Neçə vaxtdır ki, Müsavat başqanı İsa Qəmbərov "Dəbdəbəli" qurultay keçirmək fikrindədir. Amma son zamanlar dağıcıdı müxalifət düşərgəsində baş verənlər qurultayı arxa plana keçirib. İ.Qəmbərov, bir müddət öncə, qurultayını harada keçirəcəyini də bəyan etmişdi. Keçən il keçirilməli olan qurultay bu il də baş tutmayacaq. Çünki "İctimai Palata"ya "qonaq" gələcək, onu gözləyirlər. Söhbət Sülhəddin Əkbərin "qədəmləri"ndən gedir. Guya başları aksiyalara qarışıbmış kimi absurd bəyanatlar verən Müsavat sözçüsü Tofiq Yaqublu qurultayla bağlı işlərin davam etdiyini deyir. O bildirir ki, kütləvi etirazlar, aclıq aksiyaları oldu. O səbəbdən, qurultay ləngiyib. Hələ xaricdə keçiriləcək qurultayla bağlı məlum dövlətlərə müraciət olunmayıb. Belə görünür ki, İ.Qəmbərovu düşərgədə sıxışdırırlar. Qurultayda yenidən başqan seçilsə də - seçilməsə də, artıq Müsavat partiyası dağılmağa məhkumdur. Ümumiyyətlə, pozucu düşərgədə son vaxtlar baş verən gərginlik özlərinə qarşı yönəlib. Düşərgədə təmsil olunan partiya liderləri özləri özlərinə qarşı təxribat hazırlayır, çirkin planlar həyata keçirirlər. Bu mənada, yeni peyda olan "ACP" düşərgədə lider olmaq xülyasına düşüb. Vaxtilə Müsavatın şinelindən çıxan S.Əkbər indi Rəsul Quliyevin "xeyir-duası" ilə "birincilik" uğrunda mübarizə aparır. Bütün baş verənlər İ.Qəmbərova zərbə vurmaq məqsədi daşıyır. Bu cür təzyiqlərin altında olan İ.Qəmbərov çaşıb qalıb. Heç daha qurultayın da adını çəkmir ki, birdən onun qurultayda başqan seçilməsinə də maneçilik törədərlər. Hər halda, bir müddət öncə, bir sıra pozucu müxalifət təmsilçiləri, xüsusilə, məlum rayon təşkilat sədrləri İ.Qəmbərovdan ayrılıb, "ACP"yə üz tutmuşdu. Tez-tez belə qopmaların olması Müsavatın işini çətinləşdirir. O səbəbdən, daxildə gedən gərgin proseslər qurultayın keçirilməsini təxirə salır. Müsavatın qurultayını Türkiyədə və ya Gürcüstanda keçirməsi planı isə iflasa uğrayıb. Qısa müddətdə qurultayın Bakıda keçirilməsi gündəmə gələcək. Görəsən, o zaman S.Əkbər də Ə.Kərimov kimi süfrəyə banan qoyulmasını istəyəcəkmi?!
Babək Hacıyev