Dağıdıcı müxalifət mətbuatı ölkə rəhbərliyinin humanizm prinsipinə əsaslanmış siyasətinə növbəti dəfə qərəzlə yanaşmağa cəhd göstərir. Belə ki, həmin mətbuat səhifələrində gedən yazı və məqalələrdən bir daha bəlli olur ki, əslində, onların fəaliyyətləri hüquqi müstəvidə deyil, qərəz və böhtançılıq üzərində qurulub. Onu da qeyd etmək yerinə düşərdi ki, başda Leyla Yunusova olmaqla, onun ətrafında cəmləşən "hüquq müdafiəçiləri" müəyyən xarici sifarişlər əsasında Azərbaycan dövlətçiliyinə və xalqına qarşı total böhtan kampaniyasına qoşulublar. Məsələnin maraqlı cəhəti isə ondadır ki, ötən günlərdə vaxtından əvvəl həbsxanalardan azadlığa buraxılanlar - Ruslan Bəşirli, Bəxtiyar Hacıyev və digərləri dövlət başçısına müraciət edərək, Onun humanizm siyasətinə, demokratik baxışlarına inandıqlarını, bundan sonra yalnız dövlətçilik mövqeyindən çıxış edəcəklərini vurğulayıblar. Və buradan da aydın olur ki, şəxsi müraciət həm də dövlət başçısına olan inamın bariz nümunəsidir.
Milli xəyanətkarlar yığıncağı
Təəccüb doğuracaq nüans isə ondan ibarətdir ki, reallığa daim əks baxışları ilə kölgə salmaq istəyən dağıdıcı müxalifət ünsürlərinin sözçüləri, onların "hüquqlarını" müdafiə edən qondarma hüquqşünaslar nədənsə tarixi keçmişlərinə nəzər salmağı unudurlar. Belə ki, bu günlərdə L.Yunusova kimi vətən və millət xaininin sözlərini özünə "tezis" kimi götürən növbəti satılmış şəxs - Müzəffər Baxışov adlı erməni casusu bütün mənalarda kimliyini sübuta yetirib. Məsələn, o unudub ki, Azərbaycan hakimiyyətinə olmazın iftiralar atan, bununla da milli mənsubiyyətinin erməni olduğunu sübut edən L.Yunusovadan "tezis" götürməyin özü məhz erməni milliyyətçiliyini müdafiə etmək anlamını daşıyır. Bu baxımdan da, AXCP (i) sədri Əli Kərimova məxsus "Azadlıq" qəzetində çıxış edənlərin milli mənsuniyyətləri, hansı dinə və hansı məzhəbə qulluq etmələri özü-özlüyündə böyük suallar yaradır. Eləcə də, adıçəkilən "hüquq müdafiəçisi" M.Baxışovun.
Sərt cavab
Cavab isə budur ki, həmin zamanlar hakimiyyətdə olan anarxik qüvvələr taladıqları paydan onlara da verirdilər. Eyni zamanda, onlar üçün də insanların azadlıqlarını məhdudlaşdırmaq üçün imkanlar yaradılırdı. Və həmin zamanlar Azərbaycan, nəinki şahlıq qanunları ilə, bütövlükdə, cəngəllik qanunları ilə idarə edilirdi. Cəngəlliklərin padşahları isə məhz bu günün inhisarçı "liderləri" AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, Pənah Hüseynov və başqaları idi.
Sonda isə da onu vurğulamaq mümkündür ki, artıq heç bir böhtan və qərəz onların keçmişlərini unutdurmayacaq. Hətta L.Yunusovanın və ətrafına topladığı özü kimilərin əsassız iddiaları da. Çünki onların hər biri Azərbaycan xalqının gözü qarşısında, sadəcə, vətən xainləridirlər. Vətən xaininə isə güzəşt olunmur!
Rəfiqə Hüseynova