PDF Oxu

Müxalifət

  • 43

İbrahim İbrahimli "İctimai Palata" üçün problemə çevrilib

İbrahim İbrahimli "İctimai Palata" üçün problemə çevrilib

Dağıdıcı müxalifət düşərgəsindəki "sima"lar özlərinə məxsus taktiki təxribatçılıqları ilə bir-birilərindən fərqlənir. Belə ki, şəxsi maraqları kontekstində mütamadi mətbuata açıqlamalar verən dağıdıcı müxalifət təmsilçiləri "İctimai Palata"nı dağıtmaq üçün müxtəlif yollara əl atırlar. Son zamanlar dağıdıcı düşərgədə təmsil olunanların bir-birlərinə qarşı təhqir dolu ittihamlar səsləndirmələri düşərgədə vahid bir mövqenin olmamasına əsaslanır. Xüsusilə, bölüşdürülə bilməyən "vahid namizəd" "postu", "İctimai Palata"nın parçalanma meyillərini daha da surətləndirib. Həmçinin, namizədi müəyyən etmək üçün dağıdıcı düşərgədə müxtəlif absurd fikirlər səsləndirilir. "İctimai Palata"da təmsil olunan partiyaların özünün müstəqil namizədlə seçkilərə getmək fikri "İP"-in bir daha perspektivsiz bir qurum olduğunu deməyə əsas verir. Bir tərəfdən Müsavat başqanı İsa Qəmbərov, digər yandan AXCP (i) sədri Əli Kərimovun təxribatçılıq planları "İP"-in digər üzvlərini hiddətləndirib. "İP"-də təmsil olunan, lakin partiya üzvü olmayanlara da rast gəlmək mümkündür. Son zamanlar guya "İctimai Palata"nın xeyirinə danışan, absurd fikirlərilə diqqət çəkmək arzusunda olan, kimə xidmət etdiyi isə məlum olmayan İbrahim İbrahimli kimi gəldi təhqir edir. Dağıdıcı müxalifət düşərgəsində bu şəxsi "boşboğaz" kimi qəbul edirlər. Bu günlərdə İ.İbrahimlinin AMİP lideri Etibar Məmmədovu təhqir etməsi "İP"-in, xüsusilə, AXCP (i) sədri Ə.Kərimovun sifarişi olduğu bildirilir. Belə ki, İ.İbrahimli mətbuata açıqlamasında deyib ki, AMİP sədri E.Məmmədov Milli İstiqlal Partiyasını 1993-cü ilin 4 iyun qiyamı dövründə milli maraqları firqə maraqlarına qurban verdi. 4 iyun qiyamı zamanı AMİP-in rolundan söhbət açan "İP" üzvü qeyd edir ki, indi E.Məmmədov ortaya çıxıb "mən müxalifət idim, mən hakimiyyəti qorumamalıydım" deməsi məntiqdən çox uzaqdır. E.Məmmədovdan gözlətiləri olan İ.İbrahimli zamanında istəyirmiş ki, E.Məmmədov milli maraqlardan, dövləti maraqlarından çıxış etsin. Maraqlıdır ki, İ.İbrahimli həmin 4 qiyam hadisələri zamanı İ.Qəmbərov və Ə.Kərimovun adlarını qeyd etməyib. Bütün günahları məhz E.Məmmədovun üstünə yıxıb. E.Məmmədov isə deyilənlərlə razılaşmayaraq, İ.İbrahimlini yalan danışdığını qeyd edib. Əslində, hər iki saxtakar şəxslərin bir-birini saxtakarlıqda ittiham etmələri təəccüblü deyil. Eyni zamanda, təhqiri tənqidlə qarışıq salan İ.İbrahimli qeyd edib ki, E.Məmmədov bütün olanları səmimiliklə etiraf etməlidir. İ.İbrahimlinin də niyə belə itthimalarla çıxış etməsi məlumdur. Çünki o, AXCP (i) sədri Ə.Kərimova yaxın adamlardan biri sayılır. Belə bir sifarişin Ə.Kərimovdan gəlməsi güman olunur. İ.İbrahimli Müsavat istefa verdikdən sonra heç bir partiyaya üzv olmasa da, onun "siyasi" darvarışı AXCP (i) üzvü olduğunu deməyə əsas verir. Baxmayaraq ki, özünü müstəqil "siyasətçi" hesab edir. Onun "İP"-lə bağlı verdiyi bütün açıqlamalarda Ə.Kərimov izi var və sirr deyil ki, açıq-şəkildə İ.Qəmbərova hücuma keçib. Bütün cəhdlərlə AXCP (i) sədri Ə.Kərimov istisna olmaqla, bütün hər kəsin ünvanına ittihamlarla çıxış edir. Son olaraq "İP"-də "vahid namizəd" problemi ilə bağlı fikirlərini bildirəndə də, danışığını Ə.Kərimov üzərində qurmuşdu. Elə onun Müsavat partiyasından istefa verməsində də Ə.Kərimovun rolu böyükdür.


Babək Hacıyev

Digər xəbərlər