PDF Oxu

Müxalifət

  • 48

Müsavat və AXCP (i) Qarabağ problemini qeyri-ciddi qəbul edir

Müsavat və AXCP (i) Qarabağ problemini qeyri-ciddi qəbul edir

Daim dağıdıcılıq və aqressiya yolunu tutan, özlərini cəmiyyətə \"ənənəvi müxalifətçi\" kimi sırımağa cəhd göstərən Müsavat partiyasının başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov növbəti dəfə kəskin qınaq obyektinə çevriliblər. Belə ki, onlar bu dəfə Respublikaçı Alternativ (REAL) hərəkatının sədri İlqar Məmmədovun haqlı ittihamlarına tuş gəliblər. İ.Məmmədov hər iki partiya rəhbərini şəxsi maraqlarını ümummilli maraqlardan üstün tutmaqda günahlandırıb. REAL sədri şəxsi bloqunda Müsavat başqanının və \"cəbhə\" sədrinin başlarının kürsü davasına möhkəm qarışması səbəbindən bir nömrəli milli məsələni - Qarabağı unutduğunu bildirib.

Məsələ ondadır ki, İ.Məmmədov Müsavat başqanı İ.Qəmbərov və AXCP (i) sədri Ə.Kərimov iyunun 20-də Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya direktoratlığının nümayəndəsi Alan Parfitt və səfirliyin nümayəndəsi Endryü Harveylə keçirdikləri görüşlərində Qarabağ məsələsinə, ümumiyyətlə, toxunulmadığını bildirib. Görüş barədə yayılan məlumata əsasən, baxaq görək, əfəndilər nələri müzakirə ediblər. Siyasi vəziyyət, insan haqlarının durumu, \"vicdan məhbusları\" və digər məsələlər müzakirə olunub. Müsavat partiyası və AXCP (i)-nin platformaları, hər iki partiya rəhbərinin indiki vəziyyətə və gələcəyə dair baxışları haqda fikir mübadiləsi aparılıb. Yəni, işğal haqqında bir söz də deyilmir yaydıqları xəbərdə.

Əslində, İ.Məmmədovun bu fikirləri cəmiyyət üçün yenilik olmasa da, bir həqiqət mövcuddur ki, adları çəkilərək ittiham edilən hər iki partiya sədri Qarabağ probleminin xalqı guya bezdirdiyini bldiriblər. Bununla da, bir daha bəlli olub ki, həm İ.Qəmbərov, həm də Ə.Kərimov bütövlükdə maddi mənfəətlərini düşünərək, müqabilində xarici dairələr qarşısında satılıblar. Onlar xalq və dövlət maraqlarını nəinki ikinci planlarında, ümumiyyətlə, heç bir planlarında əks etdirməyiblər. Bununla da, sübut ediblər ki, əslində, demokratik dəyərlərdən sui-istifadə edən dağıdıcı partiya rəhbərləri bundan da betər xəyanətkar addımlar atmağa qadir satqın fərdlərdirlər. Bu baxımdan, İ.Məmmədov daha sonra öz bloqunda yazıb: \"Bir şeyi xatırladım... \"Vikiliks\" məlumatları təzə-təzə üzə çıxanda, göstəricilərə baxdım. Məsələn, İsa Qəmbərin adını 50 dəfə çəkiblər. Ondan yalnız 1, ya 2 dəfə Qarabağ münaqişəsi kontekstində, o da ötəri. Bu adamın başı kürsü davasına elə qarışıb ki, bir nömrəli milli mövzunu tam unudub\".

Maraqlıdır ki, irəli sürülən ittihamlara hər iki partiyadan ciddi münasibət bildirilməyib. Hətta Müsavat partiyasının mətbuat və informasiya şöbəsinin rəhbəri, eləcə də, İ.Qəmbərovun dilindən danışan Leyla Mustafayeva bildirib ki, onlar bu kimi məsələlərə qeyri-ciddi münasibət bəsləyirlər (?!) Və maraqlıdır ki, irəli sürülən ittihamlara bu cür cavab verməyin özü də sübut edir ki, onlar şəxsi mənfəətləri naminə şeytanla da əməkdaşlığa hazırdırlar. Çünki bunu öz dilləri ilə bəyan ediblər.


RÖVŞƏN

Digər xəbərlər