PDF Oxu

Müxalifət

  • 62

Cəbhəçilər çətinliklərdən və problemlərdən danışır

Cəbhəçilər çətinliklərdən və problemlərdən danışır

Gözəl Bayramova:

Küt gedən yetkili ağır gündədi,

Burda İsa, Əli aciz bəndədi,

İndi "palata" da yaman gündədi,

Burada bir-birinə hay verən yoxdu.


Razi Nurullayev:

Ştrasser, Löninqlər qədəmdən düşüb,

Artıq "Soroslar" da lap dəmdən düşüb,

Hazırda Qərb özü yöndəmdən düşüb,

"Palata"ya cüzi pay verən yoxdu.


Gözəl Bayramova:

Yerevanlı Serj də İrana qalsın,

"Palata" tək qurum virana qalsın,

Qoy dadlı qidalar o yana qalsın,

Bizə heç dişləmə çay verən yoxdu.


Razi Nurullayev:

Qoyunlar çoxalıb, azdı şir kimsə,

İsa da, Əli də adi tir kimsə,

İndi dəstəkləmir bizi bir kimsə,

"İP"-dən gedənlərə say verən yoxdu.


Gözəl Bayramova:

"İP" də dağılmaqda şifrələr kimi,

Gözəllər azalıb türfələr kimi,

Bizim liderlərə körpələr kimi,

"Day dur" deyib adi day verən yoxdu.


Razi Nurullayev:

Qərb özü bizlərə verməkdə acıq,

"Soros"dan pay gəlmir, yalavac, acıq,

Biz "Yurd"un özündə arxa möhtacıq,

Araz tək, Kür kimi çay verən yoxdu.


Gözəl Bayramova:

Qərb bizdən izahat, gənəş istəyir,

Bir az da fərasət, atəş istəyir,

İsa "palata"da Günəş istəyir,

Əliyə "Yurd"unda Ay verən yoxdu.


Razi Nurullayev:

İndi aramızda yoxdu bir qalib,

Xaricdə tuş gəlmir bizə bir qəlib,

Ölü "İP" hazırda mollasız qalıb,

Qərbdə ölümüzə vay verən yoxdu.


Gözəl Bayramova:

Məni aslan doğub sevimli annəm,

Xaric en deyirsə, Əli tək ennəm,

Çoxu təklif edir bizə cəhənnəm,

Rus demiş bizlərə ray verən yoxdu.


Razi Nurullayev:

Bosslar da nədənsə pulu kəsdilər,

İsanın başından çıxır tüstülər,

İndi təntitməkdə məni istilər,

Mənə acza sərin may verən yoxdu.


Gözəl Bayramova:

Hamı da bənzəyir "İP"-də miskinə,

Biz rast gəlməkdəyik ən çox küskünə,

Görəndə düşübdü Əli pis günə,

Fəryadla qışqırıb "ay" verən yoxdu.


Razi Nurullayev:

İsa sino gedir bir dürmək üçün,

Ona bollu zəhər içirmək üçün,

İsa ürəyindən keçirmək üçün,

Əliyə nə kaman, yay verən yoxdu.


Gözəl Bayramova:

Avrozona iki bükdürdü Qərbi,

İqtisadi durum sökdürdü Qərbi,

Neyləyək, şaxtalar çökdürdü Qərbi,

Bizə normal isti yay verən yoxdu.


Razi Nurullayev:

Bizə qanun adi bossların rəyi,

Tez əməl edirdik nəsə istəyi,

Əvvəl yaxşı olub Qərbin dəstəyi,

Qrantı, dolları lay verən yoxdu.


Gözəl Bayramova:

Nə verər sələfə sarsılmış xələf,

Artıq Müsavatda itibdi kələf,

"İP"-də tükənməkdə adi ot-ələf,

Un olsun, ot olsun, tay verən yoxdu.


Razi Nurullayev:

Bizdən dəyərlidi pomidor, xiyar,

İsadan, Əlidən qurtulur diyar,

Əlbəttə, bizdədi ən yaxşı meyar,

Özümüzdən yaxşı tay verən yoxdu.


Gözəl Bayramova:

Qərbin də qışqırıb bizi vurması,

"İP"-i də çökdürdü bossun qurması,

Hər kəs verməkdədi qulaqburması,

Yaxşı bacarırlar, zay verən yoxdu.


Razi Nurullayev:

Qəfil baş qaldırıb dillənənlərə,

Xaricdən bol qrant dilənənlərə,

Lənglikdə müqəssir bilinənlərə,

Ciddi divan tutub toy verən yoxdu.


Gözəl Bayramova:

Alpinist olmarıq kanatsız qalsaq,

Uça da bilmərik qanadsız qalsaq,

Əlbəttə, dözərik qrantsız qalsaq,

Avronu, dolları qoy verən yoxdu.


Razi Nurullayev:

Cilovun ucu da yadımızdadı,

Qrantın tamı da dadımızdadı,

Slavyan soyadı adımızdadı,

Bizə yiyə durub, soy verən yoxdu.


Gözəl Bayramova:

Qışqırıb qaldırdıq avaz sahildə,

Ölümə mərkumuq ayaz sahildə,

Bizlər boğulsaq da dayaz sahildə,

"İP"-də boynumuza boy verən yoxdu.


Razi Nurullayev:

Bosslar az pul verdi bizim tavara,

Qrant az olanda, çıxdıq divara,

Nə qədər dad döydük aciz-arava,

"İP"-də hoyumuza hoy verən yoxdu.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər