PDF Oxu

Müxalifət

  • 46

Dağıdıcı və pozucu müxalifətin istəyi baş tutmadı

Dağıdıcı və pozucu müxalifətin istəyi baş tutmadı

Dağıdıcı və pozucu müxalifətin "Eurovision" Mahnı Müsabiqəsinin keçirildiyi zaman təxribatlar törətmək cəhdi baş tutmadı. Bu, onu deməyə əsas verirmi ki, artıq müxalifətə xaricdən də etimad tükənib? Dağıdıcı müxalifət nəyə görə, Azərbaycanda keçirilən mühüm əhəmiyyətli tədbirlər zamanı ölkədə qarışqlıq yaratmağa cəhd göstərir? Bu məsələyə aydınlıq gətirmək üçün Vəhdət partiyasının sədri Tahir Kərimliyə müraciət etdik.

Tahir Kərimlinin sözlərinə görə, Azərbaycan dövləti öz müstəqilik tarixinin ən böyük beynəlxalq tədbirlərindən birini keçirdi. Yəni "Eurovision 2012" Mahnı Müsabiqəsi məhz ölkəmizdə çox yüksək səviyyədə keçirildi. "Eurovision" Mahnı Müsabiqəsinin ölkəmizdə keçirilməsi Azərbaycanın yüksək səviyyədə inkişaf etməsini bir daha sübut etdi. Dağıdıcı və pozucu müxalifəti təmsil edən qüvvələr "Eurovision" Mahnı Müsabiqəsinin keçirilməsi zamanı ölkədə nə isə qarışıqlıq salmaq istəyinə düşmüşdülər. Amma müxalifət qüvvələrinin bu istəkləri reallığa çevrilə bilmədi. Bir sözlə, müxalifət qüvvələri öz qəyyumlarının etimadını doğrulda bilmədilər. Azərbaycan dövləti möhtəşəm bir təbdiri layiqli bir şəkildə başa vurdu.

Partiya sədri bildirdi ki, Azərbaycan dövləti müxalifəti təmsil edən qüvvələrə öz tədbirlərini keçirmək üçün yer vermişdir. Müxalifət qüvvələri də həmin yerlərdə tədbirlərini keçirdi. Demək olar ki, ölkədə istənilən bir tədbiri keçirmək üçün Azərbaycanın hakimiyyət və icra orqanları xəbərdar edilməlidir. Çünki adları çəkilən orqanlar həmin tədbirlərin keçirilməsi zamanı təhlükəsizliyin qarşısını almalıdır. Dağıdıcı müxalifət qüvvələri icazəsiz aksiyaların keçirilməsinə daha çox can atır. Sözügedən qüvvələr düşünürlər ki, əgər onlar icazəsiz aksiyalar keçirsələr, ölkədə xoşagəlməz hadisələr törədə bilərlər. Hər zaman Azərbaycan hakimiyyəti ölkədə icazəsiz aksiyaların keçirilməsinin qarşısını çox gözəl tərzdə alır. Bir sözlə, sözügedən qüvvələrin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, müxalifət qüvvələri ölkədə icazəsiz aksiyalar keçirməklə xalqın gözündən daha da düşürlər. Çünki ölkədə hər hansı bir xoşagəlməz hadisələrin törədilməsinə bir səbəb yoxdur. Ona görə də, Azərbaycan xalqı rahat şəkildə öz həyatını yaşamaq istəyir.


GÜLYANƏ

Digər xəbərlər