AXCP (i) və Müsavat partiyalarının birgə təşəbbüsü ilə yaradılan qondarma qurum olan "İctimai Palata" daha bir neçə müttəfiq axtarışındadı. Belə ki, neçə müddətdir "Qarabağ Bloku"na daxil olan partiyaların da "İP"-də təmsil olunması məsələsi artıq bağlanıb. Çünki açıq şəkildə həmin blok tərəfindən rədd cavabı verilib. Dəfələrlə ADP sədri Sərdar Cəlaloğlu qeyd edir ki, "İctimai Palata" perspektivsiz bir qurumdur. Hətta onun fikrinə görə "İP" məntiqdən çox, uzaq bir siyasi xətt yürüdür. S.Cəlaloğlu dəfələrlə "İP"-i müzakirələrə dəvət etsə də, amma qurum bunu qəbul etməyib. Hər halda, görünür ki, tərəflərdə fikir ayrılığı mövcuddur. Amma pozucu "İctimai Palata"nın mövqeyi bundan ibarətdir ki, bütün "müxalifət" partiyaları "İP"-də təmsil olunsun. Lakin "Ümid" və ADP birgə yaratdığı "Qarabağ Bloku"nun təmsilçiləri də açıq şəkildə "İctimai Palata"ya getmədiklərini bəyan ediblər. Xüsusilə, "Ümid" partiyasının sədri İqbal Ağazadə "İctimai Palata"da təmsil olunmağı aktual saymır. O bildirir ki, ümumiyyətlə, qərar qəbul edənlərlə onu icra edənlərin məsuliyyəti eyni olmalıdır. İ.Ağazadənin bu fikri də "İP"-də birmənalı qarşılanmadı. Çünki bu düşərgədə olanlar yaxşı bilirlər ki, Əli Kərimovun və İsa Qəmbərovun "ipinin üstünə odun yığmaq olmaz". Hər halda, gəncləri çirkin öz çirkin əməllərinə bais edib küçələrə tökən bu şəxslər özləri ortaqlıqda görünmür. Elə məhz İ.Ağazadə də bu fikri bəyan etmək istəyirmiş. Hətta "İP"-də hesab edirlərmiş ki, əgər "Ümid" partiyası "İP"-ə üzv olarsa, "İP"-in mahiyyəti dəyişər. Hər iki halda, yenə bu "İP" təmsilçilərinin fikiləri toqquşur. Bunlar bir yana qalsın, maraqlısı odur ki, "Qarabağ Blonu"nun səsi-sorağı yoxdur. Bu blok hansı məqsədlərlə yaradılıb və ya hansı məqsədlərə xidmət etdiyi bilinmir. Hər halda, adı böyük "iddialardan" xəbər versə də, mahiyyət etibarilə heç bir işə yaramayan bir qrupdur. Bu blokun təmsilçiləri bir-birlərinə əvəzinə danışmağa özlərinə səlahiyyət veriblər. Məsələn, İ.Ağazadə qeyd edir ki, S.Cəlaloğlu məni təmsil edə bilər. Görünür, aralarındakı münasibət "İP"-ə olan münasibətə bənzəmir. Lakin fərqli məqamlar odur ki, bu blok, sadəcə, S.Cəlaloğlunun bir neçə açıqlaması ilə "gündəmə" gəlir və gedir. Hər halda, böyük iddialarının olduğu sezilsə də, amma ortada bir şey yoxdur. Elə məhz "İP"-də olan özbaşınalıqlar da bu blokda hökm sürür. Məsələn, "İP"-də olan vahid namizəd problemi "Qarabağ Bloku"nda da var. İndi "İP"lə "Qarabağ Bloku" birləşərsə, nə baş verəcək?
Babək Hacıyev