Son vaxtlar Müsavat partiyasında baş verən daxili qarşıdurmalar daha da dərinləşib. Belə ki, Müsavat başqanı İ.Qəmbərov dağıdıcı müxalifət düşərgəsində möhkəm sıxışdırılır. Əsas səbəb isə onun uzun illər davam edən yarıtmaz fəaliyyətidir. Yeni mərhələdə qurultay məsələsi günəmə gəlsə də hələ ki, Müsavat partiyası qurultayını keçirə bilmir. Bunun da səbəbi Müsavatın sosial bazasının olmamasıdır. Partiya daxilində bir qrup şəxslər İ.Qəmbərovun başqan postunda qalmasını, bir qrup şəxs isə başqanlıqdan getməsinin tərəfdarıdır. Çünki Müsavat partiyası yaranandan bu günə kimi heç bir səmərəli fəaliyyəti olmayıb. Çünki bu partiyada təmsil olunan şəxslər daim öz şəxsi mənafelərini güdərək, partiya maraqlarını arxa planda saxlayıb. İndi isə İ.Qəmbərovu devirmək istəyən qüvvələr fəallaşıb. İ.Qəmbərovun yerinə Arif Hacıyevin gətiriləcəyi deyilir. Amma belə bir fikirlər də səsləndirilir ki, ümumiyyətlə, Müsavat partiyası dağılmalıdır. Xüsusilə, belə bir məqamda ictimai-siyasi proseslərdən kənarda qalan, heç bir fəaliyyəti olmayan partiyanın siyasi səhnədən getməsi labüddür. Son zamanlar A.Hacıyevin öyrədilmiş tərəfdarları İ.Qəmbərova qarşı çıxır, onun başqanlıqdan getməsinə dair fikirlər səsləndirir. Düşərgədə olan bir qrup şəxslər də var ki, heç A.Hacıyevi də dəstəkləmir. Onlar ümumilikdə Müsavatın dağılmasının tərəfdarıdır. Hələ Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri A.Hacıyev və partiyanın gənclər təşkilatının sədri Tural Abbaslı ilə həbsdə olarkən öz aralarında razılığa gəlmişdilər ki, başqan postuna A.Hacıyevin namizədliyi irəli sürülsün. Həmin vaxt bu məsələ ilə bağlı Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli mətbuata açıqlama vermişdi ki, T.Abbaslı Müsavat partiyasının yaxınlarda qurultay keçirəcəyini xatırladaraq partiya üzvlərinə çağırış edib. O, müsavatçıları partiya başqanı postuna A.Hacıyevi seçməyə çağırıb. Bir neçə gün öncə də bununla bağlı yenə fikirlər səsləndirilib. İ.Qəmbərovun öz müşaviri Hüseyn Məlik A.Hacıyevə səs verməyəcəyini bildirsə də, T.Abbaslı ona qarşı çıxıb. T.Abbasovun fikirlərindən belə nəticəyə gəlmək olar ki, o, açıq şəkilə A.Hacıyevi dəstəkləyir. T.Abbasov bildirib ki, İ.Qəmbərov Müsavat başqanı olmadan da prezidentliyə namizəd ola bilər. Bunların əsas məqsədi ondan ibarətdir ki, İ.Qəmbərova vəd verib başqanlıqdan uzaqlaşdırsınlar, sonra da altdan-altdan öz işlərini görsünlər. Çünki artıq Müsavat partiyasının ətrafında kimsə qalmayıb. Beş-on nəfər adam qalıb ki, onlar da Müsavatın üzvü deyil, sadəcə, "İctimai Palata"da təmsil olunan yalançı müsavatçılardır.
Babək Hacıyev