PDF Oxu

Müxalifət

  • 81

Müsavat başqanı başıbəlalı məxluqa çevrilir

Müsavat başqanı başıbəlalı məxluqa çevrilir

Uzun müddətdir ki, qurultayını keçirə bilməyən Müsavatda baş verən qarşıdurmalar kəskin xarakter almağa başlayıb. Belə ki, qurultayın keçirilməməsində israrlı olan başqan İsa Qəmbərovun min-bir cür siyasi fırıldaqlar işlətməsi, həm də vahid namizəd problemi partiya daxilində üçtərəfli qruplaşmaların yaranması ilə nəticələnib. Partiyanın əsas söz sahiblərindən bir olan Arif Hacıyevin qardaşı Mustafa Hacıbəyli ilə özlərinə tərəfdaşlar toplamaları, siyasi təşkilatın məclis sədri Arzu Səmədbəylinin rıçqlarını möhkəmləndirməsi, başqan İ.Qəmbərovun isə, demək olar ki, ortada tək qalması vəziyyəti daha da mürəkkəbləşdirib. Onu da qeyd edək ki, Müsavata yaxınlığı ilə seçilən Pənah Hüseynov da artıq İ.Qəmbərova verdiyi ciddi dəstəyini ondan uzaqlaşdırıb. Hazırda onun "cəbhəyə" tərəf meyillənməsi müşahidə olunmaqdadır.


Fridrix Nauman Fondunun İsa Qəmbərovla anlaşmasının məqsədi nədir?


Məhz hadisələrin cərəyan etdiyi vaxtda Müsavat başqanının yenidən Gürcüstana səfər etməsi özü-özlüyündə suallar yaratmağa başlayıb. Partiyadan sızan xəbərlərə görə, səfərdə məqsəd Fridrix Nauman Fondunun təşkilatçılığı ilə Tbilisidə keçirilən tədbirə qatılmaqdır.

Məlum olub ki, Müsavat başqanı qurultayın Tbilisidə keçirilməsi üçün Gürcüstan rəhbərliyinin razılığını almağa çalışacaq. Amma həmin razılığı almaqdan ötrü, əlbəttə ki, Gürcüstan rəhbərliyinin razılığı inandırıcı görünmür. Ona görə də F.Nauman Fondunun səlahiyyətliləri bu işdə də İ.Qəmbərova dəstək verəcəklərini bildiriblər.

Partiyada isə məsələ ilə bağlı fikirlər birmənalı deyil. İlk növbədə, A.Hacıyevin həmin məsələyə irad bildirməsi, onun İ.Qəmbərovla birgə Gürcüstana getməkdən imtina etməsi Müsavatda vəziyyətin acınacaqlı duruma qədər inkişaf etməsindən xəbər verir Bu isə bir həqiqəti deməyə əsas verir. Hətta Müsavat qurultayını keçirməyə nail olsa belə, partiyanın iki və ya üç yerə parçalanması istisna olmayacaq. Bunu proseslərin özü də diqtə edir.


R.Hüseynova

Digər xəbərlər