Son günlər "ACP" lideri Rəsul Quliyevə qarşı qara piar kampaniyasına start verilməsinin əsas səbəbi bəlli olub. Heç şübhəsiz ki, bunun arxasında dayanan "ACP" sədri S.Əkbər bu işi təkbaşına görmür. Ona bu işdə dağıdıcı müxalifətin bir neçə təmsilçisi, xüsusilə, AXCP (i) sədri Ə.Kərimov yaxından köməklik edir. Bu sırada "ACP"-nin keçmiş sədri Vaqif Mahmudov və S.Əkbərə yaxın şəxslərdən sayılan Meydan Babayevin də adı çəkilir. AXCP (i) sədrinin bu işdə əsas məqsədi "vahid namizəd" məsələsi kontekstindən yanaşılır. S.Əkbər üzdə R.Quliyevi dəstəkləsə də, lakin gizli işlər çevirir. S.Əkbər istəmir ki, R.Quliyev dağıdıcı müxalifət düşərgəsində liderlik etsin. Daha sonra deyim ki, dağıdıcı düşərgədə də ən hoqqabaz adam Ə.Kərimovdu. Çünki bu sima istənilən vaxt, istənilən şəxsə böhtan, şər ata bilir və üzünə dayanır. "ACP" sədri də onu bu məqsədlə əlində saxlaya bilib. Ə.Kərimovla S.Əkbərin razılığına görə nə İ.Qəmbərov, nə də R.Quliyev namizəd olmamalıdır. Ə.Kərimov İ.Qəmbərovu "vahid namizəd" fikrindən döndərmək üçün S.Əkbərdən istifadə edir. Çünki S.Əkbərlə İ.Qəmbərovun münasibətləri yaxşı deyil. Digər tərəfən "ACP" sədri Ə.Kərimovu arxayın edib ki, R.Quliyevin məsələsi həll olduqdan sonra "ACP" AXCP (i) sədrinin "vahid namizəd" olmasına dəstək verəcək. R.Quliyevdən narazı şəxslərdən sayılan "ACP"-nin keçmiş sədri Vaqif Mahmudov da bu məsələdə fəallıq göstərir. S.Əkbər V.Mahmudova vədlər verərək, onu da R.Quliyevə qarşı istifadə edir. V.Mahmudov da bir müddət öncə R.Quliyevə narazılığını bildirmişdi ki, "ACP" qaldı bir yana, R.Quliyev isə kənardan bir şəxsi sədr gətirdi. Bu sırada Meydan Babayevin də adının çəkilməsi təsadüfi deyil. Meydan Babayev bir ay öncəyə qədər Müsavat partiyasının Naxçıvan təşkilatının sədri kimi fəaliyyət göstərib. Sonradan istefa verərək, "ACP"-yə gəlib. M.Babayev S.Əkbərə yaxın şəxslərdən sayıldığı üçün hazırda "ACP"-də təşkilat şöbəsinə rəhbərlik edir. Bundan da İ.Qəmbərova qarşı istifadə edirlər. Bütün bunlar hamısı S.Əkbərin başının altından çıxıb. R.Quliyev isə bunlardan xəbərsizdir. Amma yenə də ehtiyatını əldən vermir. Ara-sıra dağıdıcı müxalifət düşərgəsində gündəmdə qalmaq üçün ittihmalarla çıxış edir. Məsələn, bir müddət öncə, "İctimai Palata"da təxribatçıların olduğunu qeyd etməyi birmənalı qarşılanmamışdı. S.Əkbər bundan narazı qalsa da, sonradan düşünüb ki, R.Quliyevin belə addımları onun dağıdıcı müxalifət düşərgəsində gözdən düşməsi ilə nəticələnib. Bu da S.Əkbərin xeyirinədir. İ.Qəmbərov isə nə qədər cəhd edirsə, S.Əkbərlə münasibətini bərpa edə bilmir. Çünki S.Əkbər vaxtilə özü Müsavatdan ayrılıb. İndi İ.Qəmbərovun başqanlıqdan getməsi üçün çalışır. Bunun üçün təkcə "vahid namizəd"in müəyyən olunması kifayətdi. Əgər Ə.Kərimov "vahid namizəd" kimi seçilərsə, İ.Qəmbərovu tez-tələsik 5-10 nəfərdən ibarət qurultay keçirib devirəcəklər. Yox, əgər İ.Qəmbərov "vahid namizəd" kimi seçilərsə, dağıdıcı düşərgədə hörməti qalxacaq. Bu da S.Əkbərin maraqlarına ziddir. Bütün deyilənlərin kökündə yalnız bir məsələ dayanır. O da "İctimai Palata"nın dağılmasıdır. Çünki hazırda dağıdıcı müxalifət düşərgəsində "İP"-in dağılması ən aktual məsələ olaraq qalır.
Babək Hacıyev