PDF Oxu

Müxalifət

  • 54

Əli Kərimov "İctimai Palata"nı dağıtmaq fikrindədi

Əli Kərimov "İctimai Palata"nı dağıtmaq fikrindədi

AXCP (i) sədri Əli Kərimov dağıdıcı müxalifət düşərgəsində əsas hədəfə çevrilib. Artıq nəinki Müsavat partiyasında, hətta AXCP (i)-də də təmsil olunan qüvvələr Ə.Kərimovdan narazalıq edirlər. Çünki bu şəxs "vahid namizəd" olma üçün bütün rəzil yollara əl atır. Hətta "İctimai Palata"nı dağıtmaq təklifi ilk olaraq Ə.Kərimovdan gəlib. Məqsəd isə düşərgədə liderlik etməkdir. Amma hansı ki, bütün dağıdıcı qüvvələr birləşib Ə.Kərimova qarşı mübarizə aparır. Elə bir müddət öncə mətbuata açıqlama vermişdi ki, indidən "vahid namizəd" məsələsini həll etmək tezdir. Hansı ki, "vahid namizəd" məsələsində öz müavini Fuad Qəhrəmanlıdan başqa onu müdafiə edən olmamışdı. İndi F.Qəhrəmanlı da həmin insanların tərəfinə keçib. Açıq şəkildə "İctimai Palata"da təmsil olunanlar dağıdıcı düşərgədə Ə.Kərimovu sıxışdırırlar. Ə.Kərimov isə iddiasından əl çəkmək fikrində deyil. Ə.Kərimov hesab edir ki, "İctimai Palata" dağılmasa "vahid namizəd" məsələsi onun xeyirinə həll olunmayacaq. Belə bir məqamda Müsavat partiyasından İsa Qəmbərova dəstək verilməsi, "Ziyalılar Forumu"da peyda olan namizədlər və "ACP" lideri Rəsul Quliyevin fəallaşma cəhdləri Ə.Kərimovu xofa salıb. Bunun üçün Ə.Kərimov "ACP" sədri Sülhəddin Əkbərlə gizli danışıqlara gedib. Eyni zamanda, Ə.Kərimov xidmət etdiyi anti-milli qüvvələrin etimadını doğrultmadığı üçün təhdidlərə məruz qalıb. Çünki alığı maliyyə hesabına aksiyalar keçirməli, dağıdıcılıq pozuculuq etməli olan halda bunu həyata keçirə bilmədi. Bütün çirkin məqsədlərin qarşısı qətiyyətlə alındı, anti-milli cəhdlər iflasa uğradı. İndi isə dağıdıcı müxalifət düşərgəsində "vahid namizəd" məsələsinin həll olunması ortalığı qarışdırıb. Rəzil müxalifət düşərgəsində bütün dağıdıcı qüvvələr bir-birlərinə qarşı mübarizə aparır. Ə.Kərimov isə ona edilən bu təhdidlərin qarşısını almaq və düşərgədə "vahid namizəd" olmaq üçün yeganə çıxış yolu kimi "İctimai Palata"nın dağılmasını düşünür. Çünki artıq "İctimai Palata" özünün tənəzzül dövrünü yaşayır. Elə yarandığı gündən bu yana perspektivsiz bir qurum ki, adı qalıb. Ə.Kərimov fikirləşir ki, indiki məqamda AXCP (i) sədri də olsa, həmin partiyadan 2013-cü il seçkilərinə namizəd ola bilməyəcək. Çünki hələdə "İP" deyib, dad eliyən qüvvələr var. Ona görə "İP" dağılsa AXCP (i) təmsilçiləri məcbur olub Ə.Kərimovu dəstəkləyə bilər. Bunu ən real variant kimi qəbul edən Ə.Kərimov artıq "İP"-in ünvanına tutarlı, faktlara əsaslana ittihamlar hazırlayır. Həmin ittihamlarda bir vaxtlar R.Quliyevin "İP"-i təxribatçılarla dolu olduğu fikirlərindən sitatlarda yer alıb. S.Əkbərə isə R.Quliyevlə məşğul olmaq tapşırılıb. İki təxribatçı şəxs bir birinə necə inanırsa, maraqlıdır. Hər halda, çox keçməz ki, üstü açılacaq.


Babək Hacıyev

Digər xəbərlər