"İctimai Palata"nın xəyanətkar mövqe nümayiş etdirməsi ümumiüxalifət düşərgəsinni bezdiribdir desək, heç də yanılmarıq. Qərbin bəzi layihələri hesabına kapital toplayanların zaman-zaman göstərdikləri "xidmətlər"dən biri də gəncləri yersiz qarşıdurmalardan həbsxanalara istiqamətləndirmək olub.Cəmiyyət İsa Qəmbərovla Əli Kərimova nə cür yanaşırsa, "İP"-ə də eyni münasibəti göstərir.
Siyavuş Novruzov: "Onlar Mozambikdə nə baş versə, onu da Azərbaycanda tətbiq etmək düşüncə tərzinə malikdirlər"
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun fikrincə, müxalifət dünyanın müxtəlif ölkələrində baş verən bir hadisəni eşidən kimi, Azərbaycanda da onu tətbiq etmək istəyir: "Ukraynada "narıncı inqilab" baş verəndə, onlar özünü "narıncı inqilab" edənlərə oxşatmağa çalışdı. Nəticə nə oldu? Müxalifət kimdənsə nəyisə oğurlayanda zamanı, məkanı, sistemi, insanların düşüncə tərzini də nəzərə ala bilmir.
Zakir Hüseynov: "Onlar yalnız öz xəyalları ilə yaşayan və həmin xəyallarını gerçəkləşdirə bilməyən yararsız siyasətçilərdir"
"Azərbaycan cəmiyyətinin, seçicilərin dəstəkləmədiyi şəxslər məhz "İP"-də toplanıblar. Çünki o adamların heç biri 1990-cı illərin səviyyəsindən irəli gedə bilməyib." Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynov onu da bildirib ki, hələlik, görünən odur ki, partiya lideləri öz yararsız iddialarından geri çəkilmək niyyətində deyillər: "Bu isə cəmiyyətdə "palata" haqqında ciddi fikirlər yaratmır. Onlar yalnız öz xəyalları ilə yaşayan və həmin xəyallarını gerçəkləşdirə bilməyən yararsız siyasətçilərdir".
Araz Əlizadə: "Qarabağla bağlı forum keçiriləndə, bu liderlərin heç birini orada tapmaq olmur"
ASDP-nin həmsədri Araz Əlizadənin fikrinə görə, onlar hər dəfə bir "ideya" işləyib hazırlamaqdansa, ümummilli mənafelərə xidmət edən bir təklif irəli sürsünlər: "Qarabağ probleminin həlli ilə bağlı ümumrespublika müzakirəsi aparılsın. Fikir verin, Qarabağla bağlı forum keçiriləndə, bu liderlərin heç birini orada tapmaq olmur. Deməli, bu problem onlara pul gətirmədiyindən, kənarda qalırlar".
Rəfiqə Hüseynova