PDF Oxu

Müxalifət

  • 52

Sülhəddin Əkbər Rəsul Quliyevə problem yaradır

Sülhəddin Əkbər Rəsul Quliyevə problem yaradır

Artıq dağıdıcı müxalifət düşərgəsində baş verən ziddiyyətli proseslər düşərgədə parçalanma meyillərini artırıb. Belə ki, dağıdıcı düşərgədə təmsil olunan pozucu müxalifət partiyalarının təmsilçiləri bir-birini ittiham etməklə gündəmdə qalırlar. Şəxsi mənafeləri hər şeyə satmağa hazır olan düşərgə təmsilçiləri açıq-aydın münasibətlərində təhqirlərə yol verməklə, düşərgədə vahid namizəd uğrunda açıq savaşa girib. Xüsusilə, "ACP"-də son baş verən özbaşınalıq düşərgədə müzakirələrə səbəb olub. Bir müddət öncə, Rəsul Quliyevin istəyi ilə "ACP"-yə sədr gətirilən Sülhəddin Əkbər gizli işlər çevirir. Sədr gətirildikən sonra S.Əkbər R.Quliyevi dəstəkləməli olacağı halda sonrakı proseslər düşmənçiliklə başa çatıb. Məlumdur ki, R.Quliyevin son zamanlar "fəallaşmaq" cəhdinə kölgə salanlardan biri S.Əkbər olmuşdur. R.Quliyevin "məsləhətlərini" dinləməyən "ACP" sədri "İctimai Palata"ya üzv olmaq istəsə də, R.Quliyev onun bu istəyinin reallaşmamasının tərəfdarıdır. "ACP"-nin "İP"-ə getməsinin qarşısı almaq üçün "İP"-i kəskin ittiham etməklə "İP"-də təxribatçıların olduğunu deyən R.Quliyev buna nail ola bildiyini düşünür. Lakin R.Quliyevin bu məlum açıqlaması S.Əkbərdə narahatçılıq yaradıb. Çünki bir müddət öncə, "ACP" "İP"-ə getmək üçün müəyyən görüşlər keçirmiş və aralarında razılıq olmuşdu. Eyni zamanda, "ACP" "İP"-ə gedəcəyi tədqirdə, S.Əkbər R.Quliyevin düşərgədə vahid namizəd olmasına maneçiliklər törədiləcəyini düşünürmüş. Amma son proseslər bunu göstərir ki, R.Quliyevin özünə təxribatlar hazırlayırlar. Onun düşərgədəki proseslərdən kənarda qalması buna sübutdur. Əgər R.Quliyev əvvəllər internet vasitəsilə toplantılara qoşulurdusa, artıq daha buna da imkan yaratmırlar. Əslində, R.Quliyev "İP"-də təxribatçıların olması ilə yanaşı, onların ünvanına söyüş və təhqir dolu ifadələr də işlətmişdi. Bu səbəbdən, həmin hadisələri mətbuat səhifələrinə çıxarmayıblar. Digər yandan S.Əkbərə "ACP"dəki vəziyyəti düzəltməklə bağlı verilən tapşırıqlar da yerinə yetirilməyib. Əksinə olaraq, "ACP" sədri partiyanı daha dərin uçuruma aparıb. Proseslər onu göstərir ki, "ACP" sədri S.Əkbər də vahid namizəd olmaq arzusundadır. Hadisələrin bu cür cərəyan edəcəyi halda, güman ki, R.Quliyev S.Əkbəri sədrlikdən uzaqlaşdırmaq istiqamətində addımlar atacaq.


Babək Hacıyev

Digər xəbərlər