PDF Oxu

Müxalifət

  • 82

"İctimai Palata" cəmiyyətin inamını deyil, ittihamını qazanıb

"İctimai Palata" cəmiyyətin inamını deyil, ittihamını qazanıb

Dağıdıcı müxalifətçilərin təmsil olunduğu, eləcə də, iki partiyanın - AXCP (i) və Müsavatın monopoliyasında fəaliyyət göstərən "İctimai Palata"nın cəmiyyətdə ittihamlarla qaşılanması adi hala çevrilməkdədir. Belə ki, normal müxalifətçilik fəaliyyəti göstərən və konstruktivlikləri ilə seçilən digər siyasi təşkilat rəhbərləri də "palata"nı və orada təmsil olunan aqressiv müxalifətçiləri ciddi, eləcə də, kəskin ittiham etməkdə davam edirlər. İddialara görə, "İctimai Palata"nın inhisarçı və avtoritar "liderləri" daim ölkənin, xalqın maraqlarını xarici agenturalara satıb, hər zaman Qərb siyasi dairələrinin anti-Azərbaycan meyilli sifarişlərini həyata keçirməklə, xəyanətlərə yol açıblar.


"İP" formatındakı "fəallaşma" effekt vermir"


Bu kimi açıqlamalara İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı da qoşulub. Partiya sədrinin fikrincə, hazırda dağıdıcı müxalifətin guya 2013-cü ilə hazırlıqla bağlı "geniş kampaniyaya başlaması" iddiaları sadəcə imitasiya xarakteridir. Çünki bütün bunlar zahiri məsələlərdir: " 2013-cü il prezident seçkiləri ilə bağlı müxalifət düşərgəsində müşahidə edilən fəallaşma zahiri xarakter daşıyır".

AİDP rəhbəri onu da iddia edir ki, dağıdıcı müxalifət nəinki azsaylı elektoratı ilə, hətta əlində edəcəyi maksimum adamlarla da heç nəyə nail ola bilməyəcək. Yəni 5-10 nəfərin, hətta 1000 nəfərin fəallaşması ilə nə isə etmək mümkün deyil: "Buna bir neçə misal da göstərmək olar. Konkret olaraq, "İctimai Palata" cəmiyyətin inamını qazana bilmir. Çünki bu qurum digər qüvvələri, onların fikirlərini nəzərə almaq istəmir. Ona görə də "İP" formatındakı fəallaşma effekt vermir".


"Rəsul Quliyevin "fəallaşması" əlahiddə xarakter daşıyır"


T.Abbaslı "ACP"-nin "lideri" Rəsul Quliyevin sözdə fəallaşmasına, qeyri-ciddi açıqlamalar verməsinə də kəskin şəkildə tənqidi münasibət bəsləmişdir. O, bunu əlahiddə xarakter kimi qiymətləndirmişdir: " Çünki bu fəallaşma da əlahiddə xarakter daşıyır. R.Quliyevin fikirləri cəmiyyətin deyil bir qrupun marağına xidmət edir".

AİDP sədrinin fikrincə əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də mübarizə kapital, şəxsi mənfəət üzərində qurulacaq. Belə ki, dağıdıcı müxalifət yalnız öz maraqlarını güdən ünsürlərdən ibarətdir. Orada fikirlərə, ideyalara heç vaxt yer verilməyib: "Fikirlərə, ideyalara yenə yer yoxdur. Hesab edirəm ki, kapitalın əsas, birinci dərəcəli rol oynadığı mübarizəyə cəmiyyəti qoşmaq mümkün deyil".


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər