PDF Oxu

Müxalifət

  • 63

Ayaz Mütəllibov: "Siyasət söhbəti gələndə, müxalifətdən diksinirəm"

Ayaz Mütəllibov: "Siyasət söhbəti gələndə, müxalifətdən diksinirəm"

ASDP həmsədri Ayaz Mütəllibov bu günlərdə yeni bəyanatla çıxış edib. Lakin həmin bəyanatın arxasında bir sıra həqiqətər dayanıb. Belə ki, o, yenidən siyasətə qayıtmayacağını öz açıqlamasında bildirib. A.Mütəllibov bunu dağıdıcı müxalifətin yarıtmazlığı ilə əlaqələndirib. "Azadlıq" qəzeti isə hər zamankı kimi, təhriflərə yol verərək, onun fikirlərini öz təbirincə şərh edib. Məsələ ondadır ki, A.Mütəllibov siyasətdən danışarkən bildirib ki, o, müxalifətdən diksinib. Onu da qeyd edək ki, Milli Məclis iyunun 12-də "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanunu təkrar səsverməyə çıxaracaq. Bu qanun Ayaz Mütəllibova da şamil olunacaq. Sözügedən məsələ ilə bağlı A.Mütəllibov bildirib ki, o, Bakıya qayıtmağa hazırdır.Lakin yenidən siyasi müstəvidə çıxış etməyi düşünmür. Çünki müxalifətdən diksinib: "Biz qayıtmağa hazırıq. Əşyalarımızı Bakıya göndərmişik. Çamadanımızı götürüb Azərbaycana qayıdacağıq, ailəmizə qovuşacağıq. Yəqin ki, Mərdəkandakı bağa gedəcəyəm, orada yaşayacağam. Ona görə də bu məsələdə problem yoxdur və xüsusi bir hazırlığa da ehtiyac görmürəm. Qanun qüvvəyə minəndən üç-dörd gün sonra Bakıya qayıdacam. Mənim Azərbaycana qayıtmağımla bağlı müxtəlif fikirlər var. Ancaq mən keçmişdə olan hadisələr haqında danışmaq istəmirəm. Çünki olan olub, keçən keçib, hər şey keçmişdə qalıb. Mənim fəal siyasətlə məşğul olmaq fikrim yoxdur. Çünki müxalifətdə olmaq məni diksindirib".

Onun açıqlamasından da bəlli olub ki, ölkənin dağıdıcı müxalifəti kimi fəaliyyət göstərən qondarma güclərin A.Mütəllibovu öz tərəflərinə cəlb etmək istəkləri heç bir nəticə vermir. Ona görə də onu vaxtilə devirən güclər hazırda A.Mütəllibovun tərəfdaşları kimi çıxış etməyə cəhd göstərirlər. Ancaq onun cavabı hər şeyi həll edib. Belə ki, müxalifətdən diksinmək söhbəti dağıdıcıların arzularını ürəklərində qoyub. Hər halda, A.Mütəllibovun bu kimi açıqlaması bunu deməyə əsas verir.


Rəfiqə Hüseynova

Digər xəbərlər