PDF Oxu

Müxalifət

  • 78

"ACP" də ADP-nin tayı oldu...

"ACP" də ADP-nin tayı oldu...

Bir müddət öncə, Rəsul Quliyevin partiyasına sədr gətirilən Sülhəddin Əkbərə "böyük etimad" göstərilərək, "ACP"-dəki biabırçı vəziyyəti düzəltmək həvalə olunmuşdu. Lakin artıq gözlənilən nəticə tam fərqlidir. Onun səriştəsizliyi nəticəsində mövcud vəziyyət daha da pisləşib. Belə ki, R.Quliyev bununla bağlı öz iradlarını bildirsə də, S.Əkbər bundan yenə də heç bir nəticə çıxarmayıb. Ümumiyyətlə, dağıdıcı müxalifət düşərgəsində S.Əkbərin etdikləri yaxşı qarşılanmayıb. Deyilənə görə, S.Əkbər guya dağıdıcı müxalifətin "bir araya gəlmək" ideyasına kölgə salıb. Onun bu yaramaz fəaliyyəti pozucu müxalifət partiyalarından qopmalarla nəticələnib. Çünki Müsavat Partiyasının şinelindən çıxan S.Əkbər "ACP"-yə sədr gətiriləndə onun bir çox məlum tərəfdarları Müsavat partiyasından ayrılaraq "ACP"-yə gəlmişdi. Sonradan həmin şəxslər "ACP"-dəki acınacaqlı vəziyyəti görüb ortada qaldılar. Ümumiyyətlə, S.Əkbərin "ACP"-də yaratmaq istədiyi qayda-qanun cəhdləri puça çıxdı. S.Əkbər "ACP"-yə sədr seçiləndən sonra partiyanın təşkilatlanma işini həyata keçirə bilməyib. Hazırda bununla bağlı heç bir addım atılmır. Bu, onu deməyə əsas verir ki, R.Quliyevin bütün ümidləri daşa dəydi. Çünki onun həyata keçirmək istədiyi çirkin planlardan biri "ACP"-ni formalaşdırmaq və bununla da dağıdıcılıq, pozuculuq işlərinə cəlb etmək idi. Hər halda, ADP-dən əli üzülən R.Quliyevin bu planı da baş tutmadı. Bütün bunlar göstərir ki, bu anti-milli qüvvələrə ölkədə dəstək verən yoxdur. Onların sosial bazası tamamilə tükənib. Hər halda, pozucu müxalifət düşərgəsində baş verənlər yeni yaranan "ACP"-dən də yan keçmədi. "ACP"-yə sədr seçilən S.Əkbər ilk görüşünü AXCP (i) sədri Əli Kərimovla keçirsə də, bu fayda vermədi. Ümumiyyətlə, bu pozucu müxalifət düşərgəsində təmsil olanların hamısının şəxsi maraqları, riyakarlıqlaı onların özlərini daim geridə qoyur. Məsələn, "ACP" sədri S.Əkbərin Müsavat başqanı İsa Qəmbərovu tapdayıb Əli Kərimovla görüşməsi, onu deməyə əsas verir ki, S.Əkbərlə İ.Qəmbərovun arasında ciddi konflikt mövcuddur. Hər halda, "ACP" sədri S.Əkbərin "İctimai Palata"nı dağıtmaq cəhdləri də öz bəhrəsini verdi. Ümumilikdə, S.Əkbər "ACP"-yə sədr gələndən sonra dağıdıcı müxalifət düşərgəsində didişmə daha da genişlədi. Bu daha çox S.Əkbərlə İ.Qəmbərovun əvvəldən olan soyuq münasibətlərinin nəticəsi idi. S.Əkbərlə Müsavat partiyasında ayrılan İbrahim İbrahimli də bu məsələdə S.Əkbərin yanında olduğunu bəyan etdikdən sonra düşərgədə aləm bir-birinə qarışdı. İ.Qəmbərov da ona edilən bu hücumlara cavab olaraq "ACP"-nin "İctimai Palata"ya gəlməyinin guya qarşısını aldı. Hər halda, İ.Qəmbərov bu məsələdə Ə.Kərimova güvənirsə, vay o hala...


Babək Hacıyev

Digər xəbərlər