Bu gün dağıdıcı müxalifət düşərgəsində pərakəndə vəziyyət düşərgədəki partiyaları çıxılmaz vəziyyətə salıb. Xüsusilə, Müsavat və AXCP (i)-nin partiyalarının bir-birlərini sıxmaq cəhdi düşərgədə vəziyyəti çətinləşdirib. Açıq şəkildə savaşa başlayan partiyalar çıxış yolunu anti-milli qüvvələrə "daha ləyaqətlə" xidmət etməsində görür. Belə ki, dağıdıcı müxalifət düşərgəsindəki didişməni daha da genişləndirən tərəflərin bir-birini tez-tez ittiham etməsi və vaxtilə hakimiyyətdə etdikləri saxtakarlıqları bu gün gündəmə gətirmələridir. Lakin bu didişmələrdə Sülhəddin Əkbərin də rolu böyükdür. Gizlin işlər görən "ACP" sədri yenidən lideri R.Quliyevdən yeni göstərişlər alıb. Belə ki, qarşısına məqsəd qoyub ki, ya "ACP" dağıdıcı müxalifət düşərgəsində "lider" olmalıdır, ya da "İctimai Palata" dağılmalıdır. Bunun üçün bütün yollara əl atmağa hazır olan S.Əkbər yeni mərhələdə Əli Kərimovu və İsa Qəmbərovu hədəf seçib. Belə ki, məqsədi Müsavat və AXCP (i)-ni tamamilə dağıtmaq və bununla da, "İctimai Palata"nın fəaliyyətinə son qoymaqdır. S.Əkbər vaxtilə Müsavat partiyasında təmsil olunduğu üçün partiya "işini" bilir. Bu mənada, Müsavat partiyası onun əlində olduğu üçün, hazırda AXCP (i)-də təxribatlar törətməyi planlaşdırır. Odur ki, AXCP (i)-də son baş verən xoşagəlməz hallar da onun işini asanlaşdırıb. Müsavat başqanı İ.Qəmbərovun çoxlu saxta işlərindən xəbərdar olan S.Əkbər bunları gizlədir. Gizlətməyinə də səbəb İ.Qəmbərovu əlində saxlamaqdır. Onun əvvəlcə planı "İctimai Palata"ya üzv olmaqla AXCP (i) ilə yaxın əlaqələr qurmaq olsa da, onun bu planı baş tutmadı. Çünki vaxtilə Müsavatdan bir yerdə istefa verdiyi İbrahim İbrahimli də onun "yoluna su calayıb". S.Əkbərin "ACP"-yə sədr gətiriləndən sonra ilk görüşü Ə.Kərimovla olmuşdur. Bu görüş "zərurətdən" irəli gəlirdi. Çirkin məqsədlərinə əsasən AXCP (i) sədri Ə.Kərimovla yaxın əlaqələr qurub, onun ətrafındakıları ona tərəf yönləndirəcək və partiya daxilindəki didişmələri daha da genişləndirəcək. Onsuz partiyadakı qarşıdurmaların qarşısını ala bilməyən Ə.Kərimov bunun məqsədini başa düşərək daha S.Əkbəri yaxına buraxmadı. Ümumiyyətlə, dağıdıcı müxalifət düşərgəsindəki son proseslərdə göstərdi ki, "ACP" düşərgədəki proseslərdən kənarda qaldı. Dağıdıcı müxalifət düşərgəsində "ACP"-nin "İctimai Palata"ya üzv olmasının müzakirəsinə ehtiyac olduğu deyilsə də, sonradan "ACP"-nin "İP"-də təmsil olunmağına birdəfəlik qadağa qoyuldu. S.Əkbərin yeni planları olduğu güman edilib.
Babək Hacıyev