PDF Oxu

Müxalifət

  • 61

Müsavatın fikri qurultay keçirmək deyil, yalan-yalan vədlər verməkdir

Müsavatın fikri qurultay keçirmək deyil, yalan-yalan vədlər verməkdir

Son zamanlar dağıdıcı müxalifət düşərgəsində Müsavat Partiyasının qurultayının keçirilməsi ilə bağlı ziddiyyətli fikirlər mövcud olsa da amma reallıq göstərir ki, Müsavat qurultay keçirmək fikrində deyil. Müvafiq yerin ayrılmamasını bəhanə gətirən dağıdıcı müxalifət təmsilçiləri bundan gileylənsələr də, hakimiyyət "Baku Crystal Hall"ı onlara təklif edir. Lakin bu şərtlə ki, onlar bunun haqqını ödəməlidir. Buna da öz tərzlərində yanaşan dağıdıcı müxalifət iddia edir ki, onların ətrafında guya minlərlə insanlar cəmləşib. Belə olan halda, onların "Baku Crystal Hall"da qurultay keçirməsi daha məqsədəuyğun olardı. Amma görünür ki, dağıdıcı müxalifətin bu tip açıqlamaları cəfəngiyyatdan başqa bir şey deyil. Qurultayın xaricdə keçirilməsinə gəlincə, onların ziddiyyətli açıqlamaları göstərir ki, dağıdıcı müxalifət təmsilçiləri Gürcüstan variantını qurultay keçirmək üçün yox, biabır olmamaq üçün seçib. Onların bu məlum açıqlamaları hələ ki, öz əksini tapmayıb. İyunun 18-də Gürcüstana gedən dağıdıcı müxalifət təmsilçilərindən olan Tofiq Yaqublu bildirmişdi ki, biz qurultayla bağlı yox, başqa məsələ ilə bağlı gedirik. İndi isə digər bir təmsilçi Gülağa Aslanlının sözlərinə görə, guya İsa Qəmbərov qurultayın keçirilməsi ilə bağlı Gürcüstanda müəyyən "müzakirələr" aparıb. Dağıdıcı müxalifət düşərgəsindən boş-boş vədlər verməklə ictimai rəyin çaşdırılmasına xidmət edən açıqlamarın heç bir əsası yoxdur. Qurultayın Gürcüstanda keçirilməsini "real" hesab edən Gülağa Aslanlı da müvafiq yerin ayrılmamasını bəhanə gətirib. Müsavat başqanı İ.Qəmbərov isə günü-günə sataraq, başqanlıq "postunda" qalmaq üçün ətrafında olanları, sadəcə, əsası olmayan açıqlamalar verməyə vadar edir. Çünki İsa Qəmbərovun düşərgədə gözdən düşməsi və başqanlıqdan getməsi ilə bağlı görülən tədbirlər yeni deyil. Son zamanlarda düşərgədə təxribatçıların olduğu iddia oldunduğu üçün bütün təmsilçilər təşvişə düşüb. Çünki dağıdıcı düşərgədə təmsilçilər bir-birlərindən gizli işlər çevirdiyi üçün hər kəs təxribatçılıqla məşğuldur. Bu qarışıq məsələlərin olduğu bir məqamda qurultayla bağlı səsləndirilən fikirlərin əsası yoxdur. Amma İsa Qəmbərovun özü isə mətbuata açıqlamasında bildirir ki, Müsavat partiyası qurultayı keçirməyə hazırdır. Aydın məsələdir ki, qurultayı vətənimizdə keçirmək istəyindəyik. Əgər 100 illik tarixi olan Müsavat Partiyasına layiqli yer ayrılmayacaqsa, qurultayın keçirilməsinin başqa yolunu tapacağıq. Öz içlərində təxribatçıları aşkara çıxarmaqla məşğul olmaq əvəzinə, Azərbaycan hakimiyyətinin narahat olduğunu deyən İsa Qəmbərovun yalan, əsassız fikirləri özlərinə haqq qazandırır. Müsavat partiyası gah 800-1000 nəfərlik, gah da 3-5 min nəfərlik yer istəməsi qəribədir. Yenə 8-10 nəfərlik yer istəsələr, inandırıcı olar. Müsavat partiyasının qurultayla bağlı səsləndirdikləri fikirlərin biri digərindən fərqlənir. Düşərgədə Tofiq Yaqublu bir açıqlama verir, Gülağa Aslanlı bir başqa açıqlama verir və İsa Qəmbərov isa tamam başqa şeylər danışır. Daha nə istəyirlər ki, hakimiyyət xoş məram göstərib ən möhtəşəm bir yeri "Baku Crystal Hall"ı qurultay keçirmək üçün təklif edir. Daha bununla da razılaşmayan dağıdıcı müxalifət təmsilçilərinə nəsə deməyə dəyərmi? Əlbəttə, yox. Sonda Müsavat başqanı İsa Qəmbərova bir sual ünvanlamaq istərdim. Ay İsa bəy, Müsavat partiyasının qərargahında "İctimai Palata"nın toplantılarını keçirəndə kiçik bir zalı doldura bilmirsiniz. Bakıda da qurultay keçirməməyinizin səbəbləri məlumdur. Ya Gürcüstanda necə qurultay keçirəcəksiniz, ora hansı "qüvvələrinizi" səfərbər edəcəksiniz? Bu sualın özü belə sual altındadır!


Babək Hacıyev

Digər xəbərlər