PDF Oxu

Müxalifət

  • 78

Dağıdıcı müxalifəti anti-milli qüvvələrə bağlayan tellər

Dağıdıcı müxalifəti anti-milli qüvvələrə bağlayan tellər

Bu gün dağıdıcı müxalifət düşərgəsində baş verən acınacaqlı proseslər anti-milli qüvvələrin sifarişi əsasında həyata keçirilir. Belə ki, dağıdıcı müxalifətin "məqsədi", anti-milli və anti-azərbaycan meyilli qüvvələrin məqsədləri ilə uzlaşır. Ölkədə qarışıqlıq yaratmaq, ölkəni yenidən xaos, anarxiyaya sürükləmək niyyətləri ilə bütün çirkin və rəzil yollara baş vuran dağıdıcı müxalifətin bütün cəhdləri iflasa uğrayır. Azərbaycan xalqı 1992-1993-cü illərdə həmin "qüvvə"lərin etdiklərinin şahidi olub və çox çətinliklərlə üzləşib. Artıq dağıdıcı müxalifətin cəmiyyət tərəfindən qəbul olunmaması, onların vaxtilə xalqın başına müsibətlər gətirməsi, ölkəni talan etməsi ilə bağlıdır. Yenə də cəmiyyətə öz rəzil üsulları ilə təsir etməyə çalışan bu cür xarici anti-Azərbaycan meyilli qüvvələrin sifarişi ilə dağıdıcılıq etməklə, özlərinə dəstək axtarma cəhdləri heç bir nəticə vermir. Möhkəm, sadiq bir cəmiyyətin rəyinə müdaxilə etməyə çalışan bu "vasitəçi"-lər ermənipərəst mövqedən çıxış edirlər. İndi dağıdıcı müxalifət düşərgəsində təmsil olunan pozucu "qüvvə"lər həmin ermənilərlə iş birliyi qurur və erməni lobbisinin Azərbaycanda törətmək istədikləri təxribatçılığa dəstək verirlər. Ermənipərəst qüvvələrdən maliyyə dəstəyi almaqla ölkədə aksiyalar keçirməyə can atırlar. Həmin aksiyalarda dağıdıcılıq və pozuculuqla məşğul olan, ictimai asayişi kobud şəkildə pozan şəxslərin həbs olunmasına da siyasi bir don geyindirirlər. Dağıdıcı müxalifət təmsilçiləri "Siyasi məhbus" adı ilə beynəlxaq təşkilatlara müraciətlər göndərir, guya onların siyasi mənsubiyyətinə görə həbs olunduqlarını iddia edirlər. Rəzil simalar dağıdıcılıq və pozuculuq edən şəxsləri günahsız kimi qələmə verərək, ölkədə söz və mətbuat azadlığının olmaması kimi mənfi rəylər yaratmağı özlərinə məqsəd seçib. Bu gün Azərbaycan dövlətinin yürütdürü daxili və xarici siyasət dünya arenasında qəbul olunur və Azərbaycan xalqına qarşı törədilən bu soyqırım hadisələrinə görə ermənilərdən işğalçılıq siyasətinə son qoyulması tələb olunur. Belə bir məqamda ölkədə içdən bu cür təxribatçılıq edilməsi sadəcə onların da erməni olduğuna bir daha dəlalət edir. Bu gün ölkədə guya azadlıq tələb edən dağıdıcı müxalifət təmsilçiləri düşünməlidirlər ki, onların səriştəsiz hakimiyyəti dövründə ermənilər doğma Azərbaycan torpaqlarını işğal etdi. Elə həmin o qüvvələrdir ki, bu gün yenidən "fəal"laşmağa cəhd edir və yenə də anti-Azərbaycan meyilli qüvvələrin çirkin məqsədlərinin reallaşması üçün milli maraqları belə tapdalayıb, erməni lobbisinin sifarişinə uyğun fəaliyyət göstərir. İndiki məqamda onları anti-meyilli qüvvələrlə birləşdirən əsas tellər məhz dövlətinə, millətinə xəyanət və xaos, anarxiya meyillərinin olmasıdır. Xüsusilə, bu məsələdə AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov əsas rol oynayır. Onların birgə təşəbbüsü ilə yaradılan "İctimai Palata"nın tərkibi də məhz anti-milli qüvvələrin sifarişi ilə yığılıb.


Babək Hacıyev

Digər xəbərlər