PDF Oxu

Müxalifət

  • 31

ADP daxilində "İctimai Palata" qarşıdurması

ADP daxilində "İctimai Palata" qarşıdurması

Dağıdıcı müxalifət düşərgəsində son zamanlar davamlı şəkil alan partiyadaxili qarşıdurmalar müxtəlif istefalar və təyinetmələrlə nəticələnir. Gah bu, gah da digər mövzular ətrafında qarşılıqlı razılaşmalara gedə bilmək imkanından məhrum olan müxalifətçilər son anda funksioner - sədr ziddiyyətlərinin şahidlərinə çevrilirlər. Bu isə 2013-cü ildə prezident seçkilərinə getmək iddiasında olan aqressiv düşərgənin həmin ilə qədər salamat gedə bilməsində suallar doğurur. Belə qarşıdurmalardan biri də ADP -də baş qaldırıb. Sədr Sərdar Cəlaloğluya qarşı kəskin ittihamlarla çıxış edən müavini Həsrət Rüstəmov onu "İctimai Palata"ya qarşı mövqeyinin dəyişməsində günahlandırıb. Belə ki, "palata"nın tədbirlərindən birinə dəvət almış S.Cəlaloğlunun davranışlarından da bəlli olub ki, ADP sədri partiyasının "İP"-ə getməsi üçün müraciət hazırlayıb. Hətta bununla bağlı S.Cəlaloğlunun Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimov arasında ilkin razılaşmanın olduğu da deyilir.

Onu da xatırladaq ki, ADP "Ümid" partiyası ilə birlikdə "Qarabağ Bloku"nun həmtəsisçisidir və məlum olaylar üzündən İ.Qəmbərovla İqbal Ağazadə arasında yaşanan ixtilaf səbəbindən, S.Cəlaloğlunun da "İctimai Palata" arzusu baş tutmur.


"Biz içimizdən olan bəzilərindən fərqli olaraq, "İP"-in ideal format olduğu qənaətində deyilik"


Məhz bu cür açıqlamalarla çıxış edən ADP sədrinin birinci müavini Həsrət Rüstəmov ADP sədrinin "palata"ya olan platonik sevgisini dəyərləndirərkən deyib. Lakin H.Rüstəmov onu da bildirib ki, o, müxalifətin bir komanda kimi vahid namizəd ətrafında birləşməsi variantına da inanmır. Bu kontekstdə S.Cəlaloğlunun ittihamlara tuş gəlməsi, eyni zamanda, ADP-də yeni çaxnaşmaların yaranmasına şərait yaradır. Çünki H.Rüstəmov hazırda müavinlik etdiyi partiyada sədrlik postuna yiyələnməkdən ötrü əlinə düşən bütün şanslardan istifadə edir. Sədrinin birdən-birə "İP"-ə meyillənməsi isə həmin istiqamətdə onun yolunu açıq edir. Bu baxımdan da, çıxış edən H.Rüstəmov "İctimai Palata"nı ciddi qurum hesab etmir ki, sözügedən qurum müxalifətdə hər hansı ideal variant rolunu oynaya bilər: "Bu barədə partiyada hər hansı müzakirələr də aparılmayıb və düşünmürəm ki, nə zamansa aparılsın. Çünki biz "İP"-in ideal format olduğu qənaətində deyilik".

Göründüyü kimi, ADP-də, digər dağıdıcı müxalifət partiyalarında olduğu kimi, ciddi fəlakətlər yaşanmaq ərəfəsindədir. Həmin fəlakətin 2013-cü ilə qədər aqressiv müxalifətdə təmsil olunan bütün siyasi təşkilatlara sirayət etməsi isə artıq reallaşıb.


R.RƏSULOV

Digər xəbərlər