Ölkəmizdə xeyli sayda QHT-lər, vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərir. Bu təşkilatların fəaliyyət istiqamətləri müxtəlifliyi ilə seçilir. Belə ki, müxtəlif sahələrə öz layiqli töhfələrini vermək, cəmiyyətin maariflənməsinə xidmət etmək məqsədilə təsis olunan QHT-lərin fəaliyyəti olduqca önəmlidir. Bu mənada, ölkədə QHT institunun formalaşması və yeni mərhələdə QHT-lərə önəmli yerin verilməsi və şəffaf şəkildə lazımi şəraitin yaradılması demokratik prinsiplərin olduğunun göstəricisidir. Lakin bunlarla yanaşı, fəaliyyətini xarici meyilli qüvvələrin sifarişi əsasında quran QHT-lərin olduğu da məlumdur. Prinsip etibarilə vətəndaş cəmiyyətinə xidmət edəcəyini bildirən, amma sonradan cəmiyyətdə anti-Azərbaycan meyilli çıxışları ilə ictimai rəyi çaşdıran üzdəniraq QHT-lər də az deyil. Onların daha çox siyasi təşkilat kimi qələmə versək, yanılmarıq. Xüsusilə, öz səlahiyyətlərini aşıb siyasi proseslərdə fəallıq göstərməklə ermənipərəst mövqedən çıxış edən bir çox QHT-lər açıq-aşkar kimə nəyə görə xidmət etdiyini deyir. Məsələn, "Demokratiya və Sülh İnstitutu" adlı bir təşkilat fəaliyyət göstərir. Özünü guya demokratiyanın carçısı kimi qələmə verən həmin oyuncaq təşkilatın rəhbəri Leyla Yunusovanın bütün fəaliyyətində qanunçuluq və hüquq qaydasının kobud pozuntuları olduğunu aşkar görünür. Amma hansı ki, adını hüquq müdafiəçisi qoyub. Bu insanın simasından ermənipərəstlik yağır. AXCP (i) -Müsavat partiyalarının xəttinə uyğun bir yol seçən Leyla Yunusova həmin şəbəkə vasitəsilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyən bəzi qüvvələrin istəklərinə səs verib və onların qoltuğuna sığınmaqla dilənçilik edir. Bütövlükdə, çirkin siyasətlə məşğul olan bu qadın cəmiyyətdə "arzuolunmaz şəxs" imicini qazanıb. Onun təşkilatçılığı ilə keçirilən toplantılar zamanı məlum olur ki, bu qadın Azərbaycanda xaos, anarxiya yaratmaq istəyən və dağıdıcı müxalifətə havadarlıq edən xarici anti-Azərbaycan meyilli qüvvələrin mövqeyini müdafiə edir. Dünyanın heç bir qanunvericiliyində olmayan "siyasi məhbus" anlayışını "münasib" yerindən çıxaran Leyla Yunusovanın bununla müdafiəçi yox, şəbəkə təmsilçisi olduğu məlumdur. Leyla Yunusovanın adı İsa Qəmbərov, Əli Kərimov, Eldar Namazov kimi şəxlərin adı ilə yanaşı çəkilirsə, onda məsələ sadələşir. Bu qadın Azərbaycanda gücü çatmayan yükün altına girib. İndi qəpik-quruş verməklə onu alətə çevirib istifadə edirlər. Bu qadının siyasi proseslərdən ümumiyyətlə anlayışı yoxdur. Bu da bir vaxtlar Azərbaycanı yeyib-dağıdanlardan biri olub. Özünü dövlətçi, millətçi biri kimi qələmə verən Leyla Yunusova Azərbaycan dilini bilmir. Ölkədə dilçilik problemindən danışır. Özünü elə bir yola qoyub ki, Xədicə İsmayılova onun yanında toya getməlidir...
Babək Hacıyev