PDF Oxu

Müxalifət

  • 48

Dağıdıcıların "2013" xülyaları

Dağıdıcıların "2013" xülyaları

2013-cü ili min bir cür xülyalarla reallaşdırmağa cəhd göstərən "İctimai Palata" yetkililəri artıq bunun reallaşmayacağını yəqin etdikdən sonra, öz aralarında baiskar axtarışına çıxıblar. Düzdür, baiskarların kimlikləri bəlli olsa da, onlar öz suçlarını başqalarının, xüsusilə, iqtidarın üzərinə yıxmağa çalışırlar. Amma kor-kor, gör-gör məsəli onların bu arzularını da puç etməkdədir. Yəni cəmiyyət kimin-kim olduğunu onlarsız da yaxşı bilir. Bu səbəbdən də, artıq köhnəlmiş xülyaya çevrilən "vahid namizəd" prinsipi arxa plana keçib. Ön planda isə bu ad uğrunda gedən yeni-yeni qarşıdurmalar yer alıb. Belə ki, "İctimai Palata"da sözdə bir araya gəlmiş AXCP (i) və Müsavat partiyalarının 2013 prezident seçkilərində də bir yerdə olmayacağı günü-gündən təsdiqini tapmaqdadır.

Qarşıdurmalar yaşayan partiyalar təkcə "cəbhə" ilə Müsavat deyil. Burada başqa siyasi təşkilatlar da mövcuddur ki, "vahid namizəd" adı uğrunda barışmaz mövqedə dayanıblar. Bu gün ALP, "Ümid" eləcə də, AMİP fəal siyasətdən kənarlaşıb, "ACP" hələ də ortaq məxrəcə gəlmək yollarını axtarır, amma tapa bilmir, ADP isə öz çatışmazlıqlarını axtaraması yerinə, digər partiyalarda nöqsanlar arayır. Bütövlükdə isə, adları çəkilən partiyaların heç birinin bir-birləri ilə normal siyasi münasibətəri yoxdur. Onlar hər an bir-birlərini məhv etməyə hazırdırlar. Amma burada daha bir faktor mövcuddur. Həmin mövcudluq isə həmin partiyaların "ana müxalifət" partiyası kimi daha çox Müsavata deyil, "cəbhəyə" meyillənməsidir. Ona görə də bu gün "İP"-in dağılmasını daha çox Müsavat başqanı istəsə də AXCP (i) sədri bu istəyin əksinə gedir. Bu səbəbdən, İsa Qəmbərovla Əli Kərimov hazırda bir-birinə ən böyük rəqib durumundadırlar və onların müttəfiqə çevrilməsi üçün "vahid namizəd" probleminin çözülməsi, yalnız bu çözümdən sonra "İctimai Palata"nın yaşaması labüddür. Ancaq təbii ki, bu da inandırıcı deyil.

Eləcə də, sözügedən məsələnin həll olunmasının "İctimai Palata"nın ixtiyarına buraxılması da real təsir bağışlamır. Çünki İ.Qəmbərovla Ə. Kərimov "palata"dan "vahid namizəd"lik üçün alacaqları səsdən xəbərləri var və məsələni qurumun səsverməsinə çıxarmaq birinin digərinə məqsədli şəkildə uduzmasından başqa anlam daşımaz. Son nəticə isə belədir: AXCP (i) sədrinin seçkilərə qatılmamaq üçün, hələ ki, heç bir səbəbi yoxdur. Müsavat başqanının isə onu dəstəkləməsi qeyri-mümkündür.


R.RƏSULOV

Digər xəbərlər