PDF Oxu

Müxalifət

  • 99

"İctimai Palata" buraxılacağı haqqında gedən səhih informasiyalara niyə reaksiya verir?

"İctimai Palata" buraxılacağı haqqında gedən səhih informasiyalara niyə reaksiya verir?

Son günlər həm müxalifət, həm də iqtidar mətbuatında "İctimai Palata"nın buraxılacağı haqqında bir-birini tamamlayan, səhih informasiyalar yer almaqdadır. Belə ki, həmin informasiyalarda yer alan xəbərlərə görə, adıçəkilən quruma rəhbərlik edən inhisarçı qüvvələr Əli Kərimov-İsa Qəmbərov cütlüyü artıq bir-birlərini qəbul etməməkdə, israrlı olduqlarını açıq şəkildə sərgiləməkdədirlər. Eyni zamanda, "İctimai Palata"nın 2013-cü il prezident seçkilərindən xeyli öncə, yəni bu ərəfələrdə dağılacağı istisna edilmir.


Buraxılmağın əsas səbəblərindən biri "vahid namizəd" faktorudur


İnformasiyalarda bildirilir ki, qurumun daxilində seçkilərlə, "vahid namizəd" məsələsi ilə bağlı mövcud olan fikir ayrılıqları artıq onun sonunu gətirib. "İP" rəhbərliyi isə parçalanmanı öz təbirincə "əsaslandırmaları" yönündə plan hazırlayır. Məhz bu plandan sonra "palata"nın buraxılacağı dağıdıcı müxalifət mətbuatında elan olunacaq.

Əldə etdiyimiz digər informasiyalara görə, artıq "cəbhə" sədri və Müsavat başqanı bir-birlərinə alternativ siyasi qurum yaratmaq üçün "əməli" işə keçiblər. Onlar hazırda maliyyə vəsaitlərini haradan almaları üçün xarici dairələrə müraciətlər ediblər. Müraciətlərinə cavab alanadək isə "İP"-in buraxılmayacağını müxtəlif açıqlamalar vasitəsilə ört-basdır etməyə çalışırlar. Amma görünür, bu siyasi oyun onlarda yaxşı alınmayıb və mətbuata sızıb. Məhz bu səbəbdən də "palata"nın ikinci-üçüncü dərəcəli adamları vasitəsilə (İbrahim İbrahimli və s.) "İctimai Palata"nın buraxılacağı haqqında gedən səhih informasiyalara reaksiyalar verilməkdədir. Reaksiyanın verilməsi isə söylənilənlərin həqiqətə uyğunluğunu təsdiq edir. Başqa məqamlardan biri də ondan ibarətdir ki, artıq "vahid namizəd" məsələsində razılaşmayacaqlarını dəqiqləşdirən mehriban düşmənlər - Ə.Kərimov və İ.Qəmbərov cütlüyü həmin düşmənçiliklərini açıq müstəviyə çıxarmağa başlayıblar.


Növbəti mübahisəli nüanslar


Hazırda "palata"da növbəti mübahisəli nüansalar yaranmağa başlayıb. Məsələ ondadır ki, "cəbhə" və Müsavatdan olmayan şəxslər "palata"nı tərk etmək niyyətində olduqlarını dəfələrlə bəyan ediblər və bu gün də qurumun sıraları sürətlə boşalmaqdadır. Həmçinin, bir neçə siyasi partiyalar da zamanında oradakı atmosferi dərk edərək, "İP"-dən azad olublar. Buraya AMİP-i və başqalarını əlavə etmək mümkündür. Bu baxımdan, qurumun yaxın ərəfələrdə parçalanması ehtimalı reallaşmaqdadır.

Qurumun hər iki monopolist partiyalar tərəfindən ayrı-ayrılıqda parçalanaraq, alternativ "palatacıqlar"a ayrılmasına gəlincə, əldə etiyimiz informasiyalar daha bir neçə məqamı aşkar edib. Belə ki, AXCP (i) sədri öz partiyası ətrafında yaradacağı quruma öz qruplaşmasını, Müsavat başqanı isə öz ətrafında cəmləşən fərdləri birləşdirməyə cəhd göstərəcək. Təbii ki, 2013-cü ilə hesablanmış bu kimi addımların nəticəsi fiaskoya uğrayacaq. Çünki heç bir səbəbdən "palata"nın buraxılması mümkün deyil. Yəni ehtimallar səbəbsiz yaranmayıb. Ona görə də, ayrı-ayrılıqda fəaliyyət göstərməyi qət edənlərin məqsədlərinə çatacaqları da mümkün deyil. Necə ki, hər iki partiya ötən illərdə birləşərək, "superpartiya" yaratmağı bacarmadılar, bu dəfə də nəyəsə nail olacaqları inandırıcı görünmür. Hətta ayrılıqda olsalar belə.


Rəfiqə Hüseynova

Digər xəbərlər