PDF Oxu

Müxalifət

  • 86

İsa və Əli Mirmahmudun hədəfində

İsa və Əli Mirmahmudun hədəfində

Mirmahmud Fəttayev:

Qərb üz döndərəndə uçuldu İsa,

Bossları önündə bir quldu İsa,

Başqa fikirlərlə məşğuldu İsa,

Qurultay atılıb arxa plana.


Tofiq Yaqublu:

Hər biri yalançı, əfsanə başqan,

Bütün namizədlər biganə başqan,

İsanın özüdü yeganə başqan,

Çoxları dirənib müdhiş dalana.


Mirmahmud Fəttayev:

Özünü mədəni, zərif sayıbdı,

Onu boss öyəndə tərif sayıbdı,

Bizi çox aldadıb, hərif sayıbdı,

Həmişə üz tutub İsa kalana.


Tofiq Yaqublu:

Çoxu başqanlığa etməkdə meyil,

Ancaq olmamışdı heç biri ceyil,

Bizim namizədlər fit çalan deyil,

Fiti bağışlarlar onu çalana.


Mirmahmud Fəttayev:

Başı boss önündə yerə dəyəcək,

Ömrü boyu Qərbə boyun əyəcək,

Sənin İsa bəyin düzəlməyəcək,

Qurşanıb Əliylə birgə talana.


Tofiq Yaqublu:

Satmaram boş yerə imanımı heç,

Əsirgəmərəm də mən canımı heç,

Qınama sən mənim başqanımı heç,

Dərdli meyl eyləyər dərdə salana.


Mirmahmud Fəttayev:

Onlara xoş gəlir pulun irisi,

İsa da, Əli də qrant hərisi,

Ucuz başqanının kobud dərisi,

Onun bənzəri var əfi ilana.


Tofiq Yaqublu:

İsa bosslarını bizlər Parisdə,

O öz pullarını gizlər Parisdə,

Aram Manukunyan gözlər Parisdə,

İsanı aparar ordan Milana.


Mirmahmud Fəttayev:

Qrant deyə-deyə çıxacaq canı,

Millətin qanından fərqlidi qanı,

Nə qədər dolansa düzü-dünyanı,

Sonda möhtac qalar İsa palana.


Tofiq Yaqublu:

"İP"-ə toplaşanlar pul yoldaşıdı,

Əli də başqanın kol yoldaşıdı,

Qələbə İsanın yol yoldaşıdı,

Qərb çoxlu pul verir qalib olana.


Mirmahmud Fəttayev:

Kamanda zil mənim, sakit bəm onun,

Xeyirlər mənimdi, kədər-qəm onun,

Hər ciki-bikinə bələdəm onun,

Məni bənzədəmməz filan-filana.


Tofiq Yaqublu:

Onların başında xata, tasa da,

Qərbdən veriləcək "İP"-ə masa da,

Əli də marıqda yatar, İsa da,

Qrant bağışlanar onu alana.


Mirmahmud Fəttayev:

Əlinin, İsanın yeri "İP"-də tin,

Həmişə idarə eyləyibdi kin,

Bunu təcrübəmdə etmişəm yəqin,

İsa təpik atır dalda qalana.


Tofiq Yaqublu:

Lider ayıbını Soroslar örtüb,

Dəstəkçi ciblərə avrolar dürtüb,

Üstlərinə bosslar çoxlu bal sürtüb,

Qoysan, İsa ilə Əli yalana.


Mirmahmud Fəttayev:

Torpaq Əli, İsa kimi qurd bəslər,

Qərbdən gəlib çatıb həmişə səslər,

Hörmətlə adını çəkdiyin kəslər,

Xidmət edibdilər daim yalana.


Tofiq Yaqublu:

Bir piket qalibi Əli qış üzrə,

İsa püxtələşib gur alqış üzrə,

Onlar bir çempion axtarış üzrə,

Qərb də dərhal verir pulu bulana.


Mirmahmud Fəttayev:

Onların narıncı libasdı sonu,

Liderlərinin də, bil, yasdı sonu,

Haram pul yeyənin iflasdı sonu,

Qorx ki, İsa qusa, könlü bulana.


Tofiq Yaqublu:

Boş qalıb Əlinin cibinin dibi,

Ortaya atıbdı bosslar bu dəbi,

İsa da mükəmməl doldurub cibi,

Bir zaval olmayıb cibi dolana.


Mirmahmud Fəttayev:

Liderin avara-sərgərdan, veyil,

İmkanlı bosslara eyləyir meyil,

Yerləri o qədər mükəmməl deyil,

Künclərdə-bucaqda qalar dolana.


Tofiq Yaqublu:

Çoxdandı ki, dərin fikrə dalıbdı,

Bura gələn bossdan qrant alıbdı,

Doğrusu, "Yurd" Əli "İP"-də qalıbdı,

İsa bəy bağlıdı Qərbdə klana.


Mirmahmud Fəttayev:

Alışıb xarici bal-qəndə İsa,

Düşüb boss əlində bəd bəndə İsa,

Xarici maşından düşəndə İsa,

Ciddi ehtiyacı olar qulana.


Tofiq Yaqublu:

Qərb hətta sənin də ağ tikən deyil,

Pulu qurtaranda, dərd çəkən deyil,

İsa Əli ilə lək əkən deyil,

Ləki əkdirərlər onu yolana.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər