Ümumiyyətlə, tarixə nəzər saldıqda, bir çox insanların dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində, əlaqələrin genişləndirilməsində atdığı addımlara görə, mükafatlandırıldıqlarını görərik. Bu, əlbəttə ki, həm ölkələr, həm də xalqlar arasında etimadın, qarşılıqlı ünsiyyətin və dəyərlər mübadiləsinin göstəricisi qismində çıxış edir. Elə müasir dövrdə də bu cür təcrübə ilə qarşılaşırıq. Lakin düşmən bir dövlətin maraqlarına işləməklə həmin ölkənin ən ali mükafatına iddia etmək nəzəri baxımından, qeyri-mümkün olsa da, praktikada artıq üzə çıxmaqdadır. Və çox təəssüflər olsun ki, bu təcrübə Azərbaycandakı müxalifətdən gəlir...
Siyasətə qatıldığı andan daim Azərbaycan dövlətinə və xalqına qarşı çirkin oyunların əsas aparıcısına çevrilmiş Müsavat başqanı İsa Qəmbərov hansısa səbəbdən ancaq ermənilərin mənafelərini təmin etməklə məşğul olub. İstər 1992-ci ildə, istərsə də hazırkı vəziyyətdə ermənilərlə əməkdaşlığa üstünlük verən İsa Qəmbərov erməni lobbisinin, Ermənistan dövlətinin maraqlarını əks etdirən razılaşmalara gedib. 1992-ci ildə Ermənistan Azərbaycanın torpaqlarını işğal edərkən, məhz İsa Qəmbərov və onun silahdaşları siyasi hakimiyyətin ortaya iradə qoymasına və silahlı qüvvələrin torpaqların müdafiəsinə göndərilməsinə mane oldu. Bu, əlbəttə ki, İsa Qəmbərovun Ermənistan qarşısında tarixi xidmətidir.
Bununla yanaşı, İsa Qəmbərovu Ali Sovetin sədri kimi bilərəkdən atdığı yanlış siyasi addımlar nəticəsində ölkədə vətəndaş qarşıdurmasına rəvac verdi. Bundan sonra daxili çəkişmələr nəticəsində zəifləyən Azərbaycan xarici kəşfiyyat orqanlarının savaş poliqonuna çevrildi. Bütün bunlar isə, ilk növbədə, ermənilərin maraqlarına işləyirdi.
Bu cür xidmətlərini siyasi kampaniyalar və digər aksiyalar zamanı da davam etdirən İsa Qəmbərov 2010-cu ilədək ermənilərlə işbirliyini gizli şəkildə həyata keçirirdi. Amma həmin ildə İsa Qəmbəroa ermənilərlə Almaniyada saziş imzaladı və əsil simasını ortaya qoydu. Həmin kursu davam etdirən Müsavat başqanı 2012-ci ildə həmin müqaviləni bir daha yenilədi. Təbii ki, ermənilərlə işbirliyini rəsmiləşdirən İsa Qəmbərov artıq daxili ictimai-siyasi sabitliyini pozulması ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan auditoriyası üçün diqqətdən kənarda saxlanılmasına ciddi-cəhdlər göstərir. Əsassız şəkildə "siyasi məhbus", demokratiya, mitinq və digər manipulyativ mövzularla ictimai rəyi çaşdırmaqla, İsa Qəmbərov ermənilərin əsas məqsədinə çatmasına nail olmağa çalışır...
Beləliklə də, İsa Qəmbərovun ermənilər üçün bu qədər əhəmiyyətli işlər görməsi, görünür əbəs yerə deyildir. Çünki İsa Qəmbərov kimi reneqatın Azərbaycan, dövlətinin torpaqlarını işğal etmiş və xalqımıza qarşı soyqırımı törətmiş ermənilərin maraqları ilə uzlaşan addımlar atması hər kəsdə müəyyən şübhələr yaradır. Hər kəs düşünür ki, İsa Qəmbərin məqsədi nədir ki, Azərbaycan dövlətinə bu cür zərbələr endirmək üçün ermənilərlə işbirliyinə girir?
Bu səbəbdən də, əgər sabah İsa Qəmbərov Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən bu dövlətin ali mükafatı Müqəddəs Mesrop Maştosun ordenilə təltif olunsa, heç də təəccüblənməməliyik. Görünür, İsa Qəmbərov bu, "mükafatı" almağı qarşısına hədəf kimi qoyub.
"Səs" Analtik Qrupu