PDF Oxu

Müxalifət

  • 43

Müsavat partiyasında yaşanan gərginliklərin baiskarı kimdir?

Müsavat partiyasında yaşanan gərginliklərin baiskarı kimdir?

Xatırladaq ki, hələ 2001-ci ildə Müsavat partiyasının qurultayında bu təşkilatın nizamnaməsinə əlavə və dəyişikliklər edilərək, bir şəxsin iki dəfədən artıq başqan seçilməsi məsələsi aradan qaldırılmışdı. Belə ki, siyasi təşkilatın nizamnaməsinə görə, qurultayın 4 ildən bir keçirilməsi nəzərə alınmışdı. Əgər adıçəkilən partiya qəbul etdiyi nizamnaməyə uyğun qaydada fəaliyyət göstərirsə, bu halda başqan İsa Qəmbərov hələ 2009-cu ildə başqanlıq postunu tərk etməli idi. Lakin bunun üzərindən 3 ildən də artıq müddət keçməsinə baxmayaraq, Müsavat başqanı hələ də, öz postunu qoruyub saxlayır və görünür, başqanlıqda qalmaqdan ötrü yeni "ideyalar" üzərində işləyir.

Onun heç nəyə yaramayan "ideyaları"

Onu da qeyd edək ki, bu ərəfələrdə qarşıdan gələn növbəti 2013-cü il prezident seçkilərinə qədər Müsavat partiyasının qurultayının təxirə salınması ilə bağlı təşkilatdaxili müzakirələr yenidən gündəmə gəlib. Baş verənləri İsa Qəmbərovun özünün hazırladığı ssenarinin tərkib hissəsi sayanlar, bu yolla onun başqan postunu daha bir neçə il uzatmağa çalışdığını təxmin edənlər də var. Çünki bir müddət öncə qurultaylarının keçirilməsinin guya hakimiyyət tərəfindən əngəlləndiyini iddia edən partiya yetkililəri, sonradan həmin tədbirlərin Gürcüstanda keçiriləcəyini bildirirdilər. Ancaq bu da baş vermədi və bir daha məlum oldu ki, bütün bunlar məhz İ.Qəmbərovun "ideyaları" fonunda qabardılan məsələdir.Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa sözügedən məsələ ilə bağlı bildirdi ki, İ.Qəmbərovun Müsavat rəhbərliyində qalmaq istəməsi haqqında fikirlər müxtəlifliyi ilə seçilsə də,fərqli olsa da, o, buna ehtiyac görmür: "Müsavat başqanı postu nazir-filan deyil ki, İsa Qəmbər bu vəzifədə qalmaq üçün can atsın. İstənilən halda, Müsavat partiyasının hazırkı durumunda partiyaya rəhbərlik etmək İsa Qəmbərə əlavə imkanlar yaratmır. Bu mənada, onun başqanlıq uğrunda ciddi mübarizə aparmasının da mənası yoxdur. Əgər hakimiyyət partiyaya qurultay keçirmək üçün onun istədiyi yeri ayırsa, bu halda, İsa Qəmbər hətta başqan qalmaq istəsə belə, partiya rəhbərliyindən getməyə məcburdur. Lakin indiki halda isə onlar guya normal yer ayrılmamasını əsas gətirərək, qurultayın vaxtını uzatdıqlarını bəyan edirlər".

İsa Qəmbərovun əsas məqsədi Əli Kərimova qarşı köklənib

F.Mustafanın fikrindən bir daha bəlli olur ki, bu gün partiya qurultay keçirsə belə, orada nizamnaməyə uyğun davranışlar görmək mümkün deyil. Çünki bütün hallarda İ.Qəmbərov siyasi təşkilatda qalmaqdan ötrü əlində olan "kozırlardan" istifadə edəcək. Və bu dəfə də "getmə, qal" imitasiyaları partiyadaxili "sosial sifariş" qismində mətbuata sızdırılacaq. Nəticədə, İ.Qəmbərovun Müsavatın ali postundan enməyəcəyi məlum olacaq.Onu da qeyd etmək mümkündür ki, hazırda Müsavatın qurultayının keçirilməməsi fonunda digər müavinlər və funksionerlər arasında sərt fikirlər səsləndirilməkdədir. Söz yox ki, burada İ.Qəmbərovun getməsini və qalmasını istəyən qruplaşmalar da mövcuddur. Ancaq nəticədə İ.Qəmbərovun əlində olan sonuncu "şansının" reallaşmamasını da proqnozlaşdırmaq mümkündür. Yəni özünü 2013-cü ilə qədər rəhbərlik postunda saxlamağa cəhd göstərən İ.Qəmbərov bütün hədəflərini əzəli düşməni, AXCP (i) sədri Əli Kərimova qarşı işlətməyi fikirləşir. Çünki onun Müsavatda qalmaq arzusunun əsas, hətta birinci mənbəyi məhz Ə.Kərimovu siyasi rəqabətdən kənarlaşdırmaq, bununla da müxalifətin "vahid lideri" olmaqdan ibarətdir. Ona görə də bu gün Müsavat daxilində yaşanan gərginliklərin səngiyəcəyini söyləmək çətindir.

R.RƏSULOV

Digər xəbərlər