PDF Oxu

Müxalifət

  • 53

ALP-dən Əli Kərimova qarşı sərt ittiham

ALP-dən Əli Kərimova qarşı sərt ittiham

Dağıdıcı müxalifət düşərgəsində "vahid namizəd" məsələsi ətrafında qızışan söz-söhbətlərə biri də əlavə olunub. Bu dəfə ittihamlar bilavasitə AXCP (i) sədri Əli Kərimova qarşı yönəlib. Belə ki, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan müxalifətin vahid və ya bir neçə namizədlə seçkiyə getməsinin əhəmiyyətli olmadığını bəyan edib. O, eyni zamanda, "İctimai Palata"nın barışmaz rəqibləri olan "cəbhə" sədri Əli Kərimovun və Müsavat başqanı İsa Qəmbərovun namizədliyə layiq olmadıqlarını bildirib. Ə.Temirxan "palata"ya ismarıc yollayıb ki, onlar bu dəfə öz namizədlərini L.Hacıyeva timsalında seçsinlər.


Təklifə qarşı təhqir


Lakin "İctimai Palata"nın inhisarçı "liderləri" Ə.Temirxanın bu təklifini özlərinə həqarət kimi dəyərləndiriblər. Bu səbəbdən, "cəbhə" sədri növbəti dəfə ALP sədrini təhqir edib. ALP sədrinin sözlərinə görə, Ə.Kərimovun L.Hacıyeva haqqında işlətdiyi fikirləri söyləsə, hər kəs şoka düşər.

Partiya sədri bu təhqirlərin yerdə qalmayacağını deməklə yanaşı, yaxın günlərdə "cəbhə" sədrini ifşa edəcəyini, onun müxalifəti parçalamaq istiqamətində kimlərlə gizli danışıqlara getməsi müqabilində hansı xarici siyasi dairələrdən maliyyəşləşməsini açıqlayacağını bildirib.

Məhz bundan sonra AXCP (i) sədri bütün mənalarda ALP ilə ilişkilərini kəsəcəyini deyib və Ə.Temirxanın onun barəsində danışacağı halda, qarşı tərəfə arqument qoyacağını bildirib.


Bütün kartlar açılacaq


"Cəbhə" sədrinin sözlərinə görə, əslində, onun əlində bir neçə fakt mövcuddur və həmin faktların açıqlanması L.Hacıyevanın siyasi arenanı tərk etməsi ilə nəticələnəcək. Ancaq hələ ki, gözləmə mövqeyi tutan Ə.Kərimov susmağa üstünlük verib. Əvəzində, Ə.Temirxan heç kimdən çəkinmədiyini bildirərək, "cəbhə" sədrindən bildiklərini açıqlamağı tələb edib.

Görünür ki, dağıdıcı müxalifətdə ənənə halını almış vahid namizəd ideyası polemikalar meyarından uzaqlaşaraq, kəskin qarşıdurmalara tərəf addımlayır. Bu addımların təhlükəli olmasını isə hər kəs bilir. Hətta "liderlər"in özləri də. Amma bu amil, hələ ki, fırtınadan öncə sakitik təsiri bağışlayır. Belə fırtınalar baş verdikdə isə, müxalifət ölümcül zərbələrdən xilas olmaq imkanlarını tamamilə itirmiş olur.


RÖVŞƏN

Digər xəbərlər