"Eurovision-2012" Mahnı Müsabiqəsi Azərbaycan üçün bir çox faktlarla yadda qaldı. Belə bir beynəlxalq mahnı müsabiqəsinin təşkil olunması ilə sübut olundu ki, Azərbaycan müasir və demokratik dövlət kimi, bütün bu tipli müsabiqələri qəbul etmək və keçirmək iqtidarındadır. İkinci tərəfdən isə Azərbaycan dünyanın diqqət mərkəzində yer aldı və insanlar isə ölkəmizi daha yaxından tanıdılar. Bununla da, ermənilərin və anti-Azərbaycan dairələrinin formalaşdırmağa cəhd göstərdikləri mənfi imic darmadağın edildi. Üçüncüsü, Azərbaycana turist axını gücləndi və ölkəmizin turizm imkanları dünya ictimaiyyətinin diqqətinə təqdim edildi. Dördüncüsü, dünyanın müxtəlif nöqtəsindən gəlmiş qonaqlar Azərbaycan xalqının adət-ənənəsi, mədəniyyəti və qonaqpərvərliyilə tanış oldu. Beləliklə də, "Eurovision-2012" Azərbaycan dövləti və xalqı üçün çox uğurlu məqamlarla yadda qaldı.Lakin "Eurovision-2012" müsabiqəsi bəzi anti-milli qüvvələr üçün böyük bir zərbə oldu. Çünki anti-Azərbaycan dairələrilə birləşərək, dövlətimizə qarşı çirkin kampaniya aparan radikal müxalifətin başçıları Əli Kərimov və İsa Qəmbərov nə qədər cəhd göstərsələr də, xaricdən daxil olmuş direktivləri yerinə yetirə bilmədilər. Bu mənada da, Əli Kərimov və İsa Qəmbərov qalan dəstəyini də, maliyyələşmə mənbəyini də itirdi. Ona görə də, dağıdıcı müxalifət "Eurovision" dedikdə, fiaskosunu yadına salır...Bununla yanaşı, isbat olundu ki, "Eurovision" yarışması ərəfəsində Bakı şəhərində müxtəlif siyasi təxribatlarla ictimai sabitliyi pozmağa çalışan radikal müxalifət, birbaşa olaraq, anti-Azərbaycan dairələrinin göstərişləri əsasında işləyirdilər. Əgər belə olmasaydı, dağıdıcı müxalifət siyasi fəaliyyətini mövsümi reallaşdırmazdı.Əlbəttə ki, həmin ərəfədə mitinlər, icazəsiz piketlər, aclıq aksiyaları keçirən radikallar cəmiyyəti inandırmağa çalışırdı ki, onlar sırf insan hüquqları və demokratik dəyərlər naminə "işləyirlər". Amma "Eurovision-2012" yarışması başa çatan kimi siyasi meydanı boş qoyan Əli Kərimov və İsa Qəmbərov yalnız şəxsi maraqları üçün çalışdıqlarını nümayiş etdirdilər.Digər tərəfdən, "Eurovision" Mahnı Müsabiqəsi iqtidarla xalqın birliyinin nə qədər güclü olduğunu göstərdi. Çünki dağıdıcı müxalifət ictimaiyyət arasında narazı dalğa formalaşdırmağa cəhd göstərsə də, buna nail ola bilmədi. Bu səbəbdən də, Əli Kərimovun və İsa Qəmbərovun anti-milli xidmətlərindən yararlanan anti-Azərbaycan dairələri radikallarla işləməkdən imtina etdilər. Elə ABŞ dövlət katibinin Azərbaycana səfəri zamanı Əli Kərimov və İsa Qəmbərovun görüşməməsi dünyaya bir mesaj idi ki, bu radikallar heç bir yerdə ciddi fiqur kimi qəbul edilmirlər. Həmçinin, avropalı məruzəçilərin Bakıda radikallarla görüş zamanı onların heç bir işə yaramadıqlarını deməsi də bütün məqamlara aydınlıq gətirmiş oldu.Bu gün bütün bu reallıqlar əsasında formalaşmış ictimai rəydə müxtəlif suallar meydana gəlir: İsa Qəmbərov və Əli Kərimovun səsi niyə çıxmır? Yoxsa radikallara siyasi sifariş verənlər artıq onların "xidmətlərindən" yararlanmaq istəmir?Bu cür sualların sayı çox ola bilər. Lakin radikalların "yay yuxusuna" çəkilməsi onu göstərir ki, Əli Kərimov və İsa Qəmbərov heç bir zaman xalq və dövlət üçün çalışmayıb, bundan sonra da onlardan bunu gözləmək olmaz.