Yusif Bağırzadə:
İsa deyir Qərbdə bir ocaq qurum,
Bosslarla aranı çox sıcaq qurum,
"İP" Qərbdən pul uman oyuncaq qurum,
Araz aşığından, Kür topuğundan.
Gülağa Aslanlı:
İçdiyiniz belə yalan and oldu,
Liderin gözündə bir qrant oldu,
Etibar da dönüb kommersant oldu,
Sizlər də AMİP-in küt lopuğundan.
Yusif Bağırzadə:
Sizlərə yapışan "VİP"-inizin də,
İsa, Əlik kimi tipinizin də,
Bir zaman "möhtəşəm" "İP"-inizin də,
Qorxun siz çatından və qopuğundan.
Gülağa Aslanlı:
"İP"-in süfrəsində boldu məzə-mey,
Bizim məqsədimiz, sözsüz ki, ley-pey,
Gözləmək də olmaz bundan artıq şey,
Sizin tək gözləri kor qıpığından.
Yusif Bağırzadə:
Az qalır Əlinin, "İP"-in sonuna,
Dəyər liderinin, hətta onuna,
Bax bir Etibarın vid-fasonuna,
Kübarlıq yağmaqda bir papağından.
Gülağa Aslanlı:
"İP" özü AMİP-dən iri qalıbdı,
Həm də qurumumuz diri qalıbdı,
AMİP düz 20 il geri qalıbdı,
Çox "VİP" ayrılıbdı bir çapığından.
Yusif Bağırzadə:
Kişisən, qurum tap, orda ad çıxar,
Akif Nağını da "İP"-ə qat, çıxar,
Yüzlərlə "İP" çıxar, Müsavat çıxar,
AMİP-in lüzumsuz üst qapağından.
Gülağa Aslanlı:
Bəlkə də piyan, tir kommersant olub,
Londonda pələng, şir kommersant olub,
Etibar böyük bir kommersant olub,
Yapışdıq qrantın biz ufağından.
Yusif Bağırzadə:
Serj hamının olsun, Ter birinizin,
Xeyir bizim olsun, şər birinizin,
Bədnam yerinizdən hər birinizin,
Tük çıxıb özü də lap apağından.
Gülağa Aslanlı:
Sizin kimilərə yoxdu sözümüz,
Qaldıq Etibara məətəl özümüz,
Su içməyib bizim "İP"-dən gözümüz,
AMİP-in dağınıq o tifağından.
Yusif Bağırzadə:
Gülağa, deyirəm, olaydı toyun,
"Yurd"u, ətrafını sayıbdı qoyun,
İsa kimisinə əyməmiş boyun,
Etibar yeməmiş heç qabağından.
Gülağa Aslanlı:
İsanın, Əlinin gözləri bədnam,
Gəlsin Etibara, AMİP-ə qadam,
"İP"-ə qoşulandan sonra hər adam,
Təhqir gözləməzdi öz uşağından.
Yusif Bağırzadə:
Axdım sizləri çuxur yuxarı,
Bizdə ilğım belə axır yuxarı,
AMİP-də yetkili baxır yuxarı,
"İP" gələr sənin də lap aşağından.
Gülağa Aslanlı:
Sizdə danışmaqdan genəlibdi əng,
"İP"-ə üzvlərdən çoxalmaqda zəng,
Bizim "İP"-də olan adi bir pələng,
Yaxşıdı AMİP-in yüz vaşağından.
Yusif Bağırzadə:
"İP"-də yüz mərəkə qoparır sabah,
Lüzumsuz məkana həm varır sabah,
Bizlərdə Londona aparır sabah,
Qorx süquta gedən öz sabahından.
Gülağa Aslanlı:
Sizdə qalmayıbdı namus, ar belə,
Adınız aləmə olub car belə,
Sən özün cəhənnəm, Etibar belə,
Bilmir nə asılıb "İP" tabağından.
Yusif Bağırzadə:
Sənə çox demişəm gülmə qonşuna,
Təpmisən özünü "İP"-də qoşuna,
O gün də danışdın sən boş-boşuna,
Səni asacağıq biz qurşağından.
Gülağa Aslanlı:
Siyasi durumu izləmək olmaz,
Ulaq yerimirsə, bizləmək olmaz,
Vallah, ciddi nəsə gözləmək olmaz,
AMİP-in sizin tək balqabağından.
Yusif Bağırzadə:
Çox olub "İP"-ində qarışığın da,
Küskünlük çaları barışığında,
Müəmma-nitqin də, danışığın da,
Bir şey baş açmıram dal-qabağından.
Gülağa Aslanlı:
10-15 il əvvəl mən sənə taydım,
Adını obaya, ellərə yaydım,
Səni görən kimi AMİP-çi saydım,
Tanıdım narıncı yar-yamağından.
Yusif Bağırzadə:
İstər mənə qəlbən söy, qrijasan,
Başı daşdan-daşa döy, qrijasan,
Başa düşdüm başdan key qrijasan,
Bildim bunu fikrə tez cummağından.
Gülağa Aslanlı:
Pambığa daraşan həm sovka şeysən,
Yoşka yox, sən adi bir Vovka şeysən,
Nitqindən qavradım deşovka şeysən,
Payın azalacaq çox ummağından.
MİRZƏ QƏRƏNFİL