PDF Oxu

Müxalifət

  • 45

"Mehriban düşmənlər" məclisinə çevrilən "İctimai Palata"

"Mehriban düşmənlər" məclisinə çevrilən "İctimai Palata"

Ölkə böyük siyasi dəyişikliklər dövrünü yaşadığı bir ərəfədə müxalifət düşərgəsində anormal proseslər baş verir. Dağıdıcı düşərgədə cərəyan edən son hadisələr, onu deməyə əsas verir ki, onların ümumi məqsədi və maraqları yoxdur. Hazırda son parlament seçkisindən sonra bir neçə nüfuzdan düşmüş radikal müxalifət partiyaları "İctimai Palata"da birləşsə də, hələ ki, birlik yaratma cəhdləri heç bir nəticə vermir. Üstəlik, belə qondarma qurumlarda birləşən partiyalar da heç öz aralarında vahid mövqeyə gələ bilmirlər.

Özlərinin də etiraf etdikləri kimi, həqiqətən də, müxalifət partiyalarının özlərinin bir-biri ilə ciddi münaqişələri var və bu, hamının bir yerdə olmasını əngəlləyir. Nəticədə, heç bir şeyə nail ola bilmirlər. Bəs bölünməyən nədir? Axı, bu qüvvələrin hər biri yaxşı anlayır ki, nəinki təklikdə, hətta bütün müxalifət birləşsə belə, heç bir şansları yoxdur.


Onlar qazandıqlarını qazanıblar


Məntiqlə düşünəndə, belə çıxır ki, "liderlər", sadəcə, siyasi oyun oynayırlar. Məqsəd, həmişə dediyimiz kimi, eynidir - özünü xarici ağalara real müxalifət qurumu və siyasi güc mərkəzi kimi satmaq və bununla da ölkəyə axan qrantları ələ keçirmək. Məhz buna görə də, bir çox partiyalar müxalifətin ümumi marağı naminə özlərinə edilmiş müraciətə rədd cavabı heç bir ümumi qurumda birləşmədi. Bu isə, onu təsdiqləyir ki, bütün müxalifləri siyasi mübarizə yox, yalnız pul və şöhrət maraqlandırıb. Məsələn, "Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arifoğlunun nə vecinədir ki, Müsavat dağılıb gedir, silahdaşları pis vəziyyətdə qalır. Çünki bu adamın Novxanıda nə desən varıdır... Və yaxud AXCP (i) sədri Əli Kərimov da eyni simalı zaddır. Bu adamın əlindən satqınlıqdan və xəyanətən başqa nə desən gəlir... O vaxt dövlət katibi olarkən, nə həngamə çıxardı. O boyda Xalq Cəbhəsini necə parçaladı. Deyilənə görə, pis xasiyyətinə görə, onu heç müxalifət düşərgəsində də heçə saymırlar. Bu günə kimi başını soxmadığı deşik qalmayıb...

AMİP "lideri" Etibar Məmmədov da heç onlardan geri qalan deyil. Ancaq bu "lider"in fərqi ondadır ki, o, siyasi cəhətdən hay-küy salmağa gücü qalmayıb, amma iqtisadi cəhətdən durumu heç də pis deyil. Bu, heç də təəccüblü deyil. Çünki o qədər onu-bunu aldadaraq, nala-mıxa döyüb ki, indi bir adam ona yaxın durmur.

Və yaxud da, mühacir ömrü yaşayan "ACP" lideri Rəsul Quliyevə gəldikdə isə, bu adam haqda söz deməyə ehtiyac yoxdur, çünki onu tanımayan tapılmaz. Bu, o adamdır ki, Amerikada şellənərək, Azərbaycanda ara qarışdırmağa can atsa da, heç nəyə nail ola bilməyib. Bu, o R.Quliyevdir ki, iqtidardan qurtardı, keçdi müxalifətə, ağzına gələni yağdırır okeanın o üzündən. Bəzi "badbaxtlar" da onu özlərinə "lider" seçmələri ilə peşmançılıq çəkdilər, ancaq artıq gecdir.

Yerdə qalır bir neçə "böyük iddiaya" malik kiçik "lidercik"lər, onlar haqda da heç yazmağa belə dəyməz. Bu adamlar da elə zənn edirlər ki, "dərə xəlvət, tülkü bəydir", nə etsələr heç kəs bilməyəcək. Amma hələ də heç bir "zad" yeyə bilməyiblər.


Rəfiqə

Digər xəbərlər