Artıq illərdir ki, özünü müxalifət adlandıran bədnam qüvvələr özlərininin kütləvi aksiyalarını saxta say tərkibi ilə təqdim edir. Bu, onların əsas dartışma mövzusudur. Hakimiyyətin əleyhinə reallığı əks etdirməyən fikirlərin səsləndirilməsi bu gün həmin o qüvvələrin simvoluna çevrilib. Xüsusilə, öz ölkəsində xoş təsir bağışlamayan, amma xaricə indekslənmiş şüarlarla onların təqdimatı gülünc bir mənzərə yaradıb. Üzərinə düşən məsuliyyəti dərk edə bilməyən ziyalılar ordusundan özləri-özlərini məhrum edən, az qalsın ki, özlərini ziyalıların bel sütunu kimi təqdim edən bir-iki ali təhsilli şəxsin yarıtmaz təcrübəsindən yararlanmaq istəyən şəxslərin durumu çox acınacaqlı görünür. Xaricdə köklənmiş fəaliyyəti, Misirdə, Liviyada və ya başqa ölkələrdə baş vermiş hadisələri doğma vətəninə daşımaq istəyən qüvvələr artıq bilməlidir ki, reallıq ölkədə xalqın iradəsinə köklənib. İllərdir özünü müxalifət adlandıran qüvvələr təsis etdikləri birliklərin heç biri uzunömürlü olmayıb. Son 2 ildə yeni bir "İctimai Palata" adlanan birlik fəaliyyət göstərsə də, həmin bu birlik əvvəlkilərin taleyini yaşayır. "İctimai Palata"nı yalnız dağıdıcılıqla müşayiət olunan aksiyalar üzrə ixtisaslaşmış bir zavoda bənzətmək olar.
Xəyanətkarların məvəniyyatına bələnmiş vədlər
Bir qrup şirnikləndirilmiş gənci göz görə-görə həbsə göndərən, xalq düşmənlərinin əziz dostu olan bu qüvvələr anlamır ki, onların siyasi sabahı yoxdur. Bunlar Əli Kərimov, İsa Qəmbərov və bunlar ağılda, bacarıqda olan şəxslərin reputasiyasını təmizləmək naminə revanşist üsluba dayanmaq milli rəğbəti qazanmaq üçün kifayət etmir. Buna inanmaq çox təhlükəlidir. Çünki başı daşdan daşa dəyən xalq indi azadlığa çıxıb. Xalqın mənəviyyatını, bu gününü və sabahını ona qaytaran milli lider və onun tərəfdarlarının əleyhinə getmək, anti-milli qüvvələrin qanadına sığınmaq xalqa xəyanətdən başqa bir şey deyil. İnkar ideologiyası ilə cəmiyyətin düşüncəsinə hakim kəsilmək istəyən qüvvələr artıq uduzub. Bircə yol qalıb. O da arxaya baxmadan səssiz, səmirsiz siyasəti tərk etməkdir. Çünki özünü müxalifət kimi ictimaiyyətə zorla təqdim edən bu qüvvələr bilməlidir ki, onların aksiyalarında kütləvilik yoxdursa, heç olmursa, toplanışları azı bir həftə siyasi şüurlarda yaşamırsa demək, sifariş yerinə yetirilə bilmir. Konkret olaraq, əməlləri ictimai rəydə dövr edə bilmir. Artıq dağıdıcı kimi qəbul olunan qüvvələrin hərəkətləri həyat tərzi kimi qəbul olunmalı və onlara karvanın arxasından hürə itə olan münasibət sərgilənməlidir.
Səhvləri etiraf edib, xalqdan üzr istəməyin vaxtı çatıb
Bu dağıdıcı qüvvələrə sual oluna bilər ki, hansı seçkidə xalqdan dəstək ala bildilər? Qanunverici orqan olan Milli Məclisdə təmsil olunmayan müxalifət sayıla bilməz. Çünki ölkədə qanunların mexanizmi məhz bu ocaqdan keçir. Hər hansı bir qanunun müzakirəsində iştirak etməyən, öz təkliflərini səsləndimək iqtidarında olmayan bu şəxslər idarəçilik sisteminə tamamən yad insanlardır. Haqlı olaraq, qeyd etmək lazımdır ki, ölkədə seçkili orqanlara seçimlər zamanı tədricən bu qüvvələr özləri-özlərini sıradan çıxardı. Çünki əvvəlki illərdə həmin qüvvələrin bir-ikisinə etimad göstərilmişdisə, həmin şəxslər etimadı doğrulda bilmədi. Milli Məclisdə qanunun müzakirəsini bir yana qoyub, şəxsi maraqlarından çıxış edən, dövlətin əleyhinə əsassız və qərəzli fikirlər səsləndirməklə təmsil etdiyi siyasi qurumun "qəhrəmanına" çevrilmək xülyası bunların siyasi mənsubiyyətinin zədəli olduğuna işarə edir. Çox keçmədi ki, 2010-cu ildə Milli Məclisə keçirilən seçkilərdə xalq yenə də öz iradəsini bir daha ifadə etdi. Xalqı haqlı narazı salan qüvvələr, xalqdan haqsız narazı qaldı. Özlərini müxalifət adlandıran, əslində, rəzil simalar olan qüvvələr səhvlərini, satqınlıqlarını etiraf etməli və Azərbaycan xalqında üzr istəməldir. Artıq bunun vaxtı çatıb. Dağıdıcı müxalifət aksiyalar keçirmək əvəzinə, bununla bağlı düşünməli və konkret addımlar atılmalıdır. Dağıdıcı qüvvələr getdikcə olan-qalan dəstəyini də itirdi. Bununla barışa bilməyən pozucu qüvvələr yeni bir qurum olan "İctimai Palata"nı təsis etdilər. Seçkilərin nəticələrindən narazı məsələlərə yönəlik bir addım olsa da, ortaya tam fərqli bir situasiyalar meydana çıxdı. Maraqlıdır keçən il, Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsində 1-ci yerin əldə olunmasına ən çox sevinən dağıdıcı müxalifət təmsilçiləri oldu. Bu, onların azərbaycanlı olduqları üçün yox, özlərinin çirkin məqsədlərini daha geniş miqyasa tərənnüm edəcəyinə əsaslanırdı. Belə də oldu. Məqam gözləyirdilər ki, xaricdən aldığı qrantları necə xərclədiklərini bir daha onların özlərinə göstərsinlər. Amma Azərbaycan üzərinə düşən məsuliyyətli işin öhdəsindən layiqincə gəldi. Bütün nailiyyətlər anti-milli qüvvələrin çirkin məqsədlərinə nail olmasına kölgə saldı. İndi isə onları daha çox narahat edən ölkə başçısının bu fikirləridir: "Eurovision" artıq qurtardı. Haradadır o piketlər, haradadır o mitinqlər?! "Eurovision" növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək, biz bilmirik. Yəni, biz o qədər gözləyə bilmərik. Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da, öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar - milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr".
Babək Hacıyev