şaqraq səsinin,

Sadiq məftunuyam hər kəlməsinin,

Sədriyəm Rəsulun "ACP"-sinin,

Oraya aparmaq istərdim onu.


Qiyas Sadıxov:

Leyla Yunusu da bu cinaha at,

Emin Hüseynovu o, edibdi pat,

"Azadlıq" qəzeti, "Yeni Müsavat",

Elə kolon kimi bəyənib bunu.


Sülhəddin Əkbər:

Borcumuz qoşulmaq ümumi xora,

Kolon çox QHT salıbdı tora,

Hərlənib-fırlanıb girəcək ora,

Elə bu kolondu Rəsulun sonu.


Qiyas Sadıxov:

Yaxşı yol göstərir Qiyas əmisi,

Elə o kolondu "İP"-dən təmizi,

Tünd qan rəngindədi kolonun rəmzi,

Pənah çıxarıbdı narıncı donu.


Sülhəddin Əkbər:

Demədim liderim otursun qında,

Qoy xolestirini artırsın qanda,

Yaxşı nitq söyləsə kolon haqqında,

Verərlər Rəsula geniş salonu.


Qiyas Sadıxov:

Bizim AXP-də belədi düstur,

Arxı tullan, sonra öz işini qur,

Yaransa Pənahın nitqində qüsur,

Dərhal yada düşər hava balonu.


Sülhəddin Əkbər:

Gözaltı eyləsin Rəsul uğuru,

Yolüstü doldurdun "İP" tək çuxuru,

Əvvəl addım atsın zirvəyə doğru,

Sonra geniş həcmdə göstərdin fonu.


Qiyas Sadıxov:

Əvvəl "beşinci"də bir meydan yapaq,

Sonra da ağzına qoyaq gen qapaq,

Kolonda sifəti olar ağappaq,

Pənah bəy sürtərsə üzünə unu.


Sülhəddin Əkbər:

Yalnız "ACP"-di düşən dilimə,

Lider məsuliyyət qoyub belimə,

Rəsul sükanını verdi əlimə,

Bunu unutmaram ömrüm uzunu.


Qiyas Sadıxov:

Bəşərə aiddi Allahın əmri,

İndi gəldi kolon cinahın əmri,

Bizdə keçir yalnız Pənahın əmri,

Desə, qaytararam dərhal quzunu.


Sülhəddin Əkbər:

Tezcə gerçəkləşər plana girsə,

Doğruya çevrilər yalana girsə,

Rəsul birmənalı kolona girsə,

Gətirər quruma bossun tuzunu.


Qiyas Sadıxov:

Ay Rəsul, sən də bir təxribat törət,

Beşinci yerdədi kolonda cürət,

Son vaxtlar götürüb kolon çox sürət,

Pənah görə bilmir, hətta tozunu.


Sülhəddin Əkbər:

Sözsüz, kolonsayaq bəzənər sahə,

Bol elektoratla dolardı vahə,

Rəsul qeyzə gəlib qalxsaydı şahə,

Pənah da görərdi üzün bozunu.


Qiyas Sadıxov:

Buna çatmaz Əli-İsa həvəsi,

Kəsilər onlarla lider nəfəsi,

Çatmazdı bu işə Rəsul qüvvəsi,

Bir Pənah əridər kolon buzunu.


Sülhəddin Əkbər:

İkisi bağlayıb "İP"-də itini,

Daha bir-ikisi töküb əkini,

Çıxarıb çoxları artıq şitini,

Rəsul artırardı kolon duzunu.


Qiyas Sadıxov:

Demədim kolona maraq azalsın,

Pis elektoratda sifət sozalsın,

Fındığı, deyirəm, Rəsula qalsın,

Pənah götürəcək kolon qozunu.


Sülhəddin Əkbər:

Mitinqlər çox etdi qulaqları kar,

Bizə "İP" meydanı gəlməkdədi dar,

Demişəm, yenə də edirəm təkrar,

Rəsul azaldacaq kolon qazını.


Qiyas Sadıxov:

Bizim AXP-də möhkəmdi cinah,

Bu sözü deməmək olardı günah,

Yaxın qoymayacaq kolona Pənah,

Bir neçə blokun lider qazını.


Sülhəddin Əkbər:

Gərək Qərbdən axan çoxlu cam olsun,

Burda sözümüz də gərək tam olsun,

İstəsən kolonda izdiham olsun,

Dilləndirməlidi Rəsul sazını.


Qiyas Sadıxov:

Öz bədxahlarına quracaq tələ,

Vəziyyəti xalis o, bilə-bilə,

Kəsib qarşısını öz hökmü ilə,

Yazar öz xeyrinə Pənah yazını.


Sülhəddin Əkbər:

Bu adam üzvlərə bol pul verəcək,

Təşkilat, sözsüz, bol məhsul verəcək,

Kolonda hökmü də Rəsul verəcək,

Orda görməzsiniz "İP"-in dazını.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər