PDF Oxu

Müxalifət

  • 57

Daldıqları xəyalları dağıdıcı müxalifəti çox uzaqlara aparıb

Daldıqları xəyalları dağıdıcı müxalifəti çox uzaqlara aparıb

Son vaxtlar müxalifətə məxsus mediada və sosial şəbəkələrdə aparılan diskussiyalardan, yazışmalardan da sübut olunur ki, \"İctimai Palata\"nın daxilində, həqiqətən də, ciddi fikir ayrılıqları, kəskin xarakterli ziddiyyətlər var və qarşılaşdıqları hazırkı durum bu qurumun dağılmaq prosesində olmasını təsdiqləyir. Bunu \"İctimai Palata\"nın koordinasiya şurasının üzvü Pənah Hüseynov da dolayısı ilə təsdiqləyir.

Belə ki, koordinasiya şurasının son iclasında qurumun heç bir məsələrdə razılığa gəlməsi mümkün olmayıb. Nəticədə, daha öncələr guya heç bir problemin yaşanmadığını iddia edən \"liderlər\" və digər \"İP\" nümayəndələri bu reallığı qəbul etmək məcburiyyətində qaldılar.

Məsələ ondadır ki, \"palata\"nı ən çox tənqid edənlərdən bir olan Pənah Hüseynov baş verənləri təbii qəbul edir: \"Bu, təbiidir. Çünki müzakirə edilən bir sıra problemlərin müzakirəsi davam edir və bir sıra məsələlər İP-in növbəti sessiyasına qədər müəyyənləşəcək. Əslində, \"İP\"-in sessiyası iyulun 7-də keçirilməli idi. Məhz müzakirələrin davam etməsi ilə əlaqədar KŞ sessiyanı 14 iyula keçirdi\".

Əslində, \"bir sıra problemlərin müzakirəsi\" dedikdə P.Hüseynov \"palata\"dakı mühitin normal olmadığına işarə edir. Eyni zamanda, qurumun vaxtı-vaxtında toplana bilməməsi, sessiyalarının müəyyənləşdirilən vaxtdan da gec keçirilməsi qurumdaxili münaqişələrin şiddətlənməsindən xəbər verir. P.Hüseynov isə bunu təbii qəbul edir. Çünki narazılıq olan yerdə problemlər mövcud olur.


Siyasətdə \"texniki problem\" olmur


\"İP\"-in iflasa uğramasını onun \"demokratik təşkilat\" olması ilə ört-basdır etməyə cəhd edən P.Hüseynov qeyri-ciddi fikirləri ilə ətraflarında olan insanların başlarını aldatmağa çalışır. Guya həmin qurumun dağılması ətrafında yaşanan söz-söhbətləri iqtidar mətbuatı yaradır: \"İctimai Palata\" demokratik təşkilatdır və orda fikir ayrılıqlarının olması və bunun açıq müzakirəsi təbiidir\". \"İP\" parçalanacaq, dağılacaq mövzusundakı dezinformasiya əsasən iqtidar təbliğatının təxribatı idi\".

Maraqlıdır ki, P.Hüseynov burada da ən cılız metoddan istifadə edərək, öz zəifliyini qarşı tərəfin, yəni iqtidarın üzərinə yıxmağa səy göstərir. Eləcə də, qurumun texniki problemləri kimi qələmə verir. Bu amil isə dağıdıcı müxalifətin köhnə peşəsidir desək, yanılmarıq. Məhz bu baxıman, \"İctimai Palata\" yetkililərinin daldıqları xəyallardan daha uzağa getmələri onların illüziyalar fonunda fəaliyyət göstərdiklərini, nəticədə, parçalanmalarını, iflasa uğramalarını yetərincə sübuta yetirmiş olur. Və məhz P.Hüseynov da həmin reallığı bu cür qiymətləndirir: \"Yersiz illüziyalara qapılmamalıyıq, nə özümüzü, nə cəmiyyəti aldatmamalıyıq\".


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər