PDF Oxu

Müxalifət

  • 56

AXCP (i)-nin rayon təşkilatları da təlaş içindədi

AXCP (i)-nin rayon təşkilatları da təlaş içindədi

Dağıdıcı müxalifət düşərgəsində "vahid namizəd" məsələsi "İctimai Palata"nın çöküşünü sürətləndirib. Ə.Kərimov "vahid namizəd" olmaq üçün bütün rayonlarda dəstək axtarır. Bununla bağlı bütün "qüvvə"sini səfərbər edən Ə.Kərimov "gücü" artıq tükənib. Hətta rayon təşkilatlarında da onun qəbul olunmadığı aşkar görünür. Elə bu günlərdə AXCP (i)-nin Sabirabad rayon təşkilatı "facebook" sosial şəbəkəsinə bəyanat yayıb. Bəyanatda bildirilir ki, biz, AXCP (i) Sabirabad təşkilatı olaraq, bəyan edirik ki, belə bir mövzunun indiki şəraitdə müzakirə olunması, ölkədə azad, şəffaf seçki mühiti, seçicilərdə seçkiyə inam yaradılmadan vahid namizəd axtarışı ya ağılsızlıq, ya da əsas müxalif birlik olan "İP"-nin dağlmasına nizamlanan bir addımdır. Rayon təşkilatı bildirir ki, AXCP (i) sədrinin imkanları tükənib, rayonlarda da onlara qarşı inam yoxdur. Belə bir şəraitdə seçkiyə gedib uduzmağa və bir daha rəzil olmağa ehtiyac yoxdur. Belə bir məqamda, "vahid namizəd" məsələsinin müzakirə olunması önəmli deyil. Hər halda, formal olaraq fəaliyyət göstərən rayon təşkilatları da qəbul edir ki, AXCP (i) sədri cəmiyyətdə qəbul olunmur. Konkret olaraq, Ə.Kərimovun "vahid namizəd" olmasına öz tərəfdarları belə əngəl törədir. Eyni zamanda, həmin vəziyyət Müsavat partiyasında da hökm sürür. Ümumilikdə, "İctimai Palata"da "vahid namizəd" məsələsinin müzakirəsinin dayandırılması fikri səsləndirilir. Çünki hazırda heç bir tərəfin bir-birinə güzəştə getməməsi, düşərgədə qarışıqlıq yaradıb və "İP" üzvlərini bir-birinə düşmən edib. "İctimai Palata"da təmsil olunan partiyaların ayrılıqda öz aralarında namizəd müəyyənləşdirməsi "İP"-in namizədi məsələsini gündəmdən salıb. Digər bir fikirlər səsləndirilir ki, "İP"-in "vahid namizəd"i nə İsa Qəmbərov olsun, nə də Ə.Kərimov. Başqa bir sıravi üzv "vahid namizəd" kimi "İP"-in müzakirəsinə təqdim olunsun. İ.Qəmbərovla Ə.Kərimovun da bu yerə iddialı olması müzakirələri çətinə salacaq. Yaranan fikir ayrılığı, tərəflərin narazılıqları "İP"-in dağılmasına səbəb olacaq.


Babək Hacıyev

Digər xəbərlər