PDF Oxu

Müxalifət

  • 62

Qalmaqallı videogörüntü

Qalmaqallı videogörüntü

Son günlər həm "Müqavimət Hərəkatı"nda, həm də "İctimai Palata"da baş verən qarşıdurmalarda ən çox hallanan ismlərdən biri "ACP" lideri Rəsul Quliyevdir. Belə ki, onun "hərəkat"dan çıxması, ardınca "palata"ya doğru istiqamət götürməsi düşərgədə ciddi qalmaqallar yaradır. Çünki "hərəkat" daxilində onu xəyanətkar adlandıranlar "paltada" da mövcuddur. Məsələ ondadır ki, R.Quliyevin "İP"-ə transfer olunması arzusu bilavasitə Müsavat başqanı tərəfindən qəbul edilmir. O, "ACP" liderinin hər zaman müxalifətə arxadan zərbə vurduğunu bilavasitə çıxışında bildirib.

Lakin R.Quliyevi ittiham edənlər arasında təkcə o deyil. Belə ki, partiya liderini növbəti dəfə nişangaha alan "KXCP" sədri Mirmahmud Fəttayev olub. Onun dediyinə görə, R.Quliyevin videogörüntülü iki hissəli çıxışları var: "Mən həmin çıxışlardan xəbərdar idim, amma tanış olmamışdım. İki gün əvvəl tanış oldum. Həmin çıxışda AXC hökuməti ilə bağlı ittihamlar var. Rəsul Quliyev müəyyən müddətdə baş nazirin müavini olaraq həmin komandanın üzvü olub".

Onu da xatırladaq ki, son dövrlər "ACP" lideri Rəsul Quliyevin iki videogörüntüsü yayımlanıb. Həmin videogörüntüdə çıxış edən R.Quliyev Xalq Cəbhəsi hökuməti ilə bağlı müəyyən fikirlər səsləndirib, eləcə də, sabiq prezident Əbülfəz Elçibəyi hədəfə alıb. Ancaq bu günə qədər özlərinə "Elçibəyçi" deyənlər R.Quliyevə cavab verməyib. Bu haqda danışan "KXCP" sədri M.Fəttayev isə söyləyib ki, bu mövzu ilə bağlı şəxsən özünün gözləntiləri var: "Gözləyirəm ki, Elçibəyin komandasının üzvləri danışsınlar, məsələyə münasibət bildirsinlər. Mən indi bu məsələyə münasibət ifadə etsəm, fürsətkeşlik kimi anlaşılacaq. Orada kifayət qədər fikirlər var ki, cavab istəyir. Rəsul Quliyevin bu fikirləri nəinki cavab istəyir, hətta tələb edir ki, ona cavab verilsin. Məncə, bu cavablar mütləq olacaq. Ola bilsin ki, bunlar həm də məqsədyönlü şəkildə deyilib ki, sonradan onlara cavablar verilsin. Bir qism insan bəlkə də ehtimal edir ki, Rəsul Quliyevin çıxışının üçüncü hissəsi də ola bilər. Sadəcə, mən "Müqavimət Hərəkatı"nda baş verənlərlə əlaqədar olaraq birinci cavab vermək istəmirəm. Amma şübhəsiz ki, hər kəs bizim kifayət qədər oturuşmuş və dolğun bir mövqeyimizin şahidi olacaqlar".

Nəticədə, baş verənlərdən belə qənaətə gəlmək mümkündür ki, bu gün "ACP"-ni qalmaqallar vasitəsilə gündəmdə saxlamağa cəhd göstərən R.Quliyev həm də düşərgədaşlarından bir növ qisas alır. Çünki bir müddət bundan öncə nə onun, nə dəı partiyasının çağırışlarını dinləməyən, ona əhəmiyyət verməyən digər müxalifət partiya sədrlərindən başa cür qisas almağın yolları qalmayıb. Bu isə düşərgədə növbəti və bu dəfə daha barışmaz savaşın işartılarının göstəricisidir.


RÖVŞƏN

Digər xəbərlər