PDF Oxu

Müxalifət

  • 59

Müsavat "ACP" ilə müqayisə olunarsa

Müsavat "ACP" ilə müqayisə olunarsa

Neçə müddətdir ki, dağıdıcı müxalifət düşərgəsindəki gedən "didişmə" artıq genişlənib. Birincilik uğundakı mübarizələr İsa Qəmbərova zərbələrlə yadda qalır. Yenicə "peyda" olan "ACP" sədri Sülhəddin Əkbər düşərgədə "mənəm-mənəmlik" edir. S.Əkbərin Müsavatı sıxışdırmaq cəhdi özünü doğruldur. Hələ ki, İ.Qəmbərovdan səs-soraq yoxdur. S.Əkbər açıq-aydın mətbuata deyir ki, "ACP" Müsavatdan güclüdür və dayaqları möhkəmdir. Hətta bu partiyaları müqayisə də etmək istəyib. Bunu "ACP"-yə yaraşdırmayıb. Bir vaxtlar həmin partiyanın çörəyini yeyən S.Əkbər indi Müsavata "təpik" atır. Vaxt tapıb İ.Qəmbərovla görüşə bilmir və ya görüşmək istəmir. Aralarındakı münasibətin soyuq olduğu məlumdur. Bir tərəfdən də qondarma qurum olan "İctimai Palata" təmsilçiləri çalışırlar ki, İ.Qəmbərovla S.Əkbəri bir ayara gətirib barışdırsınlar. Lakin S.Əkbər, deyəsən, vaxtında İ.Qəmbərdən gördüyü xəyanətkarlığı həzm edə bilmir. Hər halda, vaxt keçib indi özü partiya sədri olub. Yaşadıqlarını İ.Qəmbərova yaşatmaq şansı qazanıb. Burda deyirlər, ay İ.Qəmbərov, "kiminin əvvəli, kiminin axırı"... Bir də gördün Əli Kərimovdan S.Əkbərə müavin getdi. Çünki Ə.Kərimovdan nə istəsən gözləmək olar. Ümumiyyətlə, dağıdıcı müxalifət düşərgəsində İ.Qəmbərov tamam gözdən düşüb, "mövqeyi" zəifləyib. Tofiq Yaqublu ilə baş-başa verib fikirləşirlər ki, S.Əkbərə necə "girsinlər". Hər halda, bir müddətdən sonra S.Əkbər İ.Qəmbərovla görüşə bilər ki, bu söz-söhbətlər yığışsın. Amma bu da inandırıcı deyil.


BABƏK HACIYEV

Digər xəbərlər