PDF Oxu

Müxalifət

  • 72

Aslan İsmayılov Əli Kərimovun dili rolunda

Aslan İsmayılov Əli Kərimovun dili rolunda

Sağlam düşüncəli ictimaiyyət, normal siyasi fəaliyyətlə məşğul olan cəmiyyət kateqoriyasına aid olan hər bir şəxs AXCP (i) sədri Əli Kərimovun hansı əxlaqa, hansı düşüncəyə və hansı "cinsə" mənsub olduğunu yaxşı bilir və bildiklərini unutmur. Çünki "cəbhə" sədrinin özü başda olmaqla, yaxın ətrafının da əxlaqi və etik baxımından inkişaf "perspektivləri" dəfələrlə ifşa olunub. Lakin həmin ifşaların nəticəsizliyi, sözün həqiqi mənasında, insanlarda təəssüf və təəccüb doğurur. Çünki milli-mənəviyyata, ləyaqətə, şərəfə dəyər verən kəs, təbii ki, Ə.Kərimovun məlum həyat tərzinə müsbət baxmamalıdır. Ancaq fakt onu deyir ki, məhz AXCP (i) sədri kimi "cinsləri" məlum olanlar onun müdafiəsinə qalxır, az qala Ə.Kərimovun və ailəsinin törətdikləri rəzilliklərə öz təbirlərincə haqq qazandırırlar. Söz yox ki, buraya həm dağıdıcı müxalifət ünsürlərini, həm siyasiləşmiş QHT təmsilçilərini, həm də qondarma hüquq müdafiəçilərini də əlavə etmək mümkündür. Bu dəfə də onlardan növbəti birini təqdim edirik.

Özünü cəmiyyətdə "vəkil" kimi təqdim edən, "hüquq müdafiəçisi" rolunda min-bir cür əməllərdən çıxan, ümumiyyətlə, hansı əmələ xidmət etdiyi bilinməyən, dəfələrlə bayraq altından bayraq altına keçən Aslan İsmayılov "Azadlıq" qəzetinə verdiyi müsahibəsində Ə.Kərimovun altından girib, üstündən çıxıb. Çünki onun burada və indiki məqamda müəyyən payı olub. Daha kimin əlindən çörək yeməsi ona qətiyyən maraqlı deyil. Ona görə də başlayıb Ə.Kərimovu haqlı olaraq ittiham edənlərə şər-böhtan atmağa. Onun dəyərsiz fikrincə, bir-neçə gün öncə, AXCP (i) sədrinin İranın panfarsizm ideologiyasını dəstəkləyən, azərbaycalılara qarşı, dövlətçiliyimizə qarşı çıxan məlum bəyanatına etiraz edənlər "əxlaqsızlar" imiş. Amma Ə.Kərimovun özü və ətrafındakıları nəinki əxlaqsız, hətta namus-qeyrət dağarcıqlarıymış (?!)

Ancaq A.İsmayıliov özü də unudur ki, Ə.Kərimovun dili rolunda çıxış edərkən, öz "qəhrəmanlıqlarını" ifşa etmiş olur. Və nədənsə, bu gün AXCP (i) sədrinin seksual azlıq nümayəndəliyini və anti-Azərbaycan meyilli çıxışlarını müdafiə edərkən, etiraf etmir ki, bir dəfə də olsun vəsaiti çatmayan insanlara vəkil kimi yardım etməyib. Yəni A. İsmayılov bir dəfə göstərsin ki, məhkəmədə kasıb bir adamın hüququnu müdafiə edib. Harada imkanlı adam varsa, A.İsmayılov onun vəkili olur. Çünki o, bu yola qulluq edir.


Aslan İsmayılov zamanında ermənilərə mesaj verib ki, Sumqayıt hadisələrini parlament müzakirəsinə çıxarsınlar


Bu məqamda YAP İcra katibinin müavini Siyavuş Novruzovun A. İsmayılov barədə irəli sürdüyü həqiqətləri xatırlatmaq mümkündür. Belə ki, A.İsmayılov bundan öncə də dağıdıcı müxalifət haqqında "müsbət" fikirlər söyləyərkən, S.Novruzov bildirmişdi: "A.İsmayılov istəyirsə, mən Azercell-dən onun mənə ayda neçə dəfə zəng edib hansısa KİV orqanında iqtidarı təriflədiyi ilə bağlı sözlərini mətbuata təqdim edim. Aslan İsmayılov mənim qapımı açıb-örtməyi belə özünə şərəf bilir. Ömründə bir dənə kitab yazıb ki, o da müəyyən cinayət işlərinin materiallarının ümumiləşdirilmiş dərcidir. Hətta kitabının təqdimat mərasimində iştirak və çıxış etməyim üçün mənə dəfələrlə zənglər vurur, dəridən-qabıqdan çıxırdı. Harada da oturub-durur deyir ki, mən kitab yazmışam. Nə yazmısan? Hansısa istintaq materiallarının dərci kitab yazmaq deməkdirmi? Bununla da ermənilərə mesaj verir ki, Sumqayıt hadisələrini parlament müzakirəsinə çıxarsınlar. O, dəlinin yadına daş salır, ermənilərə yol göstərir".

Bu gün A.İsmayilov Ə.Kərimovu müdafiə edərkən, unutmamalıdır ki, sovet hökuməti dönəmlərində onu ən uzaq aullara hakim kimi işləməyə göndərirdilər. Yəni onun ağlı və dərrakəsi aul çöllərindən o tərəfə layiq deyil. Ona görə də onun Ə.Kərimov səviyyəsinə düşməklə haqlıları ittiham etməsi A.İsmayılovun kim və nə olmasının sırf göstəricisidir.


QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər